Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

Gəncədən Cenevrəyə: Azərbaycan qadını dünya diplomatiyasının önündədir

Gəncədən Cenevrəyə: Azərbaycan qadını dünya diplomatiyasının önündədir

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

 Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması


Tanınmış deputatlar qadın diplomatlara hörmət duruşu göstərdi

 24 İyun tarixi dünyada diplomatiyada qadınların rolunu tanımaq və onların beynəlxalq münasibətlərdəki töhfələrini önə çəkmək məqsədilə Diplomatiyada Qadınların Beynəlxalq Günü kimi qeyd olunur. Bu tarix  təkcə qadın diplomatların say artımını deyil, həm də onların sülh quruculuğu, konfliktlərin həlli, qlobal əməkdaşlıq və davamlı inkişaf sahələrindəki əvəzsiz rolunu vurğulamaq üçün bir fürsətdir. Uzun illər kişilərin dominant olduğu bu sahədə qadınların artan iştirakı, diplomatiyanın daha inklüziv, empatiya əsaslı və dayanıqlı yanaşmalarla inkişafına yol açır.

BMT-nin Baş Assambleyası bu günün təsis olunması ilə bağlı Azərbaycanın da həmmüəllif olduğu qətnaməni 2022-ci il iyunun 22-də qəbul edib. Məqsəd qadınların diplomatiya sahəsinə verdiyi önəmli töhfələri vurğulamaq və qərarvermənin bütün səviyyələrində qadınların daha fəal iştirakını təşviq etməkdir. Bu, ölkəmizdə diplomatiya sahəsində qadınların fəaliyyətinin rəsmi təsdiqidir.

Qadınlar əsrlər boyu diplomatiyada iştirak ediblər, lakin onların töhfələri çox vaxt diqqətdən kənarda qalıb. Zərif cinsin nümayəndələri dünya əhalisinin 50 faizdən çoxunu və deməli, potensialının da yarısını təşkil edir. Qadınlar diplomatiyaya böyük fayda gətirir. Onların liderlik üslubları, təcrübələri və prioritetləri nəzərdən keçirilən məsələlərin əhatə dairəsini və nəticələrin keyfiyyətini genişləndirir.

Azərbaycan diplomatiyasında qadınların iştirakı təkcə son illərin deyil, qədim dövründən miras qalan bir ənənənin davamı kimi qiymətləndirilə bilər.

Ağqoyunlu sülaləsinin hökmdarı Uzun Həsənin anası Sara Xatunun adı təkcə Azərbaycanın deyil, bütün Şərqin dövlətçilik tarixinə ilk xanım diplomat kimi yazılıb. Onun dərin ağlı, mətanəti, müdrikliyi və cəsarəti dillərə dastan olub. Sara Xatun Ağqoyunlu dövlətinin idarə olunmasında yaxından iştirak edərək dövlətin möhkəmlənməsində, xarici ölkələrlə diplomatik əlaqələrin qurulmasında böyük rol oynayıb. Oğlu Uzun Həsən bütün xarici siyasət məsələlərini anası ilə məsləhətləşir, ən məsul diplomatik danışıqlara onu göndərirdi.

Ötən əsrin əvvəllərində, 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan gender bərabərliyini qanunvericiliyə daxil edib. Avropanın aparıcı ölkələri və ABŞ-dən əvvəl qadınlarımız üçün səsvermə hüququ dövlət səviyyəsində tanınıb. Keçmiş SSRİ dövründə də Azərbaycan beynəlxalq əlaqələrin qorunması və milli diplomatiyanın inkişaf etdirilməsi, peşəkar mütəxəssislərin yetişdirilməsi kimi məsələlərə xüsusi diqqət yetirib. Hətta bu proses 1959-1983-cü illərdə xarici işlər naziri vəzifəsində Tahirə Tahirovanın işlədiyi müddətdə xüsusilə davam edib. Tahirə Tahirova Moskvadan məhz diplomatik fəaliyyətlə məşğul olmaq barədə razılıq əldə edib və sovet Azərbaycanında dahi siyasətçi Heydər Əliyevin rəhbərliyi altında xarici işlər naziri vəzifəsində fəaliyyət göstərir. O, BMT Baş Assambleyasının işində üç dəfə iştirak edib, 1975-ci ildə isə təşkilatın sosial, humanitar və mədəni məsələlər üzrə Üçüncü Komitəsinin işinə rəhbərlik edib. Demək olar ki, ölkənin beynəlxalq arenada Tahirə xanım timsalında təmsil olunması Azərbaycanın gələcəkdə müstəqil xarici siyasətinin tanınması üçün zəmin yaradıb.

Bu gün də Azərbaycan diplomatiyası dünyada həm də qadınların simasında təmsil olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti qadın diplomatiya təfəkkürünün ən parlaq və bariz nümunəsidir. Azərbaycanın beynəlxalq aləmdə əlaqələrinin genişlənməsində, inkişafında və gücləndirilməsində birinci xanımın əməyi danılmazdır. Azərbaycan milli musiqisinin, ədəbiyyatının və poeziyasının inkişafı və təbliği istiqamətindəki fəaliyyətinə, mədəniyyətlərarası dialoq sahəsində gördüyü işlərə görə Mehriban xanım Əliyeva ICESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Gərgin və çoxşaxəli fəaliyyəti ilə ölkə diplomatiyasının inkişafına xidmət edən Mehriban Əliyeva Azərbaycanın nüfuzunu gücləndirib və ölkəmizə beynəlxalq aləmdə dostlar qazandırıb. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən birini ümumbəşəri tarixi və mədəni abidələrin qorunması, bərpası təşkil edir. Azərbaycan Fransa, İtaliya, Almaniya və Rusiya kimi dövlətlərdə tarixi abidələrin restavrasiyasında iştirak edir. Ümumiyyətlə, Avropa ölkələrinin paytaxtlarında mədəni irs abidələrinin bərpa edilməsində Azərbaycanın iştirakı ölkəmiz üçün yerli incəsənət və mədəniyyət xadimlərinin, Avropa cəmiyyətinin öndə gələn simalarının etibarını qazanmaq üçün zəmin yaradıb.

Eyni zamanda xarici işlər sistemində, beynəlxalq təşkilatlarda, səfirlik və nümayəndəliklərdə çalışan azərbaycanlı qadınlar ölkəmizin xaricdə tanıdılması, milli maraqların müdafiəsi və qlobal əməkdaşlıqların qurulmasında mühüm rol oynayan qadın diplomatlarımızın sayı kifayət qədərdir. Onlar təkcə siyasi danışıqlarda deyil, həm də humanitar, mədəni və gender əsaslı təşəbbüslərdə Azərbaycanın mövqeyini irəli aparırlar.

Qeyd edək ki, BMT-nin Beynəlxalq Qadınlar Diplomatiyada Günü münasibətilə yaydığı müraciətində qeyd edilib ki, qadınlar kabinetlərdə və parlamentlərdə işləyərkən adi insanlar, ətraf mühit və sosial birlik üçün daha yaxşı olan qanunlar və siyasətlər qəbul edirlər: “Sülh quruculuğunda və siyasi proseslərdə onların iştirakını artırmaq tədbirləri köklü ayrı-seçkilik kontekstində qadınların faktiki bərabərliyinə nail olmaq üçün həyati əhəmiyyət kəsb edir. Diplomatiya bir ölkənin xarici dünya ilə münasibətlərini formalaşdıran, eyni zamanda insani dəyərləri ən yüksək səviyyədə təmsil edən sahədir. Sülhə, dialoqa və anlaşmaya gedən yol qadın liderliyi ilə gücləndirilir. Qadınların empatiyası, səbri və barışdırıcı yanaşmaları beynəlxalq münasibətlərdə münaqişələri həll etmək, körpülər qurmaq və davamlı sülhü bərqərar etmək üçün unikal gücdür. Qadınlar qanunverici orqanlarda təmsil olunduqda, bu, idarəetmənin effektivliyini artırır və qərarların qəbulu proseslərində daha geniş perspektivlərin və təcrübələrin nəzərə alınmasını təmin edir. Bu inklüzivlik təkcə əhalinin müxtəlifliyini əks etdirmir, həm də bütün vətəndaşların ehtiyaclarına cavab verən daha mükəmməl siyasətləri meydana çıxarır.

Acınacaqlı reallıq ondan ibarətdir ki, siyasətdə qadınlara qarşı zorakılıq gender bərabərliyinə doğru irəliləyişə mane olan mühüm problem olaraq qalır. Bu cür zorakılıq təkcə qadınların fundamental insan hüquqlarını pozmur, həm də onların siyasi proseslərdə iştirakına ciddi təhlükə yaradır. Bu, qadınları siyasətə girməkdən və ya öz fikirlərini ifadə etməkdən çəkindirən, nəticədə onların cəmiyyətə tam töhfə vermək imkanlarını sarsıdan düşmən mühit yaradır. Müraciətdə diqqətə çatdırılıb ki, qadınlar 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin hazırlanması və imzalanmasından bəri təşkilatda mühüm rol oynayırlar. BMT Baş Assambleyası (UNGA) dünya liderlərinin ən böyük illik toplantısıdır və o, gender bərabərliyi üçün bir sıra tarixi məqamlar üçün şərait yaratsa da, qadınların təmsil olunması və iştirakı ilə bağlı hələ çox şey əldə edilməyib. BMT Baş Assambleyasının 77 illik fəaliyyəti dövründə cəmi dörd qadın sədr seçilib. Eyni zamanda, 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. Qadınlar hazırda Təhlükəsizlik Şurasının üzvlərinin üçdə birindən bir qədər çoxunu təmsil etsələr də, bu, hələ kifayət qədər yüksək rəqəm deyil”.


Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan qadını öz adını dövlətçilik tariximizə əbədi həkk etdirib: 


“Ağqoyunlu sülaləsinin hökmdarı Uzun Həsənin anası Sara Xatun, Qəhrəman Tomris, XII əsrdə yaşamış şairə Məhsəti Gəncəvi, XIX əsrdə yaradıcılıqları ilə fərqlənən Xurşidbanu Natəvan, Fatma xanım Kəminə xalqımızın mədəni irsinin əvəzsiz nümayəndələridir. Bu əlamətdar gün münasibətilə diplomatiya sahəsində çalışan bütün fədakar və güclü qadınları ürəkdən təbrik edirəm. Bir qadın cəmiyyəti sədri olaraq hər gün qadınların sülh, dialoq və ədalət naminə göstərdiyi əzmkarlığın şahidiyəm. Diplomatiyada qadınların artan iştirakı cəmiyyətlərimizin daha dayanıqlı və inklüziv gələcəyi naminə mühüm töhfə verir. Fəaliyyətində məsuliyyət, zəka və dərin humanizm daşıyan bütün qadınlara təşəkkür edir, uğurlar arzulayıram”.


Sabiq deputat Elnur Allahverdiyev də qeyd edib ki, BMT Baş Assambleyasının 2022-cü ildə qəbul etdiyi Qətnaməyə əsasən təsis edilən bu tarix qadın diplomatların beynəlxalq münasibətlərin formalaşmasında, sülh və əməkdaşlığın təşviqindəki roluna diqqət çəkmək məqsədi daşıyır:


 “Qürurvericidir ki, Azərbaycan həmin Qətnamənin əsas həmmüəlliflərindən biri olub. Azərbaycan diplomatiyası qadınların fəallığı və yüksək intellekti sayəsində daha da güclənir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusi önəm kəsb edir. Onun humanitar sahədə təşəbbüsləri, beynəlxalq əməkdaşlıq və mədəni diplomatiyaya verdiyi töhfələr ölkəmizin dünya arenasındakı mövqeyinin möhkəmlənməsində əvəzsiz rol oynayır. Bu əlamətdar gün münasibətilə bütün qadın diplomatlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 İyun 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see243

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see209

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see192

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see151

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see149

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see138

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see132

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri