Icma.az
close
up
RU
Gələcək nəslin həftədə 3,5 gün işləyəcəyi və 100 ilə qədər yaşayacağı PROQNOZLAŞDIRILIR

Gələcək nəslin həftədə 3,5 gün işləyəcəyi və 100 ilə qədər yaşayacağı PROQNOZLAŞDIRILIR

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın iri investisiya bankı və maliyyə xidmətləri şirkəti "JPMorgan Chase"in baş direktoru Ceymi Dimon (Jamie Dimon) süni intellekt texnologiyalarının bizneslərə və işçilərin iş-həyat balansına təsirini qiymətləndirib. Dimon diqqətin süni intellektin bəşəriyyət üçün yaratdığı təhdid ssenarilərinə deyil, bu texnologiyanın iş dünyasına təmin edəcəyi konkret faydalara yönəldilməli olduğunu bildirib. 
Bizim.Media “marja.az”a istinadən xəbər verir ki, Dimon müsahibəsində JPMorgan-da minlərlə işçinin süni intellektdən fəal şəkildə istifadə etdiyini vurğulayıb.
Texnologiyanı "canlı, nəfəs alan bir şey" olaraq xarakterizə edən Dimon süni intellektin səhvlərin qarşısının alınması, ticarət əməliyyatları, araşdırma və risklərin idarə edilməsi kimi müxtəlif sahələrdə istifadə edilə biləcəyini ifadə edib. 
Dimon proqnozlaşdırır ki, süni intellekt biznes proseslərini avtomatlaşdırmaqla iş həftəsini əhəmiyyətli dərəcədə azalda bilər. Mövcud karyera normalarına ciddi riayət etməsi ilə tanınan Dimon texnologiyanın təmin etdiyi məhsuldarlığın artması sayəsində gələcəkdə işçilərin həftədə 3,5 gün işləyə və 100 il yaşaya biləcəklərini proqnozlaşdırır. 
Süni intellekt və məşğulluğun gələcəyi 
Süni intellektin gətirdiyi imkanlarla yanaşı, bəzi narahatlıqlar da var. "Goldman Sachs" hesab edir ki, bu texnologiya təxminən 300 milyon işi təhdid edə bilər və Amerika işçi qüvvəsinin dörddə biri işlərini itirməkdən qorxur. Dimon isə bu vəziyyətə daha geniş prizmadan baxır. Texnologiya inkişafın tarix boyu ictimai həyatı dəyişdirdiyini qeyd edən Dimon "İnsanların dərindən nəfəs alması lazımdır. Texnologiya hər zaman iş yerini alıb, eyni zamanda həyat standartlarını da artırıb",- deyib. 
McKinsey tərəfindən dərc edilən hesabat da bu qiymətləndirməni dəstəkləyir. Hesabata görə, generativ süni intellekt və digər innovativ texnologiyalar işçilərin vaxtının 60-70 faizini tutan tapşırıqları avtomatlaşdırmaq potensialına malikdir. Bu, hər il qlobal iqtisadiyyata 2,6 trilyon ilə 4,4 trilyon dollar arasında töhfə verə bilər. 
Dörd günlük iş həftəsi təcrübəsi 
 

Süni intellektin məhsuldarlığının artırılması iş saatlarında köklü dəyişikliklərə səbəb ola bilər. Kembric Universiteti tərəfindən aparılan araşdırma 4 günlük iş həftəsinin işçilərə müsbət təsirini ortaya çıxarıb. Araşdırmada iştirak edən 61 şirkətin 92%-i bu təcrübəni davam etdirmək qərarına gəlib. Bundan əlavə, işçilərin tükənmişlik səviyyələrində 71 faiz azalma müşahidə edilmişdir. 


Ceymi Daymonun bu sahədəki baxışı bizə Con Meynard Keynsin (John Maynard Keynes) 1930-cu ildə yazdığı “Nəvələrimiz üçün iqtisadi imkanlar” adlı məqaləsində irəli sürdüyü uzaqgörənliyi xatırladır. Keyns texnoloji tərəqqinin iş həftəsini 15 saata qədər azaldacağını proqnozlaşdırmışdı. 
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Noyabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri