Icma.az
close
up
RU
Gənclər Kitabxanasında tanınmış şairin 75 illiyi ilə əlaqədar silsilə materiallar hazırlanıb AZƏRTAC

Gənclər Kitabxanasında tanınmış şairin 75 illiyi ilə əlaqədar silsilə materiallar hazırlanıb AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 yanvar, AZƏRTAC

Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75-ci ildönümü tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli şairin 75 illiyi münasibətilə "Xalq şairi Zəlimxan Yaqub - 75 " adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

Məlumat bazası şairin zəngin bədii yaradıcılığını, ictimai-siyasi fəaliyyətini əhatə etməklə özündə bir sıra bölmələri cəmləyir. Elektron məlumat bazasında Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Zəlimxan Yaqubun layiq görüldüyü orden, medal və təltiflərin verilməsinə dair imzalanan rəsmi sənədlər, şairə həsr edilən professorlar Qəzənfər Paşayevin “Zəlimxanın poeziya aləminə səyahət”, Akif Abbasovun “Ədəbiyyatımıza yeni ruh, yeni nəfəs gətirmiş Zəlimxan Yaqub”, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Sənsiz yaşamağa öyrəşmək çətin...” kimi məqalələrinin tam mətni, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Zəlimxan Yaqubun müəllifi, elmi rəhbəri və məsləhətçisi, redaktoru olduğu kitabların, məqalələrin, dissertasiya işlərinin siyahısı, açıq məktubları, müsahibə və söhbətləri də təqdim edilir. Müəllif haqqında qələmə alınan kitab və məqalələrin yer aldığı elektron bazada şairin kitablarının virtual sərgisi, video və foto qalereyası da sərgilənir.

Kitabxanada Xalq şairi Zəlimxan Yaqubun həyat və yaradıcılığına, ictimai fəaliyyətinə həsr edilən virtual kitab sərgisi də hazırlanıb. Kitabxananın rəsmi saytında yerləşdirilən virtual sərgidə “Təltif və mükafatlar”, “İlk yaradıcılıq nümunələri” kimi bölmələrlə yanaşı Zəlimxan Yaqubun müəllifi olduğu “Qayıdaq əvvəlki xatirələrə”, “Millətdə, dövlətdə, sənətdə”, “Düşüncələrin simfoniyası”, “Mən bir dağ çayıyam”, “Mən öz dastanımı yazıb gəlmişəm” “Özün basdırdığın ağaca söykən” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri də təqdim edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri