Gəncədə tibbi aksiya keçiriləcək
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
14-15 dekabr tarixlərində Gəncə Memorial Hospitalın xüsusi dəvətilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya Kafedrasının dossenti, Azərbaycan Rinoloqlar Cəmiyyətinin sədri, həkim Otorinolarinqoloq t.ü.f.d. Dr.Məzahir Quliyev və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının müdiri, Azərbaycan Otorinolarinqoloqlar Cəmiyyətinin sədri, Prof. Nazim Hüseynov tərəfindən tibbi aksiya həyata keçiriləcək.
Modern.az xəbər verir ki, aksiya çərçivəsində pasiyent qəbulu təmannasız olaraq həyata keçiriləcək. Bu aksiya Gəncə şəhəri və ətraf regionlarda yaşayan sakinlər üçün nəzərdə tutulub. Bu xeyirxah aksiyada mütəxəssis həkimlər öz peşəkar təcrübələri vasitəsilə burun, boğaz, qulaq və baş-boyun nahiyəsində yaranan müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsini həyata keçirəcəklər.
Aksiyanın əsas məqsədi əhalinin sağlamlıq problemlərinin vaxtında aşkarlanmasını və müalicəsini təmin etmək, eyni zamanda sosial dəstək göstərərək ehtiyaclı pasiyentlərə lazımi tibbi yardım göstərməkdir.
.
Tarix: 14-15 dekabr 2024-cü il
Məkan: Gəncə Memorial Hospital
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 Dekabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















