Gəncə Regional Turizm İdarəsi Şəmkirdə “Hotelçilik və ön büro işinin təşkili” mövzusunda təlim keçirdi
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Gəncə Regional Turizm İdarəsinin təşkilatçılığı ilə Şəmkir şəhərində qərb bölgəsində fəaliyyət göstərən yerləşmə müəssisələrinin nümayəndələri üçün “Hotelçilik və ön büro işinin təşkili” mövzusunda genişmiqyaslı təlim keçirilib. Tədbirin əsas məqsədi regionun turizm potensialının gücləndirilməsi, mehmanxana sektorunda xidmət keyfiyyətinin artırılması və müasir idarəetmə standartlarının tətbiqinə dəstək göstərmək olub.
Təlimdə Şəmkir, Gəncə, Tovuz, Qazax və Ağstafa rayonlarında fəaliyyət göstərən otellərin, qonaq evlərinin və digər yerləşmə müəssisələrinin əməkdaşları iştirak ediblər. Proqram çərçivəsində iştirakçılara hotel idarəçiliyinin əsasları, qonaq məmnuniyyətinin yüksəldilməsi, qarşılanma xidmətlərinin (front office) düzgün təşkili, rezervasiya sistemlərinin idarə olunması, müştəri ilə effektiv ünsiyyət, şikayətlərin idarə olunması və beynəlxalq hotelçilik standartları barədə məlumatlar verilib.
Mütəxəssislər qeyd ediblər ki, ön büro bölməsi hotelin “vizit kartı” hesab olunur və qonağın ilk təəssüratına birbaşa təsir göstərir. Bu səbəbdən əməkdaşların peşəkarlığının artırılması, düzgün davranış standartlarının formalaşdırılması və xidmət mədəniyyətinin yüksəldilməsi turizm sektorunun dayanıqlı inkişafında vacib rol oynayır.
Təlim interaktiv təqdimatlar, praktiki tapşırıqlar və real iş situasiyalarının müzakirəsi ilə müşayiət olunub. Qonaqlarla ünsiyyət zamanı etik davranış, effektiv kommunikasiya, müasir rezervasiya platformalarından istifadə və xidmət prosesinin optimallaşdırılması mövzularında nümunələr təqdim olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib. Tədbir bölgədə hotelçilik sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, eləcə də turizm xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına mühüm töhfə kimi qiymətləndirilib.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə
Baxış sayı:27
Bu xəbər 15 Noyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















