Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar Hacı Xanməmmədovun mahnılarından ibarət konsert olub
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun mahnılarından ibarət konsert proqramı keçirilib.
Gəncə Dövlət Filarmoniyasından APA-ya verilən məlumata görə, gecədə filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu ilə Xalq artisti Şahnaz Haşımova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samirə Hacıyeva, Zəminə Mustafayeva, Samir Məmmədov, Azər Verdiyev bəstəkarın "Güllü", "Qurban olduğum", "Yaşa könül", "Arzuya bax, sevgilim", "Gözüm düşdü", "Gözünə qurban", "Niyə döndü", "Aldatmayaq bir-birimizi" və başqa mahnılarını ifa ediblər.
Hacı Xanməmmədova həsr olunmuş konsert proqramı Respublika və beynəlxalq müsabiqələr laureatı Bayram Üzeyirovun ifasında "Tar və orkestr üçün 3 saylı konsert I hissə" ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 23 Noyabr 2024 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















