Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Gələcəkdə gənc nəsil azalacaq Deputat

Gələcəkdə gənc nəsil azalacaq Deputat

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

10-15 ildən sonra əmək bazarında ciddi çatışmazlıq yarana bilər


Əhliman Əmiraslanov: “Onkoloji xəstələrin sığorta xidmətinə daxil edilməməsi ciddi problemdir”


"İnkişaf etmiş ölkələrdə uşaq doğumu azalır, yaşlı insanların sayı artır". Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, yaşlı insanların sayının artması ilə yanaşı, sosial büdcənin sosial yükü də artır: 

"Eyni zamanda, 10-15 ildən sonra əmək bazarında müəyyən problemlərin ola biləcəyi gözlənilir. Biz gələcəkdə əmək bazarının daha da fəal olması üçün, sosial xərclərin artırılan istiqamətdə xərclənməsi üçün indidən inkişafla bağlı dövlət proqramı qəbul etməliyik ki, yaxın 10-15 ildən sonra çox ciddi bir insan potensialının, xüsusən, gənc nəslin sayının azalması ilə bağlı problemlə üzləşməyək".


"Bu dəyişikliklər cəmiyyətdə birmənalı qarşılanmır"

Millət vəkili Əli Məsimli iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib ki, Vergi Məcəlləsində edilən dəyişikliklərin köklü şəkildə əsaslandırılması əhəmiyyətlidir. Deputat qeyd edib ki, Vergi Məcəlləsində edilən dəyişikliklər xüsusi aktuallıq kəsb edir: “Məcəllədə bütün sahələri əhatə edən dəyişikliklər nəzərdə tutulur və bu, cəmiyyətdə birmənalı qarşılanmır. Bunun üçün dəyişikliklərin köklü şəkildə əsaslandırılması əhəmiyyətlidir”. 

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, 2026-cı ildə səhiyyə xərcləri 2 milyard manata çatdırılacaq: “Müqayisə üçün deyim ki, 5 il bundan öncə bu xərclər 8 milyon təşkil edirdi. Əminəm ki, gələcəkdə bütün səhiyyə xidmətləri icbari tibbi sığortaya cəlb ediləcək”. Komitə sədri deyib ki, əhaliyə göstərilən ilkin tibbi xidmətin keyfiyyətinin aşağı olması problem olaraq qalır: “Bu, xüsusilə bölgələrdə və regionlarda ciddi problemdir". O qeyd edib ki, bölgələrdə olan tibb məntəqələri ya yararsız vəziyyətdədir, yaxud da ümumiyyətlə tibb məntəqəsi yoxdur. “Bununla bağlı ötən sessiya müddətində dinləmə keçirərək bir pilot rayon da müəyyən edildi. Lakin bu istiqamətdə işlər getsə də, uğurlu nəticə görmürük. Odur ki, növbəti illərdə bu sahəyə diqqət yetirməliyik”.

Komitə sədri eyni zamanda onkoloji xəstələrin icbari tibbi sığorta xidmətinə daxil edilməməsindən şikayətlənib: “Büdcədən ayrılan vəsaitlə isə onkoloji xəstələrin effektli müalicəsində ciddi problemlər yaranır. Bəzi onkoloji dərman prepartları var ki, onlar çox bahadır. Həmin preparatların lazımi miqdarda alınıb ölkəyə gətirilməsində çətinliklər var. Bu preparatlar olmadan onkoloji xəstələrin effektiv müalicəsini təmin etmək mümkün deyil. Həmin dərmanların alınıb ölkəyə gətirilməsinə əlavə vəsait ayrılmalıdır. Eyni zamanda digər məsələ isə onkoloji xəstələrin icbari tibbi sığorta xidmətinə salınması ilə bağlıdır”.

"300-dən çox qaraciyər və böyrək transplantasiyası dövlət hesabına həyata keçirilib"

Parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, Azərbaycanda ötən il 300-dən çox qaraciyər və böyrək transplantasiyası dövlət hesabına həyata keçirilib. O qeyd edib ki, ürək köçürülməsi əməliyyatı qeyd edilən transplantasiya əməliyyatlarından daha ucuz başa gəlir: "Ona görə, hesab edirəm, ürək köçürülməsi əməliyyatlarının da bir hissəsi dövlət hesabına qarşılana bilər. Daha 10 əməliyyatın dövlət proqramına salınması nəzərə alına bilər".

Deputat Naqif Həmzəyev bölgələrdə də sahibsiz heyvanlar üçün sığınacaqların tikilməsini və peyvənd edilməsini təklif edib. O qeyd edib ki, Bakıda bununla bağlı məsələ həll edilib: “Bölgələrdə isə problem qalmaqdadır. Hesab edirəm ki, bölgələrdə sahibsiz heyvanlar üçün sığınacaqların tikilməsi və bu heyvanların peyvənd edilməsi dövlət hesabına həyata keçirilsə, yaxşı olar”.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib ki, Azərbaycan son əsrdə orta illik temperaturun 0,4-1,3°C artması, quraqlıq dövrlərinin 34 faiz çoxalması və tozlu hava hadisələrinin beş dəfə artması ilə xarakterizə olunan iqlim transformasiyası ilə üzləşib. Onun sözlərinə görə, Bakı və Sumqayıt kimi sənaye şəhərlərində hava çirklənməsinin 70-75 faizinin nəqliyyat emissiyalarından qaynaqlanması ekoloji idarəetmədə yeni yanaşmaların tətbiqini zəruri edir: "Bu baxımdan elektrikli nəqliyyat vasitələrinin stimullaşdırılması, bərpa olunan enerji mənbələrinin inteqrasiyası və regional hava monitorinq sistemlərinin gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilir. İqlim dəyişikliyinə uyğunlaşma siyasəti çərçivəsində “quraqlıq indeksi”nin bölgə üzrə izlənməsi və səhralaşma risk xəritələrinin hazırlanması elmi əsaslı qərarların qəbulunu asanlaşdıracaq". 


"2024-cü ildə ölkədə 4,365 milyon ton tullantı yaranıb"

Tullantıların idarə edilməsi və dövri iqtisadiyyatın inkişafına toxunan komitə sədri deyib ki, 2024-cü ildə ölkədə 4,365 milyon ton tullantı yaranıb və bunun 69 faizi bərk məişət tullantılarından ibarət olub: “Həmin resurslardan 232,5 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. Bu göstərici dövri iqtisadiyyat modelinə keçidin ilkin nəticələrini əks etdirir. Lakin tullantıların cəmi 19 faizi enerji istehsalında və ya təkrar istifadədə iştirak edir ki, bu da Avropa İttifaqı və həmçinin qardaş Türkiyənin göstəricilərindən əhəmiyyətli dərəcədə aşağıdır. Belə şəraitdə ölkədə tullantıların idarə olunmasına sistemli yanaşmanın tətbiqi, regional emal müəssisələrinin yaradılması və mövcud infrastrukturun müasirləşdirilməsi, bərpa texnologiyalarının tətbiqi, maliyyə və investisiya modellərinin, o cümlədən dövlət-özəl tərəfdaşlığı (PPP) mexanizmlərinin genişləndirilməsi, ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədəuyğundur”. 

Deputat Azər Badamov deyib ki, Vergi Məcəlləsi ölkədə iqtisadi siyasətin uğurla aparılmasında və dövlət büdcəsinin gəlirlərinin formalaşdırılmasında həlledici rol oynayan sənəddir: "Qanun layihəsində 45 maddə üzrə 145 dəyişiklik təklif olunur. Təklif olunan dəyişikliklər çox geniş spektrlidir və müxtəlif sahələri əhatə edir. Vergi yükünün yüngülləşdirilməsinə hesablanıb. Bəzi sahələr üzrə güzəştlərin tətbiq olunma müddətlərinin başa çatması bəzi hallarda vergilərin tətbiqi ilə bağlı əsassız fikirlər formalaşdırır. Əslində, bu, qanunvericiliyin əvvəlki qayda ilə tətbiqinin davamı deməkdir. Amma burada da humanist yanaşmalar mövcuddur. Yəni qanunun tələbləri tam şəkildə qüvvəyə minmir. Bunu diferensial qaydada yenidən vergiyə adaptasiya olunması üçün müəyyən müddətin verilməsi ilə güzəştlərin ləğvi kimi də başa düşmək olar. Dəyişikliklərdə həm də yeni güzəştlərin tətbiqi nəzərdə tutulur".


İsmayıl 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Noyabr 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri