Icma.az
close
up
RU
Gediş haqqı məsafəyə görə ödəniləcək?

Gediş haqqı məsafəyə görə ödəniləcək?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Bakı Metropoliteni” QSC aylıq və birsəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir. Qurum sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur: "Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları, digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır”.

Bu açıqlamalar fonunda ictimai nəqliyyatda tarif modellərinin dəyişməsi, sosial güzəştlərin tətbiqi və beynəlxalq təcrübənin ölkəmizdə necə uyğunlaşdırıla biləcəyi məsələlərini nəqliyyat üzrə ekspertlərlə müzakirə etdik.

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bu, differensiallaşdırılmış tarif sistemidir və ictimai nəqliyyatın qiyməti müxtəlif amillər əsasında müəyyən olunur: "Məsələn, məsafəyə, gündəlik vaxt aralığına, nəqliyyat növünə və sərnişin kateqoriyasına görə fərqlənə bilər. Yaşlı insanlar, uşaqlar, təqaüdçülər, tələbələr kimi qruplar üçün xüsusi güzəştlər tətbiq olunur. Belə differensiallaşdırılmış tariflər hər bir şəhərin iqtisadi vəziyyəti və əhalinin sosial durumunun öyrənilməsindən sonra müəyyən edilir. Bu, dünya təcrübəsində geniş yayılmış normal bir praktikadır. Xüsusilə, dövlətin sosial yönümlü siyasətinə dəstək olaraq həssas qruplar üçün güzəştlərin tətbiqi həm sosial ədalətin təminatına, həm də ictimai nəqliyyatın əlçatanlığına töhfə verir”.

Mütəxəssis vurğulayır ki, yaxın gələcəkdə differensiallaşdırılmış tarif sistemi təkcə metroda deyil, ictimai nəqliyyatın digər seqmentlərində də geniş tətbiq edilə bilər: "Məsələn, aylıq kartlardan əsasən həmin şəhərdə yaşayan sakinlərin istifadə etməsi məqsədəuyğun olar. Sərnişin aylıq kart alarkən daha az xərc ödəyir və bu, uzunmüddətli istifadə üçün daha sərfəlidir. Digər tərəfdən, birdəfəlik və ya gündəlik kartlar, həmçinin məsafəyə əsaslanan tariflər isə əsasən şəhərə qonaq gələn turistlər üçün nəzərdə tutulur. Bu sistem, sərnişinlər üçün müxtəlif seçim imkanları yaradır və müxtəlif ehtiyaclara uyğunlaşır. Məsələn, Böyük Britaniya, Londonda ictimai nəqliyyat tarifləri differensiallaşdırılıb. Burada sutkanın saatlarına, getdiyin əraziyə və zonalara görə qiymətlər dəyişir. Hətta hazırda bizdə də bəzi tariflər differensiallaşdırılmış formada tətbiq olunur və bu tendensiyanın genişlənməsi gözlənilir”.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyir ki, böyük şəhərlərdə ictimai nəqliyyatın səmərəli təşkili üçün subsidiyalaşdırma geniş şəkildə tətbiq olunur. Bunun üçün əsas mexanizmlərdən biri isə "Brutto müqavilə”lərə keçiddir: "Hazırda bu model bir sıra qonşu ölkələrdə artıq tətbiq olunur. Dünyanın bir çox böyük şəhərlərində isə uzun illərdir ki, uğurla istifadə edilir. "Brutto” modelinin əsas xüsusiyyəti hər kilometrə görə dövlət subsidiyasının ayrılmasıdır. Bu, həm avtobus, həm də metro seqmentində tətbiq oluna bilər və nəticə etibarilə bir çox vacib məsələlərin həllinə imkan yaradır. Bununla gündəlik, həftəlik, aylıq, üç, altı və 12 aylıq abunə biletləri, tələbələr, təqaüdçülər, əlillər və Vətən müharibəsi iştirakçıları üçün güzəştli və ya pulsuz keçidlər, müxtəlif nəqliyyat növləri arasında müəyyən vaxt aralığında pulsuz keçid sistemləri tətbiq oluna bilər. Bu model sərnişinlər üçün həm rahatlıq, həm də maliyyə baxımından qənaəti təmin edir. Eyni zamanda, sərnişin axınının daha optimal şəkildə bölüşdürülməsinə və nəqliyyat sisteminin ümumi effektivliyinin artmasına şərait yaradır. İlkin mərhələdə brutto müqavilələrə keçid vacibdir ki, ictimai nəqliyyatda fəaliyyət göstərən şirkətlərin maliyyə dayanıqlılığı təmin olunsun. Bu model daşıyıcılara sabit gəlir imkanı yaradır və xidmət keyfiyyətinin yüksəldilməsi üçün motivasiya verir”.

Mütəxəssis vurğulayır ki, hazırda metroda irimiqyaslı layihələr həyata keçirilir: "Gələn ilin əvvəlindən 28 May – Cəfər Cabbarlı xətlərinin ayrılması layihəsinə start veriləcək. Bu layihənin il ərzində icrası planlaşdırılır və nəticədə metronun üç əsas xətti müstəqil şəkildə, daha qısa intervallarla fəaliyyət göstərə biləcək. Bununla yanaşı, gələn ilin sonuna qədər yeni metro xətlərinin və stansiyalarının tikintisinə də başlanması gözlənilir. Layihələrin icrası 2030-cu ilə qədər nəzərdə tutulub. Tətbiq olunduqdan sonra metronun sərnişin tutumu əhəmiyyətli dərəcədə artacaq. Çünki metro yeraltı ayrıca hərəkət zolağına malik olduğundan, digər nəqliyyat növləri ilə müqayisədə daha sürətli və maneəsiz xidmət göstərir. Bu cür irimiqyaslı layihələrin həyata keçirilməsi yeni tarif modellərinə və "Brutto müqavilə”lərə keçidi zəruri edir. Bu modeldə bir tərəfdən vətəndaş ödəniş edir, digər tərəfdən isə əməliyyat xərclərinin böyük hissəsi dövlət tərəfindən subsidiya edilir. Nəticədə isə sistem daha dayanıqlı və effektiv şəkildə fəaliyyət göstərir”. ("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri