Icma.az
close
up
RU
Gələcək nəsillər üçün örnək ŞƏRH

Gələcək nəsillər üçün örnək ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan dövləti hər zaman öz Vətəni uğrunda canından keçən şəhidlərin ailələrinə və sağlamlığını itirən qazilərə xüsusi diqqət və qayğı göstərir. Bu qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Xalqımızın qəhrəman oğul və qızları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda misilsiz fədakarlıq göstərmiş, onların göstərdiyi şücaət tariximizin ən şanlı səhifələrinə çevrilmişdir. Dövlət tərəfindən şəhid ailələrinin və qazilərin sosial rifahının yüksəldilməsi, onların problemlərinin həlli və layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

44 günlük Vətən müharibəsində və sonrakı dövrlərdə Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər xalqımızın qəhrəmanlıq ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu qələbənin əldə olunmasında şəhidlərimizin əvəzsiz xidmətləri, qazilərimizin isə göstərdikləri igidlik xüsusi yer tutur. Məhz buna görə də dövlətimiz onların ailələrinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlayır.

Şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi məqsədilə müxtəlif müavinətlər, təqaüdlər və sosial ödənişlər həyata keçirilir. Dövlət tərəfindən mənzillə təminat proqramları icra olunur, minlərlə şəhid ailəsi və qazi yeni mənzillərlə və fərdi evlərlə təmin edilir. Eyni zamanda minik avtomobillərinin təqdim olunması, müalicə və reabilitasiya xidmətlərinin təşkili onların sosial rifahının yüksəldilməsinə xidmət edir.

Qazilərin sağlamlığının bərpası istiqamətində də mühüm addımlar atılır. Müasir tibbi avadanlıqlarla təchiz edilmiş reabilitasiya mərkəzlərində onların müalicəsi və sosial adaptasiyası həyata keçirilir. Ağır yaralanmış qazilərin protezlərlə təmin olunması, onların yenidən aktiv həyata qayıtmasına dəstək göstərilməsi dövlət siyasətinin vacib istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən layihələr qazilərimizin həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

Şəhid ailələrinin övladlarının təhsil alması, onların gələcək həyatının qurulması da dövlətin diqqət mərkəzindədir. Təhsil sahəsində müxtəlif güzəştlər tətbiq olunur, gənclərin peşə hazırlığına və məşğulluğuna dəstək göstərilir. Bu tədbirlər şəhid övladlarının cəmiyyətin fəal üzvləri kimi yetişməsinə şərait yaradır.

Bununla yanaşı, ölkəmizdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm işlər görülür. Abidələr ucaldılır, xatirə kompleksləri yaradılır, məktəblər, küçələr və digər obyektlər şəhidlərin adını daşıyır. Müxtəlif tədbirlər, anım mərasimləri və vətənpərvərlik layihələri vasitəsilə gənc nəslə qəhrəmanlarımızın keçdiyi şərəfli yol təbliğ edilir.

Azərbaycan cəmiyyətində şəhid ailələrinə və qazilərə hörmət və ehtiram xüsusi yer tutur. Dövlət qurumları ilə yanaşı, ictimai təşkilatlar, xeyriyyə fondları və vətəndaşlar da onların yanında olmağa çalışır, müxtəlif sosial layihələr həyata keçirirlər. Bu həmrəylik xalqımızın milli birliyinin və vətənpərvərlik ruhunun göstəricisidir.

Bu gün Azərbaycan dövləti şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasəti uğurla davam etdirir. Onların rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması və problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Çünki Vətənin azadlığı və suverenliyi uğrunda mübarizə aparan insanların əməyi və fədakarlığı ən yüksək qiymətə layiqdir. Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq, qazilərimizin qəhrəmanlığı isə gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.

Cahandur Məhərəmov

YAP Şərur rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri