Icma.az
close
up
RU
Gəncənin bağları cənnət misallı

Gəncənin bağları cənnət misallı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Gəncə... Adı çəkilən kimi göz önündə təkcə tarixi binalar deyil, yaşıllıqlar içində gizlənmiş bağlar, su arxlarının şırıltısı, meyvə ağaclarının ətri canlanır. Yəni Gəncə tarixi boyu bağçılıq sənətinin beşiyi kimi də tanınıb. Başqa sözlə, Gəncə bağlar içində doğulan bir şəhərdir.

Tarixi mənbələrdə Gəncə bağçılığına dair çoxsaylı qeydlər var. Fransız səyyah Filip Avrill XVII əsrdə Gəncəni belə təsvir edir: “Bu yer mənzərə baxımından imperiyanın gülüstanıdır. Çiçəklərlə ağırlaşmış ağaclar, axar sular, geniş bağlar və yaşıl örtüklə örtülmüş həyətlər...”.

X əsrdə qələmə alınmış məşhur “Hüdud əl-Ələm” əsərində yazılır: “Gəncədə çoxlu üzüm, fındıq və əla növ nar bağları var”.

Bu cür qeydlər şəhərin təkcə kənd təsərrüfatı deyil, həm də mədəni və sosial həyatda necə önəmli rol oynadığını göstərir. XII əsrdə Sultan Cəlaləddin Xarəzmşah üsyan zamanı öz düşərgəsini məhz bu bağlar içində salmışdı. Övliya Çələbi isə Gəncənin bağlarını təkcə təsvir etməklə kifayətlənmir, onların bol meyvə və sıx yaşıllıqla zəngin olduğunu da xüsusi vurğulayırdı.

Gəncə bəylərbəyi ailəsinə məxsus olan “Xan Bağı” şəhərin bağçılıq irsinin zirvəsi hesab olunurdu. Burada dünyanın müxtəlif yerlərindən gətirilmiş nadir ağaclar və bitkilər əkilmişdi. Bu bağ yalnız məhsul mənbəyi deyil, həm də estetik düşüncənin və zövqün ifadəsi idi. Xan Bağı, eyni zamanda diplomatik və mədəni görüşlərin məkanı kimi də seçilirdi.

Bu gün “Bağmanlar” kimi tanınan Böyük Bağman və Bala Bağman məhəllələrinin tarixi çox qədimlərə gedib çıxır. XII əsrdə hərbi düşərgə olaraq istifadə edilən bu yerlər zamanla Gəncənin bağçılıqla məşğul olan əsas yaşayış məhəllələrinə çevrildi.

1804-cü ildə Bala Bağmanda cəmi 31 ev olduğu halda, XX əsrin əvvəllərində bu rəqəm artıq yüzlərlə ailəni əhatə edirdi. Burada yaşayan insanlar təkcə torpaqla yox, həm də şəhərin sosial və mədəni həyatında fəal iştirak edirdilər.

Məhəllə sakini Akif Rəfiyev rəfibəylilərin ulu babalarının 500 il bundan əvvəl Cənubi Azərbaycanın Təbriz şəhərindən gəlmələrini və Təbriz üzüm sortunu da onların Gəncəyə gətirdiyini söyləyir. Onun dediyinə görə, ulu babalarının Səfəvilərin hakimiyyətə gəlməsində xidmətləri olub.

Məhəllənin yerli sakinləri çox güman ki, indiki əraziyə qədim Gəncədən gəliblər. Məhəllə sakinləri calaqçılıq, meyvəçilik, tərəvəzçilik və heyvandarlıqla məşğul olublar. El arasında "Bala Bağman" sakinlərinə zarafatla "Calaq oğrusu" da deyirlər.

Tarixi məxəzlərdə Gəncə öz ipəyi ilə məşhur olub. Gəncədə ipəkçiliyin tarixi çox qədimdir. Burada istehsal olunan "Ərəş" ipəyi Yaxın və Orta Şərq dövlətlərində çox məşhur idi. Məhəllədə calaqçı Qədir, İsmayıl kişi kimi məşhur adamlar yaşayıb. Məhəllə sakinlərinin əkin yeri Qızıl qaya və Todanlıda olub.

Təəssüf ki, ötən əsrin 50-ci illərindən başlayaraq sovet dönəminin kolxoz-sovxoz siyasəti, şəhərsalmada sürətli dəyişikliklər Gəncə bağlarının böyük hissəsini sıradan çıxardı. Bağ sahələri ev tikintisinə verildi, bağçılıq mədəniyyəti isə tədricən unudulmağa başladı.

Lakin bu irs sadəcə nostalji deyil. Gəncənin yaşıl yaddaşı, kökləri torpağın dərinliklərinə işləyən bağ təsərrüfatları bu gün də bərpa oluna bilər və olunmalıdır.

Gəncənin bağçılıq irsini yaşatmaq və gələcək nəsillərə ötürmək üçün konkret addımlar atıla bilər. "Gəncə Bağları" Etno-Parkı yaratmaqla qədim bağçılıq üsulları, üzüm sortları, bəkməz hazırlanması və onların nümayiş etdirilməsi mümkündür. İl yarım əvvəl ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa təşəbbüsü, köməyi və iştirakı ilə Gəncədə Ekologiya Park Kompleksi açılmışdır və bu, şəhər əhalisinin böyük razılığına səbəb olmuşdur.

Buna bənzər digər maraqlı təşəbbüslər də fayda verər. Məsələn, Bağçılıq Tarixi Muzeyi açmaq olar. Bağman və Bala Bağman məhəllələrində yerləşdirilə biləcək bu muzeydə qədim suvarma sistemləri, alətlər və sənədlər sərgilənə bilər.

Hər il Meyvə Festivalının təşkil olunması yaddaşlarımızın təzələnməsinə bir təkan olar. Burada yerli məhsulları tanıtmaq və ixrac imkanlarını artırmaq üçün platforma yaratmaq hamının ürəyindən xəbər verər.

Məktəblərdə bağçılıq dərsləri keçirilərək uşaqlarda torpaqla ünsiyyət vərdişləri öyrətmək bu günün aktual məsələlərindən biridir. Gəncə Şəhər Yaşıllaşdırma şöbəsinin müdiri Elmar Əzizov deyir ki, “bəzən əzab-əziyyətlə yetişdirdiyimiz bir gül kolunun və ya körpə ağacın ertəsi gün tapdanmasını görəndə ürəyimiz ağrıyır. Hiss olunur ki, bu sahədə məktəblərdə bir boşluq var”.

Gəncə həm bağçılıq, həm də ədəbi irsini yaşada bilər. Yuxarıda qeyd etdiyimiz kimi, Gəncə təkcə qala divarları, bazarları ilə yox, bağlarının ruhu ilə də məşhur bir şəhər olub. Bu ruh torpaqda, suda, meyvədə və zəhmətkeş insanların həyat tərzində yaşamağa davam edir.

Son vaxtlar şəhərdə bu sahədə görülən işlər ürəkaçandır. Əminik ki, bağlar içində doğulan şəhər bundan sonra da bağlarla, yaşıllıqlarla əhatə olunacaq. Gəlin, bu ruhu unutmayaq. Gəlin, Gəncəni yenidən yaşıl mədəniyyətin paytaxtına çevirək. Bu təkcə keçmişə deyil, gələcək nəsillərə də borcumuzdur.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Gəncə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see438

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see380

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see266

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see249

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see240

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see234

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see226

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see222

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see219

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see198

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see196

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see192

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see185

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see184

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see181

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see180

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see179

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see175

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see164

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri