Icma.az
close
up
RU
Gələcək kansler müdafiə üçün 200 milyard avronu təsdiqləməyin yollarını axtarır

Gələcək kansler müdafiə üçün 200 milyard avronu təsdiqləməyin yollarını axtarır

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Parlament seçkilərində liderlik edən Xristian Demokrat İttifaqından (CDU) Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz 200 milyard avro məbləğində xüsusi müdafiə xərclərini tez bir zamanda təsdiqləmək üçün Almaniya Sosial Demokrat Partiyasının (SPD) nümayəndələri ilə danışıqlara başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" müzakirələrlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, XDİ və SPD nümayəndələri Almaniyada dövlət borclanmasına qoyulan sərt məhdudiyyətlərdən yan keçməyin yollarını müzakirə edirlər. Ordu üçün resursları boşaltmaq istəyirlər. Mənbələrə görə, siyasətçilər üç il əvvəl təsdiq edilmiş paketdən iki dəfə böyük olan yeni paketə parlamentdə səsvermə keçirməyi düşünürlər.

Agentlik xatırladıb ki, Merz seçicilərə Rusiyanın təcavüzünə qarşı çıxmaq üçün alman ordusuna investisiyaların artırılmasına söz verib. Lakin ifrat sağçılar və solçular ölkənin növbəti parlamentində bloklayıcı azlığı təmin etdikdən sonra o, çətinliklərlə üzləşib. "Bloomberg" vurğulayır ki, Merz və onun həmfikirlərinin yeni parlamentin ilk iclasına toplaşdığı martın 24-nə qədər hökumətin borclanmasına konstitusiya məhdudiyyətlərini yumşaltmaq üçün kifayət qədər səs toplamaq lazımdır.

Mənbələr jurnalistlərə bildiriblər ki, Merzin ideyalarından biri yeni hərbi xərclər və Ukraynaya yardım üçün xüsusi fond yaratmaqdır. Bundan əlavə, onlar mövcud fondun genişləndirilməsini, həmçinin əlavə müdafiə xərclərinə imkan yaratmaq üçün "borc əyləcini" uyğunlaşdırmağı düşünürlər.

Agentlik izah edib ki, bütün bu variantlar üçün deputatların üçdə ikisinin böyük əksəriyyəti tələb olunur. Yeni parlamentdə bunu təmin etmək xeyli çətinləşəcək.

Merz bazar ertəsi jurnalistlərə deyib: "Hazırda ən sol və həddindən artıq sağ cinahlarda bloklayan azlıq var. Qərar verib-verməməyimiz hələ də Bundestaqda qalan partiyalarla müzakirə edəcəyim bir məsələdir".

Xristian Demokratlar İttifaqından Almaniyanın kanslerliyinə namizəd Fridrix Merz bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın bəyanatları fonunda NATO-nun indiki formada qalmaya biləcəyini bildirmişdi. O, bəyan edib ki, ABŞ hökuməti Avropanın taleyi ilə o qədər də maraqlanmır.

Bundan əlavə, Merz Avropaya ABŞ-dan "real müstəqillik” verəcəyini vəd edib. Lakin ciddi addımlar atmaq üçün ona koalisiya lazımdır ki, onun yaradılması aylarla çəkə bilər.

Samir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Fevral 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri