Gələn il AzərbaycanMacarıstan enerji üzrə İşçi Qrupunun növbəti iclası keçiriləcək
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gələn il Azərbaycan və Macarıstan arasında enerji üzrə İşçi Qrupunun növbəti iclası keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə “İstanbul Enerji Forumu” çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə razılığa gəlinib.
Görüşdə Azərbaycandan qaz tədarükü, Macarıstan şirkətləri ilə neft-qaz sektorunda əməkdaşlıq və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası, həmçinin Birgə Müəssisənin fəaliyyəti əsas müzakirə mövzusu olub. “Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının cari vəziyyətinə və Bolqarıstanın layihəyə qoşulmasına dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı COP29-un enerji təşəbbüslərinə beynəlxalq dəstəyin enerji təhlükəsizliyi və “yaşıl enerji” keçidi ilə bağlı hədəflərə töhfə verəcəyi qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 22 Noyabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















