Icma.az
close
up
RU
Gənc oğlan icra hakimiyyətinə işə düzəlmək adı ilə aldadılıb TƏFƏRRÜAT

Gənc oğlan icra hakimiyyətinə işə düzəlmək adı ilə aldadılıb TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tovuz rayon sakini, Kürdəmir rayonunda kirayədə yaşayan 1968-ci il təvəllüdlü Ədalət tanışı Muradı Bakı şəhər İcra Hakimiyyətində işə düzəltmək adı ilə aldadıb. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ədalət tamah niyyəti və vahid niyyətlə etibardan sui-istifadə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı, Kürdəmir rayonunun Qağacılı kənd sakini, 1994-cü il təvəllüdlü Muradı 7000 manat pul müqabilində Bakı şəhərində İcra Hakimiyyətinə işə düzəldəcəyinə yalandan vədlər verib.
Ədalət 2020-ci ilin iyul ayında Kürdəmir şəhəri, Aran qəsəbəsində yerləşən kirayədə yaşadığı evdə 2000 manat pulunu, 2021-ci mart ayında Kürdəmir rayonu Xırdapay kəndində yerləşən kirayədə yaşadığı evdə 1400 manat pulunu əlbəəl Muraddan alıb. Ona ümumilikdə 3400 manat maddi ziyan vurmaqla dələduzluq edib. 
Bundan başqa, Ədalət öz iradəsindən asılı olmayan səbəblərə görə Muraddan istədiyi 7000 manatın qalan hissəsini ala bilməyib. Bununla özündən asılı olmayaraq əməlini başa çatdıra bilməyib. Bununla da o, aldatma və etibardan sui-istifadə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluğa cəhd edib. 
Hadisəni törədən Ədalətin barəsində Cinayət Məcəlləsinin 29,178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluğu cəhd) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ədalət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, heç bir yerdə işləmir, zərərçəkmiş Muradı Kürdəmir rayon sakini kimi tanıyır, onunla 2020-ci ilin iyul ayında Kürdəmir rayonu ərazisində tanış olub: “2020-ci ildə Azərbaycan Respublikası ərazisində pandemiya elan olduğuna görə və müəyyən məhdudiyyətlər qoyulduğuna görə, Kürdəmir rayonundan kənara çıxa bilməmişəm. Kürdəmir rayonunda kirayədə tək yaşamışam. Həmin vaxt Murad Kürdəmir rayonu “Azərpoçt”un şöbəsində işləyib. Muradın işlədiyi yerə bir-iki dəfə gedib gələndən sonra onunla münasibətlərim yarandı. Bir dəfə pulum olmadığına görə Muraddan 20 manat borc pul aldım. Ona poçta adına pul gələndə pulunu verəcəyimi dedim. Murad pulu verəndən təxminən 15-20 dəqiqə sonra poçta adıma pul gəldi. Həmin pulu götürərək Muraddan aldığım 20 manatı ona geri qaytardım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Muradla münasibətləri daha da yaxşılaşıb, Murad ona etibar etməyə başlayıb: “Muradla danışarkən ondan hansı məbləğdə maaş aldığını soruşdum. Murad 250 manat maaş aldığını, həmin pul ilə çətin dolandığını bildirdim. Onu ilk əvvəl Bakı şəhərində İcra Hakimiyyətində, sonra isə Bakı şəhərində “Azərpoçt”da ixtisası üzrə işə düzəltməyi təklif etdim. Murad maaşı az olduğuna görə mənimlə razılaşacağını, daha çox maaşlı iş təklifi onu cəlb edəcəyini bildi. Murad bu barədə atası ilə söhbət edərək məsləhətləşəndən sonra qərarını mənə bildirəcəyini dedi. Həmin vaxt bir-birimizin mobil telefon nömrələrimizi götürdük. Bir müddət keçdikdən sonra atasının mənimlə görüşmək istədiyini deyərək Murad məni evlərinə çağırdı. Həmin vaxt yanımda olan tanışım İsmayıl ilə birlikdə Muradın yaşadığı evə getdim. Orada Muradın atası ilə söhbət etdim. Muradı Bakı şəhərində işə düzəltmək üçün 7000 manat pul lazım olacağını bildirdim. Murad isə hazırda 2000 manat pulunun olduğunu, qalan pulu isə işə düzəlib maaş alandan sonra hissə-hissə verə biləcəyini dedi. 2020-ci ilin iyul ayının ortalarında Murad kirayə yaşadığım Kürdəmir şəhəri, Aran qəsəbəsində yerləşən evdə mənə 2000 manat verdi. Murada həmin vaxt oktyabr ayında işə qəbul əmri gələcəyini, işə başlayacağını dedim”. 
Ədalətin ifadəsinə görə, bir müddət sonra Murad müharibə ilə bağlı könüllü olaraq ordu sıralarına qoşulub: “Müharibə bitdikdən sonra Murad geri qayıtdı. Mənimlə bir neçə dəfə görüşüb iş barəsində soruşdu. İşin yaxın vaxtlarda düzələcəyi barədə yalandan vədlər verdim. 2021-ci ilin mart ayında Kürdəmir rayonu Xırdapay kəndi ərazisində kirayədə yaşadığım evdə Muraddan 1400 manat pul aldım. Murada işinin yaxın vaxtda düzələcəyi barədə yenidən yalandan söz verdim. Muraddan pulu aldıqdan sonra Kürdəmir rayonundan getdim. Murad zəng vuraraq işinin düzəlib-düzəlməməsi barədə soruşanda, ona səbirli olmasını, yaxın vaxtda işinin həll olacağı barədə yalandan vədlər verərək onu aldatdım. Muraddan aldığım pulları isə öz tələbatlarıma xərcləmişəm. Muradı dediyi işə düzəldə bilməmişəm. Muraddan aldığım puldan cəmi 2000 manat ödəmişəm. Qalan 1400 manat pulu da çölə çıxandan sonra ödəyəcəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Muradın sözlərinə görə, təqsirləndirilən Ədaləti əvvəldən tanımayıb, aralarında düşmənçilik, ədavət olmayıb: “Kürdəmir şəhər poçt filialının şəhər 1 saylı poçt şöbəsinin rəisi vəzifəsində işləmişəm. Həmin ərəfədə 2020-ci ilin iyul ayında əvvəllər tanımadığım bir nəfər şəxs işlədiyim poçt şöbəsinə gələrək özünü Ədalət kimi təqdim edərək, gəldiyi maşını yola salması üçün məndən 20 manat borc pul istədi. Poçtda birazdan adına pul gələcəyini, həmin vaxt pulunu qaytaracağını dedi. Ədalət şəxsiyyət vəsiqəsini də mənə verdi. Ədalətə 20 manat pul verdim. Təxminən yarım saat sonra Ədalət məndən aldığı 20 manat pulu geri qaytardı. Ədalətin adına poçta bir neçə dəfə pul gəldiyindən aramızda münasibət yarandı. Ədalət məndən nə qədər əmək haqqı aldığımı soruşdu. Ədalətə əmək haqqımın 250 manat olduğunu dedim. Ədalət məni Bakı şəhərində İcra hakimiyyətinə ixtisasım üzrə işə düzəldə biləcəyini dedi. Evə gələrək valideyinlərimə bununla bağlı dedim. Ədalət haqqında onlara danışaraq onun məni Bakı şəhərində İcra hakimiyyətinə ixtisasım üzrə işə düzəldəcəyini dedim. Bir neçə gün sonra Ədaləti yaşadığım evə dəvət etdim. Ədalət bizə gələrək atam İslamla tanış oldu, onlar söhbət etdilər. Ədalət mənə etdiyi təklif barədə atama dedi. Ədalət məni işə düzəltmək müqabilində bizdən  7000 manat pul istədi”. 
Murad qeyd edib ki, 2020-ci ilin iyul ayında Kürdəmir şəhəri Aran qəsəbəsində yerləşən Ədalətin kirayədə yaşadığı evdə atası İslamın yanında Ədalətə 2000 manat pul verib, qalan pulu işə düzələndən sonra əmək haqqısından ödəyəcəyi barədə razılaşıblar: “Ədalət mənim oktyabr ayında işə düzəlmək haqqında əmrimin gələcəyini dedi. 2020-ci ildə İkinci Qarabağ müharibəsinə getdim. Müharibə qurtardıqdan sonra evə qayıtdım. Ədalətlə bir neçə dəfə görüşdüm. Ədalət müharibə olduğuna görə əmrimin 3 ay gecikdiyini, 2021-ci ilin aprel ayında olacağını bildirdi. Ədalət məndən pulun qalan hissəsini istədi. 2021-ci ilin mart ayında 2 nömrəli məktəbin yaxınlığında yerləşən kirayədə qaldığım evimdə Ədalətə 1400 manat verdim. Bundan sonra Ədalət ilə görüşmədim. Bər dəfə telefonla danışaraq ondan iş barəsində soruşanda müxtəlif vaxtlara vəd verərək, eləcədə pulunu qaytarmayaraq məni aldatdı”.
Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ədalət 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Dekabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri