Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Səudiyyə Ərəbistanı qlobal süni intellekt (AI) nəhənginə çevrilmək istəyir

Gələcəyin güclü dövləti hərtərəfli inkişaf etmiş gənc nəsildən başlayır

Gələcəyin güclü dövləti hərtərəfli inkişaf etmiş gənc nəsildən başlayır

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Müasir cəmiyyətin əsas dayaqlarından biri sağlam və inkişaf etmiş gənc nəsildir.

Gənclərin və uşaqların fiziki və mənəvi inkişafı yalnız fərdi deyil, eyni zamanda cəmiyyətin ümumi rifahı üçün mühüm əhəmiyyət daşıyır. Bu inkişafın təməli isə erkən yaşlardan qoyulur.

Fiziki sağlamlıqla yanaşı, mənəvi dəyərlər və sosial bacarıqların formalaşması da gənc nəslin cəmiyyətdə önəmli mövqe tutmasına zəmin yaradır.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, təhsil sistemində uşaqların yalnız akademik biliklərlə deyil, mənəvi, yaradıcılıq və sosial bacarıqlarla formalaşdırılması cəmiyyətin gələcəyi üçün strateji əhəmiyyət daşıyır.

K.Əsədovun sözlərinə görə, bugünkü dünyada əmək bazarında və ictimai həyatda uğur qazanmaq təkcə riyaziyyat, dil və ya digər fənlərin bilikləri ilə ölçülmür, eyni zamanda emosional zəka, ünsiyyət bacarıqları, yaradıcılıq və təşəbbüskarlıq kimi xüsusiyyətlər də həlledici rol oynayır.

Ekspert nəzərə çatdırıb ki, “Təhsil haqqlnda” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində təhsil sisteminin məqsədi açıq şəkildə göstərilir. Müsahibimiz əlavə edib ki, şəxsiyyətin intellektual, mənəvi və fiziki potensialının inkişafı və onun cəmiyyət həyatına hazırlanması təhsil sisteminin məqsədidir:

“Bu isə o deməkdir ki, təhsil yalnız dərs otağı ilə məhdudlaşmamalı, uşaqların mənəvi və yaradıcı inkişafını təmin edən geniş bir sosial mühit yaratmalıdır”.

Statistik məlumatlara diqqət çəkən təhsil eksperti vurğulayıb ki, UNICEF-in 2023-cü ildə açıqladığı araşdırmaya görə, dünyada məktəblilərin 40 faizdən çoxu öz yaradıcılıq potensiallarını məktəb mühitində ifadə edə bilmir. Kamran Əsədov həmçinin söyləyib ki, Azərbaycanda isə Dövlət Statistika Komitəsinin hesabatlarına əsasən, şagirdlərin yalnız 18 faizi məktəbdənkənar dərnəklərdə və yaradıcı fəaliyyətlərdə iştirak edir. Dediyinə görə, bu, uşaqların böyük əksəriyyətinin yalnız akademik yüklə məhdudlaşdığını və yaradıcılıq imkanlarının zəif inkişaf etdiyini göstərir.

Kamran Əsədov Elm və Təhsil Nazirliyinin son illərdə uşaqların hərtərəfli inkişafı üçün müxtəlif proqramlar həyata keçirməyə başlamasının müsbət hal olduğunu qeyd edib.

Həmsöhbətimizin fikrincə, STEAM mərkəzlərinin yaradılması, məktəblərdə psixoloji xidmətin gücləndirilməsi, inklüziv təhsil imkanlarının genişləndirilməsi və məktəb avtobuslarının tətbiqi uşaqların sosial rifahını, təhlükəsizliyini və yaradıcılıq imkanlarını artırmağa yönəlmiş addımlardır:

“Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar tərif olunmalıdır, çünki məqsəd yalnız imtahan nəticələrinə fokuslanmaq deyil, gəncləri müasir dünyanın çağırışlarına hazırlamaqdır”.

Təhsil ekspertinin dediyinə görə, təhsil sistemi hazırda əsasən akademik nəticələrə, test imtahanlarına və repetitorluğa yönəlmiş olsa da, bu yanaşma ilə yanaşı, uşaqların sosial və yaradıcı potensialının inkişafı üçün də imkanların artırılması gündəmdədir:

“Məktəblərdə dərnəklərin sayının genişləndirilməsi, müəllimlərin əlavə fəaliyyətlərə cəlb olunması üçün motivasiya mexanizmlərinin yaradılması və psixoloq-sosial işçi heyətinin gücləndirilməsi istiqamətində addımlar atılır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hazırda hər 2000-dən çox şagirdə bir psixoloq düşür və bu rəqəmin gələcəkdə beynəlxalq standartlara uyğunlaşdırılması nəzərdə tutulur”.

Kamran Əsədov: Gələcəyin güclü dövləti məhz hərtərəfli inkişaf etmiş gənc nəsildən başlayır

Müsahibimiz həmçinin dünya təcrübəsi barədə məlumat verib. K.Əsədov qeyd edib ki, Finlandiyada təhsil sistemi uşaqların yaradıcılıq bacarıqlarına xüsusi diqqət ayırır. Orada təhsil proqramının 30 faizindən çoxu layihə əsaslı öyrənməyə və yaradıcı fəaliyyətlərə həsr olunur. ABŞ-də məktəblərdə “makerspace” adlanan yaradıcılıq emalatxanaları yaradılaraq şagirdlərin innovativ layihələr hazırlamasına şərait yaradılır. Almaniyada isə məktəblər mədəniyyət evləri və bələdiyyələrlə sıx əməkdaşlıq edərək uşaqların musiqi, teatr və rəssamlıq fəaliyyətlərinə cəlb edilməsini təşkil edir:

“Bu nümunələr göstərir ki, mənəvi və yaradıcılıq inkişafı təhsilin ayrılmaz hissəsi kimi qəbul edildikdə, gənclərin gələcək həyat keyfiyyəti yüksəlir”.

Həmsöhbətimiz söyləyib ki, Azərbaycanda da təhsildə müsbət dəyişikliklər üçün imkanlar genişlənməkdədir. Ekspert bildirib ki, təhsil proqramlarında təkcə akademik biliklərə deyil, həm də yaradıcılıq və sosial fəaliyyətlərə daha çox yer ayrılması istiqamətində təşəbbüslər diqqət mərkəzindədir.

Kamran Əsədovun sözlərinə görə, məktəblərdə psixoloq və sosial işçilərin sayının artırılması, müəllimlərin yalnız dərs yükü ilə deyil, eyni zamanda tərbiyəvi və yaradıcı fəaliyyətlərdə fəal iştirakı üçün stimullaşdırıcı mexanizmlər üzərində iş aparılır.

Bununla yanaşı, həmsöhbətimiz onu da qeyd edib ki, məktəblərin vətəndaş cəmiyyəti və özəl sektorla əməkdaşlıq etməsi, uşaqlar üçün incəsənət, idman və yaradıcılıq proqramlarının təşkil olunması təşviq edilir. Bu istiqamətdə atılan addımlar nəticəsində uşaqların təhsil mühiti daha zəngin və inkişafyönümlü formalaşacaq:

“Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar müsbət qiymətləndirilməlidir. Nazirliyin məqsədi uşaqları yalnız akademik biliklərlə yükləmək deyil, həm də mənəvi baxımdan zəngin, yaradıcılıq qabiliyyətləri inkişaf etmiş, əmək bazarına və sosial həyata hazır vətəndaşlar kimi formalaşdırmaqdır. Bu siyasət əsaslandırılmış və strateji baxımdan düzgün yanaşmadır, çünki gələcəyin güclü dövləti məhz hərtərəfli inkişaf etmiş gənc nəsildən başlayır”.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Oktyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16963

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1015

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see226

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see146

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see145

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see144

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see143

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see137

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see132

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see131

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see128

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see128

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see127

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see127

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see122

Səudiyyə Ərəbistanı qlobal süni intellekt (AI) nəhənginə çevrilmək istəyir

17 Noyabr 2025 01:01see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri