Icma.az
close
up
RU
Gəncənin yaddaş kitabı Cavadxan küçəsi

Gəncənin yaddaş kitabı Cavadxan küçəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Hər şəhərin öz yaddaşı, hər küçənin öz hekayəsi var. Gəncənin qəlbində elə bir küçə uzanır ki, onun hər addımı tarixlə danışır, hər daşı bir xatirədir. Bu, Gəncənin “şah damarı” adlanan Cavadxan küçəsidir. Adını yalnız bir qəhrəmandan deyil, bütöv bir xalqın iradəsindən, mübarizəsindən alan bu küçə həm Gəncənin, həm də Azərbaycanın qürur yoludur.

Küçə öz ünvanını 1804-cü ildə rus imperiyasına qarşı qəhrəmancasına döyüşərək şəhid olan sonuncu Gəncə xanı Cavad xanın adından alıb. Bu ad sadəcə bir lövhəyə yazılmayıb – gəncəlilərin yaddaşına, ruhuna həkk olunub. Sovet dövründə küçəyə Sabir küçəsi desələr də, xalq hafizəsi onu heç vaxt başqa cür qəbul etməyib. Çünki tarix rəsmi qərarlarla yox, yaddaşla yazılır.

Cavadxan küçəsinin memarlıq siması da tamam bambaşqadır. Burada qırmızı kərpicdən hörülmüş ikimərtəbəli binalar sıralanır. O evlərin birinci mərtəbəsində mağazalar, dükanlar açılır, üst qatlarda isə ailələrin səsi, uşaq qəhqəhəsi eşidilir. Dalana açılan darvazalardan qədim həyətlərin qoxusu, kərpiclərin sərinliyi yayılır. Bir vaxtlar küçədə Quberniya Bankı, Pitoyev bankir evi, Usubbəyovun kredit bankı kimi nüfuzlu binalar yerləşib. XIX əsrin sonlarında bank kimi tikilən o möhtəşəm tikililər bu gün də öz funksiyasını qoruyur.

Bu küçədə sadəcə banklar, idarələr yox, həm də sənətkarlıq və yaradıcılıq nəfəsi olub. “Rəfiyev qardaşlarının” ticarət evi, Babayev qardaşlarının mağazası, Rudnikin kauçuk dükanı, Hacı Həsənovun mətbəəsi, Zinger qardaşlarının emalatxanası, “Zarya” sinematoqrafı – hamısı Gəncənin canlı iqtisadi və mədəni həyatının şahidləri olub. Burada xalçaçılıq və rəssamlıq dərnəkləri fəaliyyət göstərib, sənətkarların əl izləri sanki küçənin daşlarına hopub.

Cavadxan küçəsinin başqa bir yaddaşı da milli mübarizə ilə bağlıdır. Burada Şeyxzamanovlar nəslinin evi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Xasməmmədov qardaşlarının yaşadığı bina və ilk “Azərbaycan” qəzetinin işıq üzü gördüyü mətbəə yerləşib. Adama elə gəlir ki, istiqlal nəfəsi duyulan bu küçə, sanki milli oyanışın səssiz salnaməsidir.

Bəziləri Cavadxan küçəsini Bakının Nizami, yəni “Torqovı”sına bənzədir. Amma bu tarixi küçə düz və səliqəli paytaxt küçəsi deyil, dönə-dönə irəliləyən, gah qədim məhəllələrə, gah da müasir şəhərə açılan bir yoldur. Sanki onun döngələri Gəncənin tarix boyu yaşadığı dönüşləri əks etdirir.

Bugünkü Cavadxan küçəsi həm keçmişi, həm də gələcəyi daşıyır. Küçə boyu aparılan abadlıq işləri, bərpa olunan tarixi binalar, açılan yeni mədəniyyət və ticarət ocaqları bu yeri daha da canlı edir. Burada məktəbə tələsən uşaq da, skamyada oturan qoca da, əl-ələ tutub gəzən gənclər də bir tarixlə üz-üzədir.

Cavadxan küçəsi – sadəcə yol deyil, bir millətin dirəniş və qürur tarixidir. Onun daşlarında Cavad xanın ruhu dolaşır, hər addımda qəhrəmanlıq və ləyaqət xatırlanır. Gəncə onu yaşadır. Və hər kəs bu küçədən keçərkən, sanki tarixlə salamlaşır.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Avqust 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri