Icma.az
close
up
RU
Gəncə lll MDB oyunlarına hazırlaşır: Abadlıq və bərpa işləri aparılır

Gəncə lll MDB oyunlarına hazırlaşır: Abadlıq və bərpa işləri aparılır

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

III MDB İdman Oyunları bu il Azərbaycanda keçiriləcək.

Bu münasibətlə Gəncə şəhərində sürətli hazırlıq görülür, quruculuq və bərpa işləri aparılır.

Oyunların keçirilməsi üçün ölkə üzrə bir neçə şəhər seçilsə də, əsas yarışlar Gəncə şəhərində təşkil olunacaq.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Rzayeva jurnalistlərə bildirib ki, sözügedən oyunlarla əlaqədar Prezident İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində genişmiqyaslı təmir-tikinti və abadlıq işlərinə start verilib.

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Gəncə şəhərinin daxili avtomobil yollarında təmir-tikinti işləri həyata keçirilir. AAYDA tərəfindən təmir olunan küçələrin ümumi sahəsi 843 min kv.metr təşkil edir. Bununla yanaşı, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən də şəhərin bir sıra prospektində, küçələrdə və məhəllədaxili yollarda asfalt örtüyü yenilənir. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təmir olunan küçələrin ümumi uzunluğu 200 min kvadratmetr təşkil edir. Həyata keçirilən işlər çərçivəsində zəruri olan yerlərdə vətəndaşların təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün yararsız piyada səkiləri təmir olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür", - o qeyd edib.

Bildirilib ki, Gəncə şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində şəhərin bir sıra meydanlarında, park və xiyabanalarda da təmir-bərpa işləri həyata keçirilir. Hazırda Gəncənin Heydər Əliyev adına Mərkəzi Meydanında, həmçinin Gəncəçay Park-Bulvar Kompleksində yerləşən Bayraq meydanında təmir bərpa işləri görülür.

"Anoloji işlərin “Xan bağı” istirahət parkında, Fikrət Əmirov adına parkda, həmçinin Nizami Kinoteatrının qarşısında yerləşən istirahət parkında həyata keçirilməsi nəzərdə tutulub", - deyən G.Rzayeva onu da bildirib ki, qeyd olunan məkanların ətrafında yerləşən fərdi və çoxmənzilli yaşayış binalarının fasadlarının təmiri nəzərdə tutulub:

"Bu işlər şəhərin Heydər Əliyev, Atatürk və Şah İsmayıl Xətai prospektləri, həmçinin bir sıra ara küçələri də əhatə edəcək. Onu da bildirim ki, fasadları yenilənən çoxmənzilli yaşayış binalarının üzərinə yeni fasad işıqlandırıcıların quraşdırılması da nəzərdə tutulub.

Təbii ki, bu sadalananlar görüləcək işlərin bir hissəsidir. Bütün bunlarla bərabər şəhərdaxili ictimai nəqliyyatın yenilənməsi, bir sıra tarixi binaların bərpası nəzərdə tutulur. Eyni zamanda, şəhərdə olan mövcud idman qurğularının əsaslı şəkildə yenidən qurulması və inşası həyata keçirilməkdədir".

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Mart 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri