Icma.az
close
up
RU
GƏNCLƏR SİYASƏTİNİN TƏMƏL PRİNSİPLƏRİ TARİXİ KONTEKSDƏ Deputatın yazısı

GƏNCLƏR SİYASƏTİNİN TƏMƏL PRİNSİPLƏRİ TARİXİ KONTEKSDƏ Deputatın yazısı

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

"Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir!"

Ümummilli Lider Heydər Əliyevin gələcəyə hədəflənmiş bu fikirləri Azərbaycan dövlətinin gənclər siyasətinin ideoloji əsasını təşkil edir. Azərbaycan gəncliyi müstəqilliyimizin əbədi və dönməz olması üçün gələcək hədəflər haqqında düşünür, çalışır, vuruşur, yeri gəldikdə canından belə keçir. Bu cür vətənpərvər gənc nəslin yetişdirilməsi uzunmüddətli davamlı strateji siyasətin nəticəsidir.

Gənclərə diqqət və qayğı nümunəsi

Azərbaycanda məqsədyönlü gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə güvənib, onların cəmiyyətin bütün sahələrində inkişafına şərait yaradıb. Onun siyasi irsini öyrəndikcə Azərbaycan gəncliyinə necə böyük diqqət və qayğı göstərdiyinin şahidi oluruq. Bu siyasətin davamı olaraq müasir cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada gənclər layiqincə təmsil olunmasınlar. Bu siyasətin təməli hələ sovet dönəmində qoyulmuşdur. Bütün dövrlərdə ölkələrin inkişafı onun təhsilli, savadlı və qabiliyyətli gəncləri ilə bağlıdır. Bu konteksdən baxanda görürük ki, Heydər Əliyevin təşəbbüsü ilə təhsil almaq üçün 1970-1985-ci illər ərzində SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərilmişdir. Həmin dövrdə hərbi sahədə təhsilin inkişafına xüsusi olaraq diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü. Çünki dahi rəhbər bilirdi ki, gələcək kosmik inkişafla bağlı olacaqdır. Bu gün onun düşüncələrində nə qədər haqlı olduğunu görürük.

Bununla bağlı bir misalı xatırladım. Heydər Əliyev ötən əsrin yetmişinci illərində Mərkəzi Komitədə təhsillə bağlı müşavirə zamanı təhsil nazirini və ali məktəb rektorlarını dinlədikdən sonra, Ümumqoşun Komandirləri Məktəbinin rəisini çıxışa dəvət edir. Və ona sual verir ki, tələbələr içərisində yerli əhalinin nümayəndələri nə qədərdir? Aldığı cavabdan, yəni azərbaycanlıların hərbi təhsilə zəif cəlb olunmasından çox narazı qalan Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini çox kəskin surətdə məzəmmət edir və ona konkret tapşırıqlar verir.

Bir müddətdən sonra eyni məzmunlu müşavirədə Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini yenə xitabət kürsüsünə dəvət edərək bu mühüm işin gedişi, xüsusilə yerli əhalinin faizi ilə maraqlanır. Müəyyən irəliləyiş olmasına baxmayaraq, Ulu Öndər yenə narazı qaldığını bildirir və deyir: "Yerli əhalinin nümayəndələrini təyyarəçilik məktəblərinə göndərmək lazımdır. Təyyarəçilər hazırlamaq lazımdır. Bu günlərdə kosmonavtlar dəstəsinin tərkibi ilə maraqlandım. Dəstəyə bir nəfər də olsun azərbaycanlının cəlb olunmamasından narazılığımı bildirdim. Mənə məlumat verdilər ki, kosmonavtlar dəstəsinə ancaq təyyarəçilik məktəblərini bitirənləri götürürlər. Bu məsələ ilə də maraqlandım. Aydın oldu ki, SSRİ-nin təyyarəçilik məktəblərində Azərbaycanın yerli əhalisinin bir nəfər də olsun nümayəndəsi təhsil almır. Bəs siz hara baxırsınız?!"

Azərbaycanın gələcək inkişafına yönəlmiş strateji əhəmiyyətli bütün işlərə Heydər Əliyev şəxsən başçılıq edirdi. Bir sözlə, daim xalqının gələcəyini düşünən böyük azərbaycanlı hələ o vaxtlar zamanı qabaqlayaraq XXI yüzilliyin Azərbaycanı üçün güclü kadr potensialı yaradırdı.

Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra müstəqillik dövründə müasir çağırışlara cavab verən yeni gənclər siyasətinin strateji hədəflərini və əsas prioritetlərini müəyyən etdi. Nəzərə alsaq ki, 1988-ci ildən 1993-cü ilə qədər gənclərin ictimai-siyasi proseslərdə fəal iştiraka cəhd etməsinə baxmayaraq, müəyyən səbəblərdən onların potensialı lazımınca qiymətləndirilmirdi. Ölkənin gənclər siyasəti demək olar ki, yox idi. Həmin dövrdə qeyri-sağlam ictimai-siyasi vəziyyət bütün sahələrdə olduğu kimi, təhsil sisteminin də yararsız hala düşməsinə gətirib çıxarmışdı. Gəncliyin başlı-başına buraxılması, onlardan həm iqtidar-müxalifət kimi, həm də müxtəlif maraqlı qrupların hakimiyyət uğrunda amansız mübarizələri fonunda potensialından sui-istifadə edilməsi halları gəncliyin mənəvi-psixoloji böhran vəziyyətinə düşməsinə və sabaha inam hissinin itirilməsinə səbəb olmuşdu. Lakin Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra bu vəziyyət kökündən dəyişdi. Ümummilli Liderimiz Heydər Əliyev ilk görüşlərindən birini məhz gənclərlə keçirdi. Ulu Öndər 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündə onlara dərin inam bəslədiyini ifadə etdi.

Ulu Öndər ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır".

Ulu Öndər Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfi deyil ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı.

Heydər Əliyev gənc nəslin düzgün tərbiyə edilməsində gənclər siyasətinin bir inzibati təsisat ətrafında birləşdirilməsinin zəruriliyini nəzərə alaraq 26 iyul 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 26 yanvar 1996-cı il Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncama əsasən, 2 fevral tarixində Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil gənclərin qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsinə təkan oldu. Həmçinin Heydər Əliyevin 22 iyun 1996-cı il tarixli fərmanı ilə istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"nı və "Qızıl kitab"a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüdü təsis edildi.

Ulu Öndərin yaratdığı əlamətdar tarix

Ulu Öndərin 2 fevral 1997-ci il tarixli fərmanı ilə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən bu tarix MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Gənclərə strateji siyasətin davamlılığı məqsədilə qanunvericilik bazasının möhkəmləndirilməsi ilə bağlı Ulu Öndər tərəfindən 29 iyul 1999-cu il tarixli "Dövlət gənclər siyasəti haqqında" fərman imzalanıb. 2002-ci ildə "Gənclər siyasəti haqqında" qanun qəbul edilib. Bununla da bu sahədə qanunvericilik bazası möhkəmləndirilib və dövlətin gənclər siyasəti daha da düzgün istiqamət alıbdı.

"Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir" - deyən Heydər Əliyev öz strateji məqsəd və hədəflərini aydın şəkildə göstərirdi. Dahi siyasətçi başqa bir kəlamında "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir" söyləyirdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Heydər Əliyevin gənclərə yönəlik siyasətini daha dinamik şəkildə davam etdirir.

"Gənclər ili" töhfəsi

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda Gənclər Gününü təsis etdi, siyasi varisi İlham Əliyev tərəfindən 2007-ci il ölkədə "Gənclər ili" elan edildi. Bununla da Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, gənclərin xidmətlərinin qiymətləndirilməsinə yönəlik siyasət daha da möhkəmləndi.

Prezidentin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur.

Prezident İlham Əliyevin gənc idmançıların yetişdirilməsinə yönəlik siyasəti də öz uğurlu nəticələrini verməyə bilməzdi. Təsadüfi deyil ki, beynəlxalq yarışlarda qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır. Azərbaycanın "Rio-2016" XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq bu göstəriciyə görə, 14-cü yerdə qərarlaşması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bundan başqa, milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən "Bakı-2015" I Avropa Oyunlarında ikinci, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması, şahmatçılarımızın üçüncü dəfə Avropa çempionu olmaları Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları uğurların əyani göstəriciləridir.

Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafını, gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürüdülməsinin zəruriliyini nəzərə alan dövlət başçısı bu məqsədlə 26 yanvar 2015-ci il tarixdə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nı təsdiq etməklə bir daha diqqəti bu istiqamətə yönəltmişdir. Həmçinin Prezident İlham Əliyev gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodlarının tətbiqi zərurəti ilə əlaqədar "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq olunmasına dair sərəncam imzalamışdır.

Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan danışarkən 2 iyul 2013-cü tarixdə ölkədə ilk dəfə "Gənclər üçün Prezident mükafatı"nın təsis edilməsini qeyd etməmək mümkün deyil. Prezident mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10 min manat məbləğində verilməsi yaradıcı gəncliyə böyük dəstəkdir.

Gəncə şəhərinin 2016-cı ildə Avropa Gənclər Paytaxtı adına layiq görülməsini də gənclərlə bağlı uğurlu siyasətin nəticələrindən hesab etmək olar. Prezident İlham Əliyevin 24 fevral 2016-cı il tarixdə "Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlər haqqında" sərəncam imzalaması sözügedən tədbirlərin layiqli keçirilməsinə dövlət dəstəyinin təzahürüdür.

Dövlət başçısının 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis edilən "Yüksəliş" müsabiqəsində intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi ölkədə kadr ehtiyatı bankının yaradılmasına gözəl bir töhfədir.

Uğurlu siyasətin bəhrəsi

Hər bir siyasət öz nəticəsinə görə qiymətləndirilir. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın gənclər siyasəti möhkəm təməllər üzərində qurulub. "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" söyləyən Prezident İlham Əliyev gənclərlə özünün arasında qarşılıqlı etimadın olduğunu göstərir.

Hələ 2016-cı ildə cənab İlham Əliyev gənclərlə görüşündə deyirdi: "...1995-ci ildə artıq digər qruplaşma - xarici oriyentasiyadan olan qruplaşma yenə də dövlət çevrilişinə cəhd göstərmişdi. O cəhd də yatırıldı. Yenə də xalq küçələrə, meydanlara çıxıb hakimiyyəti, Heydər Əliyevi müdafiə etmişdir. 1996-cı il artıq sabitləşmə ili kimi tarixdə qalır. Təsadüfi deyil ki, 1996-cı ilin əvvəlində Gənclər Forumu keçirilmişdir. Mən bu tarixə nəyə görə qayıdıram? Çünki birincisi, bu, həqiqətdir. Dediyim sözlər və xüsusilə verdiyim qiymətlər ən diplomatik və yumşaq qiymətlərdir. Gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlib çıxmışıq. Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik. Biz bu gün güclü dövlət qururuq. O dövlət ki dünya miqyasında böyük hörmətə malikdir. Biz çalışmalıyıq və çalışırıq ki, inkişafımız dayanıqlı olsun. Buna nail olmaq üçün sadəcə güclü iqtisadiyyata malik olmaq kifayət deyil. Dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər. Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq".

Danılmaz faktdır ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin ən fəal hissəsidir. Biz gənclərimizlə fəxr edirik. Onlar torpaq uğrunda, Vətən uğrunda vuruşaraq hərbi qələbəmizi şərtləndirdilər. Bu gün azad torpaqlarımızın cənnətə çevrilmə prosesində gənclər də fəal iştirak edirlər.

44 günlük Vətən müharibəsi ilə bağlı cənab Prezident deyib: "Biz bu vəziyyətlə barışmadıq və mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi". Bu fikirlər Azərbaycan gəncliyinin vətənsevər ruhda yetişdirilməsi istiqamətində aparılan siyasətin doğruluğunu təsdiq edir!

Azərbaycan gəncliyi gələcəyimizin təminatçısıdır! Ümid edirəm ki, gənc nəslin vətənpərvər ruhu bizi Qərbi Azərbaycana qayıtmağınızı daha da yaxınlaşdıracaqdır. Yeni zirvələrdə sizləri görmək ümidi ilə Gənclər Gününüz mübarək!

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar,

energetika və ekologiya komitəsinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Fevral 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri