Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

O, gələcəyin ardınca qaçmadı... Akademik

O, gələcəyin ardınca qaçmadı... Akademik

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bahar o ildə elə indiki kimi qış havalı gəlmişdi. Onda da mən tez-tez dolub-boşalan buludların qaranlığında təbiətin bu dəyişkənliyini özümün təqvim yanlışlığıma yozub yaddaşımdan gileylənmişdim. Sonradan çöllərdə ayaq tutub yeriyən nərgizləri görüncə təəccübümü gizləyə bilməmişdim. Dünyanın çarxı dönmüşdü elə bil. Göyün yerdən xəbəri yox idi.

Əslində dünyanın dövranı çoxdan dönmüşdü və mənim aləmimdə bu dövranı dönmüş Dünyanın ən ağrılı günləri bizdə - divarları arasında xəyallar qurduğum, sevgi, sevinc, könül rahatlığı tapdığım evdə yaşanmaqdaydı.

Üç ilə yaxın səksəkə dolu bir kəsimin axır yeddi ayının həyəcanlı günləri bir-birini əvəzlədikcə  gözlərimin önündə dağ boyda  dərdin ağırlığına dözüm gətirən, bircə dəfə də olsun təmkinini pozmayan polad iradəli bir adam şam kimi əriyirdi. Tibdən gələn dəstək bəs etməyəndə üzümü göylərə tutub haqdan kömək diləyirdim. Təbii ki, sabahlarından kömək umduğum gecələrin hamısı üzümüzə xoş ovqatlı səhərlərlə açılmırdı.

Özü hər şeyin fərqində idi. Sual verməz, tibbi müdaxilələri rahatlıqla qəbul edər, hətta bəzən acı da olsa  özünü gerçəkliklə barışmış kimi göstərməyə çalışırdı.

Yadımdadır, günlərin birində təskinlik xatirinə hər şey elə yaxşı olacaq ki, qoy bircə yay gəlsin - demişdim üzümə baxmadan başını bulayıb acı-acı gülümsəmişdi.

Kövrəlməyə bilməmişdim. Ağlama demişdi, ağlamaq niyə? Başını dik saxla... mənim varlığımda olduğun kimi...

Ovcumu göynədən buz kimi əllərinə sığal çəkirdim. Gözlərimi üzünə dikmişdim, fikrim uzaqlarda idi. Gəncliyimin ilk illərində...

Təsəvvürümdə arzularımın dalınca  çıxdığım yolun lap əvvəlində rastlaşdığım ortaboylu, qarayanız, gur saçlı, elə ilk baxışdan alimə bənzətdiyim gənc mehriban təbəssümüylə canlanmışdı. Çaşqınlıq içində İlahi, axı onun bu bəyaz saçlı, solğun bənizli, yorğun adamla nə əlaqəsi... deyib bütün  varlığımla yeri, göyü və dünyanı qarğımışdım. Hətəm tələsmədən  aram-aram heç vaxt danışmadığı qədər danışmışdı o gün. Özündən, öz valideynlərindən, tələbəlik illərindən. Bir sözlə, hər şeydən...

Mən həmişə düz yaşamışam deyirdi. Heç vaxt heç kim mənim haqqımda pis danışmaz deyirdi. Sən mənə görə heç vaxt utanmayacaqsan deyirdi. Dünyadan, insanlardan, hər şeydən razıyam deyirdi. Dünyaya gəldiyi üçün,  Nail olduğu hər şey üçün Allaha şükür edir, bir səndən nigaranam,  sənə çətin olacaq deyirdi..

Qəhərlənmişdi. Səsi qırılmışdı. Özünü toparlamağa çalışıb, kim bilir xəstəliyinin hansı mərhələsindən bəri ürəyində gəzdirdiyi elə mənim də bir ömür boyu unuda bilməyəcəyim gizlinlərini dilinə gətirmiş, ləyaqətli ol, demişdi. Sən mənim həyat  yoldaşımsan, mənim həyat yoldaşım...

Hətəm sadə, çoxuşaqlı ailədə böyümüşdü. Atası Hidayət Quliyev (Hidayət həkim) Qarabağın məşhur bəylərindən olan Şahbaz bəyin  üçüncü oğluydu. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bütün bəyliklərin yaşadığı  repressiya dalğası bu ailədən də yan keçmədiyindən ailə başçısı bir gecənin içində yurd-yuvasından  didərgin düşmüş, içi evləri qarışıq bütün mal-mülkləri hökumətin hesabına müsadirə olunmuşdu.

Hətəm danışırdı ki, 1941-ci ildə müharibə başlayanda atam cəbhəyə təhsil aldığı Tibb institutunun tələbəsi kimi yollanmışdı. Müharibənin sonuna kimi hospitalda xidmət göstərmiş, qələbədən sonra ölkəyə xidmətdə qazandığı orden və medallarla   müharibə veteranı kimi qayıtmışdı. Atam ailəmizin müharibəyə yollanan üç üzvündən biri və həm də sağ-salamat qayıdan yeganə nümayəndəsi idi.

Hətəm özünün sadə olmayan həyat yolunda rastlaşdığı minlərlə insan arasında 3 böyük kişini xüsusi hörmətlə yad eləyirdi. Bunlardan biri və birincisi atası idi (Növbəti ikisi başqa mövzunun söhbətidir, bu haqda sonra). Onsuz da atamgil müharibədən əvvəl də bütün varidatlarını itirmişdilər deyirdi. Müharibə bitəndən sonra repressiya məsələləri nisbətən yumşalmışdı. Odur ki, atamgilin hökumətə çoxlu sayda müraciətlərini, onların vətən  qarşısındakı xidmətlərini nəzərə alaraq hökumət Babam Şahbazın müsadirə olunandan sonra Seyidəhmədli kəndində məktəb kimi fəaliyyət göstərən evini özümüzə qaytarmışdı. Amma artıq bütün külfətimizi orada yerləşdirə bilmədiyinə görə atamgil evi kiçik əmimə verib özlərinə təzə yurds almağı qərarlaşdırmışdılar. Atam  həkim kimi fəaliyyətə başlayandan sonra Füzulinin mərkəzində götürdükləri yurd yerində özümüzə Şahmar əmimlə birgə balaca bir ev qaralamışdılar və biz iki ailə uzun müddət orda birgə yaşamalı olmuşduq.

Hətəm o illərdə yaşadığı kasıbçılığı  heç unutmurdu. Bizim təhsil aldığımız illərdə hər şey kimi, kitab da tapılmırdı, insanların çörəyi daşdan çıxırdı, qıtlıq, yoxsulluq baş alıb gedirdi. Bu çətinlik içində bir də uşaqlarını təhsilli görmək insandan fərqli düşüncə tərzi tələb edirdi və o, atamda var idi. Bütün   çətinliyə baxmayaraq, atam bizə  lazım olan kitabları yer deşiyindən də olsa tapıb gətirərdi. O, bəlkə  bununla özünün yarım qalmış arzularını gerçəkləşdirmək istəyirdi,  bilmirəm, amma bütün halda təhsilimiz həmişə onun diqqət mərkəzində idi. Arzularından biri məni həkim görmək idi, lakin maraqlarımı nəzərə alaraq öz seçimimə də hörmətlə yanaşmışdı.   Sonralar mən çox gənc ikən elmlər namizədi, elmlər doktoru olanda, atam avtoreferatlarımı əlinə alıb Füzulinin sadə camaatına paylayar,   sevincini bölüşərdi.

Hətəm ömrünün son günlərində məni anasının adıyla Ağgül deyə çağırırdı. Hətta bir dəfə mənim ən çox kimi görmək istərdin, de, çağırım görüşün sualına balaca uşaqlar kimi mamamı deyə cavab vermişdi...

Nəsildə elmə gedən yolun ilk yolçusu Hətəm olmamışdı. Bu yol ona İkinci Dünya müharibəsindən qayıtmayan atasının böyük qardaşı, özündən sonra heç bir nişanəsi qalmayan Şəfayət əmisindən yadigar idi. Uğurla keçdi. Ot basmağa, itməyə qoymadı. Həm də öz şəxsi keyfiyyətləriylə, cəmiyyətdəki mövqeyilə özündən sonra gələn nəsildaşları üçün  nümunəyə çevrilə bildi. Hətəmin bir vaxtlar düşdüyü cığır bu gün Tibb üzrə elmlər doktoru professor T.Hüseynov, Tibb üzrə fəlsəfə doktoru V.Quliyev, Tibb üzrə fəlsəfə doktoru V.Hüseynov, Hüquq üzrə fəlsəfə doktoru A.Hüseynova, Tibb üzrə fəlsəfə doktoru, Nyu-York Universitetinin professoru Ş.Hüseynov, uzman doktorlar A.Quliyeva, F.Quliyev və elmin müxtəlif pillələrində böyük ustalıqla  addımlayan sabahın alimləri    Safiyyanın, Nuranənin, Mirhüseynin və b. şəxsində böyük bir magistrala çevrilə bilib. Heç şübhəsiz, illər sonra elmin ən yüksək mərtəbəsində həm daxili potensialı, həm da xarici  görünüşüylə babasına daha çox oxşayan Nazim Quliyev imzasına da rast gələcəyik.

Bir haşiyə çıxım. Hətəm Quliyev elmi araşdırmalarını Ukraynada aparmışdı. Onun elm keçdiyi Ukraynanın Mexanika İnstitutu təkcə keçmiş SSRİ-nin deyil, həm də dünyanın bir nömrəli elm mərkəzlərindən biri idi. Onun elmi işinə rəhbərliyi Dünya şöhrətli alim SSRİ E.A.-nın həqiqi üzvü Quz edirdi. Özü xatirələrində gərgin işləyirdim deyirdi. Ona görə də mövzumu vur-tut ikicə ilin içində tamamlayıb, çox gənc ikən əvvəlcə 21 yaşımda namizədlik, az sonra isə doktorluq işimi müdafiə etdim. 29 yaşımda mexanika üzrə elmlər doktoru, 31 yaşımda isə professor oldum. Hətəm elmin müxtəlif sahələrilə məşğul olurdu. Başqa bir dünya şöhrətli alim, AMEA-nın müxbir üzvü, İngiltərənin Oksford Universitetinin professoru, akademik Rəşid Cavanşir onu ensiklopedik alim adlandırırdı.

Biz hər il Hətəm Quliyevin anım günündə elmmetrik üsullardan istifadə edərək, müxtəlif elmi bazalardan məlumatlar əldə edir, onun elmə gətirdiyi yeniliklərin, kəşflərin dünya elminə təsirini və ona verdiyi töhfələri nəzərdən keçiririk. Bu gün artıq 4 ildir ki Hətəm müəllim aramızda yoxdur, amma bu illər ərzində dünyanın 50-dən çox ölkəsində 30.000-dən çox alim onun əsərlərinə müraciət edib, yararlanıb və tətbiq etmişdir. Bu faktlara əsaslanaraq əminliklə demək olar ki, akademik Hətəm Quliyevin elmi irsinin əsas davamçısı elə onun özüdür.

Böyük sevgilərlə K.Cəfərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Aprel 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri