Icma.az
close
up
RU
“Qazada texnokratlar hökuməti formalaşdırılır“ İsrail mətbuatı

“Qazada texnokratlar hökuməti formalaşdırılır“ İsrail mətbuatı

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Texnokrat komissiyası Qəzzada sülhü və sabitliyi bərpa etməyə çalışacaq..."

ABŞ administrasiyası Qəzzadakı vəziyyətin yeni müharibəyə çevrilə biləcəyindən narahatdır.

Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri yazıb.

ABŞ və beynəlxalq ictimaiyyət yeni mərhələyə keçidi dəstəkləyir

Nəşr yazır ki, hazırkı planın ikinci mərhələsi HAMAS-ın silahsızlaşdırılmasını, İsrail ordusunun bölgədən çıxarılmasını və yeni yerli texnokrat idarəetmə strukturlarının hakimiyyətə gəlməsini nəzərdə tutur. Bu çərçivədə 14 yanvar tarixində ABŞ prezidenti administrasiyasının xüsusi nümayəndəsi Stiven Uitkoff Qəzzada yeni keçid hökumətinin formalaşdırılmasına başlanıldığını açıqlayıb.

Texnokrat komissiyasının strukturu və rəhbərliyi

Keçid administrasiyası yalnız Qəzza sakinlərindən ibarət olacaq. Ağ Ev nümayəndələri bildirib ki, namizədlər diqqətlə seçilib və yoxlanılıb. Məqsəd ölkədə sülhün bərqərar olması və xalq üçün şəraitin yaradılmasıdır. Qəzzanın texnokrat keçid hökumətinə rəhbərlik edəcək şəxs Əli Şaat olacaq.

O, əvvəllər Fələstin Administrasiyasında nazir müavini olub, sənaye zonalarının inkişafına cavabdeh olub, hazırda Ramallahda yaşayır. "Reuters" agentliyinin məlumatına görə, komissiya 14-15 nəfərdən ibarət olacaq və namizədlərin əksəriyyəti HƏMAS və Fələstin Administrasiyasından müstəqil mütəxəssislərdir. Bir qismi isə FATX ilə bağlıdır.

Texnokrat komissiyasına Fələstin "Sülh Şurası" tərəfindən nəzarət olunacaq. Şuranın rəhbəri ABŞ prezidenti Donald Tramp olacaq və ona bir neçə Qərb lideri daxil olacaq. Komissiyanın işini idarə etmək üçün BMT-nin keçmiş xüsusi elçisi, bolqar diplomatı Nikola Mladenov məsul olacaq. O, son günlər İsraildə baş nazir Benyamin Netanyahunu və Fələstinin yüksək vəzifəli nümayəndələrini ziyarət edib.

Beynəlxalq qüvvələr və diplomatik çətinliklər

Sülh planına uyğun olaraq Qəzzada beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsi planlaşdırılır. Bu kontingentdə misirli, azərbaycanlı, türkiyəli və indoneziyalı hərbçilər iştirak edəcək. Qüvvələr ağır silah daşımayacaq və əsas missiyaları sülhü təmin etmək, sahə xəstəxanaları yaratmaq, kritik infrastrukturu bərpa etmək və xilasetmə əməliyyatlarını idarə etməkdir. Təxminən 3 min yerli könüllü bu işlərdə iştirak edəcək.

Türkiyənin HƏMAS üzərindəki təsiri nəzərə alınaraq, Vaşinqton İsrail və Türkiyə arasında diplomatik səyləri gücləndirməyi planlaşdırır. Lakin İsrail Türkiyə hərbçilərinin iştirakına qəti etiraz edir. Hazırkı mərhələdə bəzi ölkələr, o cümlədən Azərbaycan və Türkiyə, beynəlxalq qüvvələrə qoşulmaqdan imtina edib. ABŞ rəsmiləri ümid edir ki, texnokrat komissiyanın formalaşması HƏMAS-ın Qəzzadakı təsirini azaldacaq və regionun sabitləşməsinə töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Yanvar 2026 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri