Gələcəyimiz elmdə və dünyəvi düşüncədədir
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Allahdan gələn ilk əmr “Oxu!” ilə başlayır.
Müqəddəs kitabımız olan “Qurani-Kərim” insanları elmə dəvət edir: “Elm Çində belə olsa öyrənin. Elm öyrənmək hər bir müsəlmana vacibdir”.
Peyğəmbərimiz (s.ə.v) bütün valideynlərə öz övladlarını gözəl tərbiyə verməsini nəsihət edib.
Əl-Biruni, İbn Sina, Xərazmi kimi İslam alimləri elmlə bu yüksək ada layiq olublar.
Düzgün tərbiyə və təlim təhsildən keçir.
Elm və təhsil cəmiyyətin inkişafı və rifahının atributudur.
Quran elm və hikmət yolu ilə ideoloji qarşıdurmalara cavab verməyi tövsiyə edir: “İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et...” (“Nəhl” surəsi, 125).
Çünki elmi, savadı olmayan kütlə ideoloji təsirə tez düşür, müxtəlif nadanların alətinə çevrilərək təxribatlara qurban olur.
Cənab Prezident YAP-ın VIII Qurultayında çıxış edərkən çox mühüm bir mövzuya diqqət çəkdi, bildirdi ki, dünyada risklərin artdığı bir dövrdə ideoloji məsələlərə çox ciddi diqqət yetirilməlidir.
İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır.
Təəssüf ki, son günlər hicabla bağlı baş verən proseslər bir daha onu təsdiqləyir ki, yad ünsürlər ideoliji məkanımıza müdaxilə edir, bizim daxili işlərimizə qarışırlar.
Xarici ölkələrdəki dini təriqətlər Azərbaycanın elm və təhsil sektorundakı dünyəvilik prinsiplərini az qala islam dəyərlərindən uzaqlaşmaq kimi qələmə verməklə, təxribatlara əl atırlar.
Azərbaycanda heç kimi hicabı qadağan etməyib, söhbət məktəblərdə vahid geyim formasından gedir.
Azərbaycan dünyəvi dövlətdir, təhsil sistemi də dünyəviliyə əsaslanır. Təhsil müəssisələrində vahid yanaşma neçə illərdir ki, mövcuddur. Təəssüf ki, indiyə qədər müəllimlər, texniki işçilər məktəbdə hicabla gəziblər və qızlar da buna baxıb öz məktəb geyimlərindən uzaqlaşıblar.
Burada cəmiyyətin hər bir fərdinin üzərinə məsuliyyət düşür. İlk növbədə, qız uşaqlarının valideynləri övladlarının təhsil-təliminə xüsusi diqqət ayırmalıdır. Məktəb direktorları, regional təhsil idarələri, yerli icra hakimiyyətləri bu işdə maarifləndirici iş aparmalıdır. Yəni, cəmiyyətimizdə iş düzgün qurulmadığına görə, hazırda belə anlaşılmazlıqlar meydana çıxır.
Ölkəmizdə dini geyimə, tədrisə qadağa yoxdur, xüsusi lisey və ayrıca tədris müəssisələri var, İlahiyyat İnstitutu var, heç kimə geyimlərinə müdaxilə edilmir.
Təhsil müəssisələri isə oxumaq, elm öyrətmək, öyrənmək məkanıdır.
Hər kəs Ali yaradanın “Oxu” əmrinə, müqəddəslərin elm öyrənmək nəsihətinə əməl etməyə borcludur.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Bu mövzuda digər xəbərlər:Bu günümüz və gələcəyimiz
30 Yanvar 2025 15:11
Gələcəyimiz olan gənclər!
17 İyul 2025 08:16
Dünənimiz, bu günümüz və gələcəyimiz...
12 Dekabr 2025 08:12
Azərbaycançılıq: bu günümüz və gələcəyimiz
20 Oktyabr 2025 21:02
Tahir Gözəl: “Gələcəyimiz cavanlardır”
18 May 2025 23:13
Baxış sayı:86
Bu xəbər 12 Oktyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















