Icma.az
close
up
RU
Su küçəyə axır, yollar pis vəziyyətdədir Masazırdan ŞİKAYƏT

Su küçəyə axır, yollar pis vəziyyətdədir Masazırdan ŞİKAYƏT

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Abşeron rayonu, Masazır qəsəbəsi, Rüstəm Xaqani küçəsi sakinləri yolun vəziyyətindən və subasmadan şikayətçidir.

Oxu.Az-a müraciət edən Masazır sakinləri bildiriblər ki, yol palçıqdan keçilməz vəziyyətdədir:

"Bizim yollar bu vəziyyətdədir. Yağış olanda daha bərbad vəziyyətə düşür. Hazırda su borusu partlayıb. Küçə su içindədir, evlərimizi su basır. Biz hara gedək, necə edək, kimə müraciət edək? Heç kəs cavab vermir. İçməli su saatlarla yola axır, amma evlərə su verilmir".

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Sözügedən küçədə yolun asfatlanması istiqamətində hər hansı iş görüləcəyi barədə məlumat almaq üçün Masazır kənd bələdiyyəsinə Oxu.Az sorğu ünvanlayıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Masazır kənd bələdiyyəsindən bildirilib ki, sözügedən küçənin asfalt örtüyünün yenilənməsi işlərinə başlanılacaq:

"Daxili küçələr bələdiyyələrin balansındadır. Yerli özünüidarəetmə orqanlarının büdcələri də sakinlər tərəfindən verilən vergilər əsasında formalaşdığından yeni küçələrin asfaltlanmasında müəyyən yubanmalar müşahidə edilməkdədir.

Buna baxmayaraq küçələrin asfaltlanması mərhələli şəkildə həyata keçirilir.

Belə ki, son 4 il ərzində Masazır kəndində əsasən vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın adlarını daşıyan, o cümlədən onların ailə üzvlərinin yaşadığı küçələrdə abadlıq işləri aparılaraq asfaltlanıb.

Bu işlər çərçivəsində təkcə ötən il ərzində kəndin 17 daxili küçəsində abadlıq işləri aparılıb. Həmin işlərin davamı olaraq bu il də 5 adda küçə asfaltlanaraq sakinlərin istifadəsinə veriləcək. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür.

Kənddə yeni salınan daxili küçələrin abadlaşdırılaraq sakinlərin istifadəsinə verilməsi kimi məsələlər daimi olaraq yerli bələdiyyənin nəzarətində saxlanılır.

Xəqani və Vüqar Əvəzov küçələrinin asfaltlanması Masazır Bələdiyyəsinin növbəti il üzrə Tədbirlər Planına daxil edilib və kənd bələdiyyəsinin büdcəsi formalaşdıqca həm onun, həm də digər küçələrin asfaltlanması işlərinin davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən küçədə kanalizasiya ilə bağlı aidiyyatı təşkilata məlumat verilib".

Qeyd edilən ünvanda su borusunun partlaması nəticəsində suyun küçəyə axması ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlanıb, lakin bir neçə saat keçməsinə baxmayaraq mətbuat xidmətindən hələlik cavab almamışıq. Cavab verildikdə dərc edəcəyik.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri