Icma.az
close
up
RU
Azərbaycanda orqan donorluğu və transplantasiya xidmətləri inkişaf etdirilir

Azərbaycanda orqan donorluğu və transplantasiya xidmətləri inkişaf etdirilir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında “Orqan donorluğu: hüquqi və tibbi əsaslar” mövzusunda maarifləndirici tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi cəmiyyətdə orqan donorluğuna dair ictimai şüurun artırılması və xeyirxahlıq ənənəsinin möhkəmləndirilməsidir.

Respublika Klinik Uroloji Xəstəxanasının direktoru, Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev qeyd edib ki, orqan donorluğu sahəsində maarifləndirmə işlərinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, tibb ictimaiyyəti və xüsusilə tibb işçiləri bu məsələdə cəmiyyətə nümunə olmalıdırlar. “Biz bu təşəbbüs çərçivəsində özümüz də fəal iştirak etməliyik. Mən şəxsən donor ərizəsini imzalayaraq bu prosesdə iştirak etmişəm. Eyni zamanda, institutumuzun əməkdaşları da donor kimi qeydiyyatdan keçiblər. Bu, həm humanist, həm də vətəndaşlıq borcudur”, – deyə Fariz Babayev vurğulayıb.

O, həmçinin diyalizdə olan pasiyentlərin vəziyyətinə də toxunaraq bildirib ki, bu insanlar orqan çatışmazlığı səbəbindən gündəlik həyatda ciddi çətinliklərlə üzləşirlər: “Diyaliz xəstələri ilə görüşlər zamanı onların yaşadıqları ağır vəziyyət bir daha göstərir ki, cəmiyyətin bu məsələyə biganə qalmaması vacibdir. Hər bir vətəndaşın orqan donorluğu məsələsinə həssas yanaşması yüzlərlə insanın həyatını xilas edə bilər”.

Fariz Babayev bütün vətəndaşları donor olmağa və bu humanist addımı atmağa çağırıb.

Tədbirdə bildirilib ki, son illər Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən kompleks islahatlar nəticəsində irsi və qazanılmış xəstəliklərin müalicəsi, o cümlədən orqan və toxuma transplantasiyası xidmətlərinin inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub. Dövlət səviyyəsində təsdiq edilmiş müvafiq proqramlar çərçivəsində bu sahədə infrastrukturun təkmilləşdirilməsi, ixtisaslı kadr potensialının artırılması, donor sisteminin formalaşdırılması və əhalinin maarifləndirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.

Görülən tədbirlər nəticəsində transplantasiya əməliyyatlarının əhatə dairəsi genişlənib, müxtəlif orqan və toxumaların, o cümlədən qaraciyər, böyrək və sümük iliyi transplantasiyalarının uğurla həyata keçirilməsi təmin olunub. Bu isə xəstələrin həyat keyfiyyətinin yüksəldilməsinə, sağlamlıqlarının bərpasına və ölüm hallarının azalmasına mühüm təsir göstərib. Transplantasiya əməliyyatına ehtiyacı olan şəxslərin vaxtında əməliyyata cəlb edilməsi, əməliyyatdan sonrakı dövrdə onların reabilitasiyası və cəmiyyətə sağlam şəkildə inteqrasiyası hazırda ölkənin səhiyyə siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, Azərbaycanda orqan transplantasiyası tarixinin başlanğıcı görkəmli alim, akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə 1971-ci ildə Cənubi Qafqaz və Yaxın Şərq regionunda ilk dəfə böyrək transplantasiyası əməliyyatı uğurla icra edilib. Bu gün transplantasiya sahəsi ölkəmizdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Regionda ilk dəfə meyit donordan orqan götürülməsi və uğurlu transplantasiya əməliyyatı da məhz Azərbaycanda həyata keçirilib. Bu fakt ölkəmizin səhiyyə sisteminin yüksək səviyyədə olduğunu və tibb mütəxəssislərinin peşəkarlığını təsdiqləməklə yanaşı, xalqımızın humanist dəyərlərə sadiqliyini də nümayiş etdirir.

Hazırda orqan donorluğu və transplantasiya sahəsində fəaliyyət Səhiyyə Nazirliyinin tabeliyindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən vahid şəkildə həyata keçirilir. Mərkəz tərəfindən həm hüquqi-normativ bazanın təkmilləşdirilməsi, həm də ictimai maarifləndirmə istiqamətində mühüm işlər görülür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri