Gəncə könülülləri ilə görüş FOTOLAR
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
15 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Gəncə Regional Asan Xidmət Mərkəzinin könüllüləri ilə Gəncə Dövlət Milli Dram Teatrında görüş keçirilib.
Gəncə Dövlət Milli Dram Teatrının Repertuar və dramaturgiya üzrə mütəxəssisi, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev Asan könüllülərinə Gəncə Dövlət Milli Dram Teatrının 130 illik tarixi və yaradıcılıq yolu haqqında ətraflı məlumat verib. Daha sonra könüllülər teatrın inzibati binası ilə yaxından tanış edilib. Həmçinin Gəncə Teatr Muzeyində olaraq burada nümayiş etdirilən ekosponatlar haqqında ətraflı danışılıb.
Daha sonra Gəncə Dövlət Milli Dram Teatrının aparıcı səhnə ustası, Respublikanın Xalq artisti Pərvanə Qurbanovanın səhnə fəaliyyətindən bəhs edilən Rafiq Atakişiyevin qələmə aldığı “Səhnəmizin Pərvanəsi” və 44 günlük Vətən Müharibəsinin Gəncə şəhərindən olan ilk şəhid övladı İlqar Vüqar oğlu Burcəliyevin döyüş yolundan bəhs edilən Anar Ərtoğrul Burcəliyevin qələmə aldığı “Qayıtmayan igidim, Zəfərimin İlqarı” kitabları Asan könüllülərinə hədiyyə edilib.
Sonda Asan könülüllərini maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 16 Mart 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















