Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gənclər siyasətinin təntənəsi

Gənclər siyasətinin təntənəsi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Artıq 26 ildir ki, dünya Gənclər Gününü qeyd edir. 1998-ci il avqustun 8-12-də gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransı keçirilib və BMT Baş Məclisində 1999-cu ilin sonunda avqustun 12-nin Beynəlxalq Gənclər Günü elan edilməsi haqqında qətnamə qəbul olunub.

Ölkəmizdə isə gənclərin bayramı daha əvvəl – 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla təsis edilib. Azərbaycanda gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. 

Dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Unudulmaz dahi şəxsiyyətin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq, Azərbaycan gənclərinin forumları keçirilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” – İlk forumda ulu öndər gənclərin qarşısında bu tarixi vəzifəni qoyub. 

Əslinə qalsa, Gənclər Günü hamımızın bayramıdır. Təkcə yaşca gənc olanların deyil, ruhən gənc olanların da, gənclərlə işləyib onların tərbiyəsinə məsuliyyət daşıyanların da bu günü qeyd etməyə haqqı çatır.Tarix dəyişsə də, gənclik ruhu davam edir, milli-mənəvi dəyərlər yaşadılır. Məhz vətənpərvər gənclik özünün sanbalı ilə xoşbəxt gələcəyin müjdəçisi olur. 

Ulu öndərin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilir. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində gənclərimizin qanı ilə yazılmış qələbə salnaməsinin parlaq sətirləri heç zaman solmayacaq. Məhz gənclərimiz öz ata-babalarının şöhrət yolunu şərəflə davam etdiriblər. Cənab İlham Əliyev Bakının Azadlıq Meydanında keçirilən Zəfər Paradında bu barədə fikirlərini tükənməz iftixar hissi ilə ifadə edib: “Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi”. 

Dövlətimizin başçısı deyib ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin xatirəsi bizim üçün əzizdir, müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyürlər. 

Prezident İlham Əliyev gənc kadrların irəli çəkilməsi ilə bağlı ardıcıl olaraq əməli addımlar atır, gənclər siyasətini zamanın çağırışlarına uyğun şəkildə yeni aspektdə gerçəkləşdirir. Hazırda neçə-neçə layiqli gənc etimadı nazir, icra hakimiyyəti başçısı və digər məsuliyyətli vəzifələrdə doğruldur. 

Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda dönməz mübarizəmizin ilk toxumları hələ Birinci Qarabağ savaşında səpilib. Daha sonra Ramil Səfərovun, Mübariz İbrahimovun, Raquf Orucovun qəhrəmanlıqları sayəsində o cücərtilər böyüyərək, nəhayət, 2020-ci ilin payızında həmişəyaşıl Zəfər çələngimizə dönüb. Bu tarixi Qələbə naminə müqəddəs mücadiləmizdə gənclərimiz – əsgər və zabitlərimiz, eləcə də könüllülərimiz canlarını, qanlarını əsirgəməyiblər.

Biz də Beynəlxalq Gənclər Günü münasibətilə hazırladığımız bu səhifəni bütünlüklə Zəfər yolçularımıza həsr edirik

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri