Icma.az
close
up
RU
Menu

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Gələcəyin xəritəsini çəkən filosof O, KQB agenti idi?

Gələcəyin xəritəsini çəkən filosof O, KQB agenti idi?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az görkəmli polyak yazıçı, filosof və futuroloq Stanislav Lem haqqında materialı təqdim edir.

1921-ci ildə Lvovda imkanlı bir həkim ailəsində doğulan polyak yəhudisi Stanislavın uşaqlığı kitablar və laboratoriya şüşələri arasında keçmişdi. Atasının yolunu davam etdirib tibb təhsili alarkən İkinci Dünya müharibəsinin başlaması onun taleyini alt-üst etdi. Nasist işğalı dövründə yəhudi köklərinə görə hər an ölüm biletini ala bilərdi. Saxta sənədlərlə avtomobil mexaniki işləyərək, sabotaj qruplarına kömək edərək sağ qaldı.

Müharibə Lemə bir şeyi çox yaxşı öyrətdi: insan təbiətinin vəhşiliyini və təsadüflərin həyatdakı mütləq rolunu. Bu travma və reallıq hissi onun sonrakı bütün əsərlərində özünü büruzə verəcəkdi. Müharibədən sonra Krakova köçən Lem tibb təhsilini bitirsə də, həkimlik etmək istəmədi. Çünki onun diaqnoz qoymaq istədiyi xəstə fərdlər deyil, bütövlükdə bəşəriyyət idi.

Lem yaradıcılığının şah əsəri şübhəsiz ki, "Solyaris" romanıdır. Bu əsər insanın yad sivilizasiyalarla əlaqə qurmaq cəhdinin və bu cəhdin iflasının fəlsəfi manifestidir. Solaris planetindəki canlı, düşünən okean insanlarla ünsiyyətə girmir, sadəcə onların şüuraltındakı ən ağrılı, ən gizli xatirələrini maddi formaya salıb qarşılarına çıxarır.

"Biz kosmosu fəth etmək istəyirik, amma əslində, sadəcə Yer kürəsini onun sərhədlərinə qədər genişləndirmək niyyətindəyik. Bizə başqa dünyalar lazım deyil, bizə öz əksimiz lazımdır." — "Solaris"

Lem bizə deyirdi: Biz hələ öz daxilimizdəki qaranlığı, şüuraltımızdakı canavarları öyrənməmişik, amma kosmosda başqa şüurlar axtarırıq. Okean insan üçün bir tapmacadır, insan da okean üçün. Və bu iki tamamilə fərqli varlığın ortaq bir dil tapması qeyri-mümkündür.

Lem təkcə dərin zəkası ilə deyil, həm də kəskin, güzəştsiz xarakteri ilə seçilirdi. O, Qərb (xüsusilə Amerika) elmi fantastikasını çox səthi hesab edirdi. Onun fikrincə, Amerika yazıçılarının çoxu kosmosu sadəcə kovboy filmlərinin fonu kimi istifadə edir, lazer silahları və yaşıl adamcıqlardan o tərəfə keçə bilmirdilər.

Bu tənqidlər Amerikada böyük qıcıq yaratmışdı. Hətta məşhur fantast yazıçı Filip K. Dik paranoyaya qapılaraq FTB-yə (FBI) məktub yazmışdı. Dik iddia edirdi ki, "Stanislav Lem" deyə bir yazıçı realda yoxdur. Onun fikrincə, bu ad arxasında Polşada oturan, Qərb oxucusunun beynini yumaq üçün fəaliyyət göstərən bütöv bir Kommunist Komitəsi (KQB agentləri) dayanıb. Çünki bir insanın təkbaşına bu qədər fərqli sahələrdə, riyaziyyat, tibb, fəlsəfə, sosiologiya, bu səviyyədə dərin və fərqli əsərlər yazması mümkünsüz görünürdü. Bu hadisə Lemin zəkasının miqyasına verilən ən qəribə və ən böyük "qiymət" idi.

Lemi sadəcə qaranlıq, tutqun bir filosof kimi tanımaq ədalətsizlik olardı. O, həm də dahi bir satirik idi. Onun "Kiberiada" və "Ulduz gündəlikləri" silsiləsindən olan əsərləri bəşəriyyətin nöqsanlarını, bürokratiyanı, siyasəti və elmi təkəbbürü lağa qoyan absurd, yumoristik şah əsərlərdir. Kosmik səyyah İyon Tihinin macəralarında biz əslində, gələcəyin deyil, bu günün və keçmişin insan axmaqlıqlarının kosmik miqyasda necə gülünc göründüyünü izləyirik.

Ömrünün son illərində Stanislav Lem demək olar ki, fantastika yazmağı dayandırmışdı. O, daha çox publisistik məqalələr, fəlsəfi esselər yazır və bəşəriyyətin gedişatını böyük narahatlıqla izləyirdi. İnternetin kütləviləşməsini görəndə dediyi o məşhur söz onun skeptisizminin zirvəsi idi:

"İnternetdən istifadə edənə qədər dünyada bu qədər çox axmağın olduğunu bilmirdim".

Lem Krakovdakı qəbirstanlıqda dəfn olunub. Onun baş daşında yazılanlar bəlkə də bütün həyatının və yaradıcılığının xülasəsidir:

"Feci quod potui, faciant meliora potentes" (Mən əlimdən gələni etdim, bacaranlar daha yaxşısını etsinlər).

“Müasir Azərbaycanın qurucusu – Ulu Öndər Heydər Əliyev” adlı tədbir təşkil edildi Bu gün Beynəlxalq Rəqs Günüdür Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 May 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see342

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see291

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see278

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see271

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see268

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see244

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see240

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see232

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see227

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see222

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see220

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see211

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see203

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see197

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see182

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see173

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see173

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see173

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri