Icma.az
close
up
RU
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlanıb AZƏRTAC

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlanıb AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 dekabr, AZƏRTAC

Respublika Gənclər Kitabxanasında Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlılıq qazanmış böyük siyasətçi, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş biblioqrafik icmal, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında qəbul edilən rəsmi sənədlərin, Milli Məclisinin sədri Sahibə Qafarovanın “Tarixin liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi” adlı məqaləsinin tam mətni, dünya liderlərinin, görkəmli şəxslərin Ümummilli Lider haqqında söylədikləri dəyərli fikirlər və Ulu Öndərin öz müdrik kəlamları təqdim edilir.

Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda Ulu Öndərin dahi şəxsiyyətinə, mənalı ömür yoluna, zəngin, çoxşaxəli fəaliyyətinə həsr edilən və 2019-2024-cü illərdə nəşr olunan “Ümummilli Lider: Azərbaycandan Türk dünyasına”, “Heydər Əliyev və Məhəmmməd Füzuli”, “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu”, “Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında”, “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, “Tariximizin Heydər Əliyev zirvəsi”, “Heydər Əliyev və Nizami Gəncəvi”, “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” kimi 30-dan çox kitabın biblioqrafik təsviri və onların qısa annotasiyaları, dövri mətbuat nümunələri sərgilənir.

“Xalqa həsr edilmiş ömür” adlı virtual kitab sərgisində Azərbaycan liderinin siyasət və hakimiyyət arenasına gəlişindən, ictimai-siyasi fəaliyyətindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz xidmətlərindən bəhs edilir. Virtual sərgidə yazılı məlumatlarla yanaşı, Ulu Öndərin, Prezident İlham Əliyevin səs yazıları, foto və videogörüntüləri də yayımlanır.

Bundan əlavə, Respublika Gənclər Kitabxanasının rəsmi saytında “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsi çərçivəsində “Heydər Əliyev - 100” adlı bölmə yaradılıb. Artıq iki ildir ki, burada müxtəlif mətbuat orqanlarında Ulu Öndər Heydər Əliyev haqqında dərc edilən məqalələr toplanılır. İstifadəçilər burada məqalələrin tam mətni ilə tanış olmaq, onlardan yararlanmaq imkanına malikdirlər.

Sözügedən materiallar Respublika Gənclər Kitabxanasının rəsmi saytında yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri