Icma.az
close
up
RU
Gənc qadın pnevmoniyadan öldü TƏBİBdən ÇAĞIRIŞ

Gənc qadın pnevmoniyadan öldü TƏBİBdən ÇAĞIRIŞ

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Saatlı rayonunda 20 yaşlı qadın ağciyər çatışmazlığından həyatını itirib.

Modern.az-ın məlumatına görə, Saatlı şəhər sakini 2004-cü il təvəllüdlü Pərvanə Həvəskari ötən gün vəfat edib.

Mövzu ilə bağlı sorğumuza cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 13.01.2025-ci il tarixində saat 21:00 radələrində 2004-cü il təvəllüdlü şəxs (qadın cinsli) komatoz vəziyyətdə Saatlı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Reanimasiya şöbəsinə yerləşdirilən şəxsə sağtərəfli pnevmoniya, kəskin ağciyər çatışmazlığı diaqnozu təyin edilib.

Göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, 14.01.2025-ci il tarixində 19:30 radələrində şəxsin kəskin ağciyər çatışmazlığı səbəbilə bioloji ölüm faktı qeydə alınıb.

"Qeyd edək ki, respirator virus xəstəliklərinin yayılması mövsümi xarakter daşıyır. Kliniki əlamətlərə əsasən bədən hərarətində yüksəlmə, öskürək, halsızlıq, burun axıntısı və tıxanıqlığı, boğaz ağrısı aiddir. Lakin bu simptomlara görə xəstəliyə hansı virusun səbəb olduğunu təyin etmək çətindir. Virus təyin olunsa belə bu xəstəliklərin etioloji müalicəsi olmadığına görə beynəlxalq təşkilatların tövsiyələrində laborator diaqnostikaya çox da yer verilmir.

Onu da əlavə edək ki, sözügedən xəstəliklər əsasən ev şəraitində müəyyən bir müddət ərzində öz-özünə sağala bilir. Lakin xroniki xəstəliyə malik və ya immun sistemi zəif olan insanlarda xəstəliyin ağırlaşma ehtimalı yüksəkdir.

Buna görə də kliniki simptomlarda aqresivləşmə hiss edilən xəstələrin həkimə müraciət etməsi mütləqdir. Belə xəstələr həkim-mütəxəssis tərəfindən zamanında dəyərləndirilməli, stasionar və ya ambulator müalicə qərarı verilməli, xəstəliyə ciddi nəzarət olunmalıdır”, - açıqlamada bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Yanvar 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see482

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see404

Premyer Liqa klubundan Qarnaçoya 50 milyon avroluq təklif Çelsi satacaqmı?

23 İyul 2026 01:30see390

İspaniyada DÇ 2026 çempionlarını POMİDORLA mükafatlandırdılar VİDEO

23 İyul 2026 01:02see358

“Kəpəz” Benito ilə danışıq aparır

22 İyul 2026 23:56see297

Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

23 İyul 2026 11:35see292

“Liverpul”un potensial həmsahibləri Vinisius və Oliseni transfer etmək istəyirlər

23 İyul 2026 00:50see275

5 dəqiqəlik üsulla stressi idarə edin

23 İyul 2026 15:05see259

“Kəpəz”də portuqaliyalı forvard

22 İyul 2026 21:12see257

Ət niyə od tutub yanır?

23 İyul 2026 13:49see255

Sosial yardımlar və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

23 İyul 2026 18:24see250

Braqa dan qələbə, Başakşehir dən heç heçə

23 İyul 2026 02:45see248

Müstəmləkəçiliyə qarşı mübarizə əzmimiz

23 İyul 2026 11:13see247

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see240

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see236

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see222

Avropada benzinin qiyməti qalxdı

23 İyul 2026 18:48see207

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see207

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see206

Neft 100 dollar oldu: Maaş və pensiya artacaq?

23 İyul 2026 17:27see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri