Icma.az
close
up
RU
Gənclər süni intellektin üstünlükləri barədə məlumatlandırılıblar

Gənclər süni intellektin üstünlükləri barədə məlumatlandırılıblar

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 2 may, AZƏRTAC

Bu gün Bakıda “Gənclərin Süni İntellekt Forumu” keçirilib.

AZƏRTAC xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı, Gənclər Fondu və Azərbaycan İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən tədbir süni intellekt sahəsindəki trendləri gənclərlə bölüşmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq və şəbəkələşməyə şərait yaratmaq məqsədi daşıyıb.

Açılış mərasimində Milli Məclisin deputatı Tahir Mirkişili, Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsini icra edən Yusif Vəliyev, GİKM-in Baş direktoru Azər Əliyev çıxış edərək süni intellektin təkcə texnologiya deyil, həm də iqtisadiyyat, təhsil, səhiyyə və cəmiyyət üçün əsas transformasiya vasitələrindən biri olduğunu vurğulayıblar.

150-yə yaxın gəncin iştirak etdiyi Forum çərçivəsində “Süni intellekt və gənclər: rəqəmsal gələcəyə doğru” mövzusunda panel müzakirəsi təşkil olunub. “Brandmaker E-commerce Agency”nin təsisçisi Fərid Məhərrəmlinin moderatorluğu ilə keçirilən paneldə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının üzvü İlqar Cəfərov, “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyinin direktoru Leyla Seyidzadə və 4SİM-in Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva çıxış ediblər. Gənclər süni intellektin real tətbiq sahələri, həmçinin karyera imkanları barədə məlumatlandırılıblar.

Panel müzakirəsindən sonra keçirilən sual-cavab sessiyasında iştirakçılar spikerlərə suallarını ünvanlayıblar, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində suniintellekt.az platforması tərəfindən maarifləndirici məlumat sessiyası da təşkil olunub. Sessiya zamanı iştirakçılara süni intellekt texnologiyalarının tətbiq sahələri, öyrənmə resursları və karyera imkanları barədə ətraflı məlumat verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri