Icma.az
close
up
RU
Gələcəyimiz internet: Ümid və qorxu vədləri

Gələcəyimiz internet: Ümid və qorxu vədləri

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Çox xəyalları gerçəkləşdirən internet çox gerçəkləri də xəyala çevirib. Artıq həyatı internetsiz təsəvvür etmək mümkün deyil. Tələbə, müəllim, həkim, alim, jurnalist, düşünən hər kəs gün boyu monitor qarşısındadır. Çünki kitab da internetdədir, kitabxana da, ünsiyyət qurduğun dostlar da, bitib-tükənməyən söhbətlər də... İnternet əslində hər iki tərəfi kəsən qılınc kimidir, qarşı tərəfi “kəsə bildiyin” kimi, səhv etsən, özünü də “kəsə bilərsən”...
***
Xəyalda dünya qurmaq insanın həmişə sevdiyi əyləncədir. Bəzən elə olur ki, illər boyu səninlə divarın o üzündəki qonşunun gerçək üzünü tanımırsan. Hətta iş o yerə çatır ki, onun kim olduğunu öyrənmək istəmirsən, dərdinə-sərinə vaqif olmağı ağlından keçirmirsən. Ancaq ömrün hansısa döngəsində qarşılaşdığın bir epizod həyatında hər şeyi dəyişir.
Canlı ünsiyyətdən qaçan insan həmişə saxta xəyallarla yaşamalı olur. Belələrinin yaşadığı mühitdə anlaşma olmur, insanlar uzlaşa bilmirlər. Hamı danışır, ancaq bir-birini eşidən, bir-birini dinləyən yoxdur. Orada dialoq olmur, orada ayrı-ayrı monoloqlar olur.
***
Hörmətli yazıçımız Anarın gənclik illərində yazdığı bir hekayə var: “Sən, mən, o və telefon”. Hekayə çox maraqlı bir “priyom” üzərində qurulub. Gecə vaxtı şəhərdə gəzən gənclər sonuncu subay dostlarını evləndirmək üçün telefonla qız axtarırlar və hərə bir rəqəm deyir. Alınmış telefon nömrəsinə bir qadın cavab verir və bununla da subay dostun həyatında hər şey dəyişir.
Növbəti gecələrdə də həmin telefon söhbətləri təkrarlanır və get-gedə vərdişə çevrilir. Və günlərin bir günü məlum olur ki, hər gecə telefonun dəstəyini qaldıran xanım heç də uzaqda deyil, qəhrəmanın hər gün rastlaşdığı iş yoldaşlarından biridir. Yəni, gündüz iş yoldaşı, axşam telefon müsahibi. Zahirən heç bir cəhəti ilə fərqlənməyən, hamı kimi sıravi, adi insan təsiri bağışlayan bu xanım telefonda tamamilə fərqli olur, danışdığı həyat hekayəsi ilə qəhrəmanın rəğbətini də qazanır, sevgisini də. Və məlum uğurlu sonluq...
***
Əslində, çoxumuz beləyik, bir-birimizin qəlbinə, duyğularına, hansı hisslərlə yaşadığına baxmaq istəmirik ki, kim olduğunu da tanıya bilək. Əgər bir-birimizi yaxşı tanıya bilsəydik, inanıram ki, nə bu qədər laqeyd olardıq, nə də bu qədər sentimental. İnternet isə özünütəqdimin yeni variantlarını ortaya çıxardı. Və beləcə “reklamçılıq” vasitəsinə çevrildi.
***
Özünə yaxşı iş tapmaq istəyən hər gəncin qarşısına qoyulan iki ən populyar şərtdən biri ingilis dili, o biri isə kompüterdir. Çünki dünyanın əksər məlumatları ingilis dilindəki veb-saytlardadır. Bir vaxtlar dünya iki qütbə bölünmüşdü və tərəflər göy üzünü, ulduzları bölüşürdülər. Yəqin ki, “ulduz müharibələri” ifadəsi çoxlarının yaddaşından silinməyib. İndi isə hər cür qarşıdurma, müharibə göydən endirilib, kompüterə yerləşdirilib. Hətta ölkələrarası müharibələr də kompüter üzərindən aparılır. Hər kəsin üzünə açıq, hər kəsin müdaxilə edə biləcəyi bu meydan özünə bağladığı insanları “xəstəyə” çevirir, onların sərbəstliyini, müstəqilliyini əlindən alır. Vaxt itirənləri də, vaxt qazananları da internetdə tapa bilərsən. Artıq çoxları üçün mədəniyyət də, mənəviyyat da, milliləşmə də, qloballaşma da internetdir. İnternet belələri üçün həyatın kiçik bir hissəsi deyil, böyük bir hissəsidir. Etiraf edək ki, gününü internet qarşında ingilis dilində keçirən bir gəncin tədricən öz dəyərlərinə yadlaşmaq ehtimalı da çox yüksəkdir.
***
İnternet artıq gənclər arasında xəstəliyə çevrilib. Gecəni səhərə qədər internetdə vaxt keçirən gənc səhər nə vaxtlı-vaxtında dərsə gedə bilir, nə də nə vaxtlı-vaxtında iş görə bilir. Əksər hallarda “internet xəstələri” qaraqabaq olurlar, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər, hisslərini qarşı tərəfə təbii ünsiyyət vasitəsi ilə yox, süni klaviatura vasitəsi ilə çatdıra bilirlər.
İnternet asılılığı hətta insanın xarakterini də dəyişir. Bütün günü gecə boyu qarşı tərəflə apardığı dialoqlar haqqında düşünür. Özünü ən gözəl şəkildə təqdim etmək üçün yollar axtarır. Adlar saxta, vədlər yalan, söhbətlər həqiqətdən uzaq... Və belə bir atmosferdə sən ünsiyyət qurursan, hətta bu ünsiyyət günbəgün güclənərək vərdişə çevrilir, onun cazibəsindən qurtara bilmirsən. Bu asılılıq o qədər şiddətlənir ki, artıq bütün məqsədlərini, niyyətlərini, işlərini ona görə tənzimləməli olursan.
***
Əyləncələrlə vaxt öldürməkdə internetin əvəzi yoxdur. Oyunlar o qədər maraqlı, o qədər cəlbedici olur ki, burada gənc saatların necə keçdiyindən xəbər tutmur, aclıq güc gəlməsinə baxmayaraq, qalxıb bir tikə çörək yeyə bilmir. Bu asılılıq insanı bir növ qətiyyətsizləşdirir, iradəsizləşdirir. Anasının xahişi ilə həyətə düşüb çörək almağa ərinən gənc bəzən on saatını fasiləsiz olaraq bu oyunlarla keçirir. Əslində isə bu, bir mənada fəlakət, bir mənada faciədir. Həm də təkcə qayğısız gənclər deyil, ailəli insanlar da bu əyləncəyə elə uyurlar ki, onlardan qayğı, nəvaziş uman ailələrini unudurlar.
***
Çox qəribədir, bəzən insan öz gözü qarşısındakı bir gözəlliyi görə bilmir, ancaq süni, saxta təqdimatlarla təsəvvür etdiyi bir gözəlliyə asanlıqla bağlanır. Odur ki, artıq dünyada internet tanışlığı ilə başlayan evliliklərin sayı günbəgün artmaqdadır. Dədə-baba dili ilə desək, artıq qız bəyənmək üçün bulaq başına getməyə də ehtiyac yoxdur, elə o bulaq başı da internetdədir. Ancaq bir həqiqət də var ki, internetdə tanış olub sonradan üz-üzə gələn insanların əksəriyyəti təsəvvürlərində yanıldıqlarını etiraf edirlər. Bu yanılma təqdim edənin özünü məharətlə gizləyə bilməsi ilə bağlıdır, yoxsa qarşı tərəfin vəziyyəti düzgün analız edə bilməməsi ilə, bu da tamam başqa bir söhbətin mövzusudur.
***
İnsan yaradılış etibarı ilə ictimai varlıqdır. Yəni, insan həmişə canlı təmasda olmalı, kiminləsə danışmalı, kiminləsə söhbət etməli, almalı, verməli, əl uzatmalı, kömək gözləməlidir. İnternet insanı bütün bu saydıqlarımızdan məhrum edir. İnsan həyəcandan titrəyərək sevgisini açıqlayanda gözəldir. Və ya insan olduğu kimi görünəndə gözəldir. İnsanın dəyəri cəmiyyətdə, insanların arasında başqaları ilə müqayisədə daha aydın görünür. İnsan vaxtını internetdə öldürməkdənsə, daha səmərəli bir işlə məşğul olsa, yaxşıdır. Əlin heç bir işə yatmasa da, durub küçəyə, bacaya çıxmalısan ki, bəlkə köməyə ehtiyacı olan birinin qolundan yapışasan, ya da hansıssa yad bir adama axtardığı ünvanı göstərəsən. Niyyətin bu isitqamətdə olmalıdır. Əsl insanlıq - insanlardan qaçmaq deyil, həmişə cəmiyyət içində olmaq, başqalarının işiniə yaramaq, onlara doğru yolu göstəmək, xeyir verməyə çalışmaqdır. İnternet vərdişi isə insanı təcridə sürükləyir, cəmiyyətdən, insanlardan soyudur, davranış qaydalarını, sevgini, səmimiyyəti unutdurur.
***
Yazının əvvəlində demişdik ki, internet artıq həyatın qaçılmaz şərtlərindən biridir. Tam əminliklə demək olar ki, bundan sonra bütün münaqişələr, bütün müharibələr internet vasitəsilə həyata keçiriləcək. Ona görə də, bu texnologiyadan kənarda qalmaq zamandan, dünyadan geri qalmaqdır. Ancaq bu məsələdə bir məqamı nəzərdən qaçırmaq olmaz ki, sahilsiz dərya kimi görünən bu aləmdə hər kəs öz gələcəyinin qayğısına qalmalı, o dəryaya dalan hər gəncin axşam xətasız-bəlasız öz “limanına” qayıtmasına ciddi nəzarət etməlidir. Bu narahatlıq heç də əsassız deyil. Çünki internet yolu ilə öz dəyərlərindən uzaqlaşmış nümunələr kifayət qədər çoxdur.
***
Gələcəyi düşünmək üçün ən gözəl yol sağlam nəsillər yetişdirməkdir. O nəsilləri ehtiyac duyduqları biliklərlə təmin etməkdir. Yəni, biz internetdən kənarda qalmamalı, onun imkanlarından ən yaxşı şəkildə istifadə etməliyik. Əmin olun ki, kompüterlə və ya telefonla o dəryaya yelkən açan gənc əgər güclüdürsə, kökünə, dəyərlərinə bağlıdırsa, heç vaxt məğlub olmayacaq, ala-bəzək gözəlliklərə əsir düşməyəcək, dənizə çıxan balıqçı kimi hər axşam öz evinə qayıdacaq. Yox, əgər o gənc zəifdirsə, kökünə, dəyərlərinə bağlı deyilsə, bir gün kimlərəsə əsir düşəcək və cismən yanımızda olsa da, ruhən uzaqlarda olacaq. Bir sözlə, ağıllı olmaq açılmış qapını bağlamaq deyil, o qapıdan keçəndən sonra başımıza nə gələcəyini hesablayıb tədbir görməkdir.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 03 Noyabr 2025 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri