Icma.az
close
up
RU
Gələn il güzəşt və azadolmalar üzrə 7 milyard manata yaxın vəsait dövlət büdcəsinə hesablanmayacaq

Gələn il güzəşt və azadolmalar üzrə 7 milyard manata yaxın vəsait dövlət büdcəsinə hesablanmayacaq

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Maliyyə-əsas

Gələn il güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğin 8,2% artacağı proqnozlaşdırılır.

APA-nın xəbərinə görə, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Növbəti ilin "Büdcə zərfi"nə əsasən, vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğlər 2023-cü ildə 6132,1 mln. manat olub, 2024-cü ildə 6367,5 mln. manat, 2025-ci ildə isə cari ilin eyni göstəricisi ilə müqayisədə 522,8 mln. manat və ya 8,2% çox olmaqla 6890,3 mln. manat proqnozlaşdırılıb. Növbəti ildə hesablanmayan məbləğlərin artması 2025-ci ilin makroiqtisadi göstəricilərindəki artım və əvvəlki illərdə tətbiq olunan güzəşt və azadolmaların davam etməsi ilə əlaqələndirilə bilər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim edilmiş 2021-2025-ci illər üzrə vergi və gömrük sahəsində güzəşt və azadolmaların qiymətləndirilməsinə dair arayışa əsasən, güzəşt və azadolmalarla bağlı növbəti ildə proqnozlaşdırılan 6890,3 mln. manatın 4384,1 mln. manatı (63,6%- 1) ölkədaxili, 2506,2 mln. manatı (36,4%-i) isə idxal əməliyyatlarının payına düşür. 2025-ci ildə güzəşt və azadolmaların tərkibində hər iki istiqamət artımla proqnozlaşdırılıb.

Güzəşt və azadolmaların tədiyələr üzrə təhlili növbəti ildə, mədən vergisi istisna olmaqla, bütün tədiyə növləri üzrə güzəşt və azadolmalarda artım proqnozlaşdırıldığını, mütləq İfadədə ən böyük artımın (170,9 mln. manat) muzdlu işdən gəlir vergisindən olacağını göstərir. Növbəti güzəşt və azadolmaların artımına bu tədiyə növünün töhfəsi minimum əməkhaqqındakı artım əlaqələndirilə bilər. Mütləq ifadədə ikinci ən böyük artım (154,0 mln. manat) əlavə dəyər vergisi nəzərə tutulub ki, bu da əsasən idxalın, eləcə də maliyyə xidmətlərinin göstərilməsi sahəsində azadolma məbləğinin artımla proqnozlaşdırılması ilə izah oluna bilər.

2025-ci ildə yeni güzəşt və azadolmalar nəzərdə tutulsa da, onların tətbiqi nəticəsində dövlət büdcəsinin gözlənilən itkiləri cəmi 21,1 mln. manat proqnozlaşdırılıb ki, bu da dövlət büdcəsinə hesablanmayan məbləğin artımının əsasən əvvəlki illərdən güzəşt və azadolmaların tətbiq edildiyi əməliyyatların artımı ilə bağlı olduğunu deməyə imkan verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Noyabr 2024 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see379

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see190

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see116

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see114

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see108

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri