Icma.az
close
up
RU
Gələn il ən çox hansı avtomobillər idxal oluna bilər? EKSPERT AÇIQLADI

Gələn il ən çox hansı avtomobillər idxal oluna bilər? EKSPERT AÇIQLADI

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Bir neçə gün əvvəl Çin hökuməti paralel avtomobil ixracı ilə bağlı qaydaları sərtləşdirib. İndi istehsaldan 6 aydan az keçmiş avtomobillərin ixracına icazə verilməyəcək. Azərbaycana Çindən idxal olunan avtomobillərin böyük hissəsi paralel yolla gətirilir və bu qərar bazarda ciddi dəyişikliklər yarada bilər. Bəs görəsən, bu dəyişiklik 2026-cı ildə Azərbaycan avtomobil bazarına necə təsir edəcək?
Azərbaycan alıcıları daha çox hansı növ avtomobillərə yönələcək , yeni yoxsa ikinci əl? Maraqlıdır, 2026-cı ildə ən çox hansı avtomobillər idxal olunacaq, hansı markalara üstünlük veriləcək?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, çin avtomobilləri dünya bazarında nisbətən yenidir. Bu, birbaşa şəkildə dünya iqtisadiyyatında baş verən proseslər və xüsusilə də ABŞ-Çin münasibətləri fonunda formalaşan yeni iqtisadi və ticarət reallıqları ilə əlaqəlidir:

"Son illərdə Çin sənaye istehsalında və texnologiyalarda böyük irəliləyişlər etsə də, hələ də avtomobil sənayesi sahəsində qlobal liderlər – Almaniya, Yaponiya, Cənubi Koreya və ABŞ ilə müqayisədə müəyyən gerilik mövcuddur.

Əlbəttə, Çin avtomobillərinin bazara sürətli girişi onların qiymətinin əlçatan olması ilə bağlıdır. Bu avtomobillər çox zaman digər markalardan xeyli ucuz qiymətə təklif olunur ki, bu da alıcıların diqqətini cəlb edir. Lakin ucuzluq keyfiyyətə zəmanət vermir. Çin istehsalı olan avtomobillər uzunmüddətli dözümlülük, mühərrik keyfiyyəti, təhlükəsizlik sistemləri, texnoloji təchizat və yolsuzluq şəraitində performans baxımından bir çox hallarda inkişaf etmiş avtomobil istehsalçılarının məhsullarından geri qalır. Bütün bunlara baxmayaraq, hələlik Çin avtomobillərinin əsas bazarları Asiya ölkələridir. Bu ölkələr üçün Çin ucuz və tez əldəolunan texniki imkanlar təklif etdiyi üçün daha çox cəlbedicidir. Əlavə olaraq, Çin istehsalçılarının bu ölkələrdəki logistik imkanları və mövcud ticarət əlaqələri də satışa müsbət təsir göstərir. Azərbaycana gəldikdə isə, ölkə bazarında Çin avtomobillərinə qarşı həm maraq, həm də şübhə mövcuddur. Ucuz qiymət və yeni modellər müəyyən alıcı qruplarını cəlb etsə də, əksər istehlakçılar daha sınaqdan çıxmış, etibarlı, servis təminatı olan modellərə üstünlük verirlər. Buna baxmayaraq, əgər Çin istehsalçıları keyfiyyət, servis və zəmanət məsələlərini doğru istiqamətdə inkişaf etdirə bilsələr, yaxın gələcəkdə bu avtomobillərin Azərbaycanda da ciddi bazar payı qazanması mümkündür.

Nəticə etibarilə, Çin avtomobillərinin dünya bazarına daxil olması qlobal avtomobil sənayesində rəqabəti artırır. Hələlik bu rəqabət qiymət üstünlüyü üzərində qurulsa da, keyfiyyət və texnologiya sahəsində də irəliləyişlər müşahidə olunur. Gələcəkdə Çin avtomobillərinin qlobal miqyasda daha ciddi mövqe tutması istisna olunmur, lakin bu, zaman və davamlı inkişaf tələb edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Noyabr 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri