Icma.az
close
up
RU
Gənclər təşkilatının növbəti maarifləndirici tədbiri Xaçmaz rayonunda keçirildi FOTO

Gənclər təşkilatının növbəti maarifləndirici tədbiri Xaçmaz rayonunda keçirildi FOTO

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi mədsədi ilə 2024 cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsil bir silahdır” adlı tədbirini 26 noyabr 2024- cü il tarixində Xaçmaz rayonunda həyata keçirmişdir.

Hurriyyet.az xəbər verir ki, Xaçmaz Peşə liseyində keçirilən tədbirdə tələbələr, rayon gəncləri və rayon ziyalıları  iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Xaçmaz rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Yaqut Məsimova açaraq qonaqları salamlayıb və bu mövzunun həmişə aktual olduğunu söyləyib. O qeyd edib ki,  etnik qruplar yaşayan rayonlarda bəzən süni şəkildə bu problemi qızışdırırlar. Bu mövzuda rayon gəncləri arasında həmişə maarifləndirici söhbətlər aparılır.

Təşkilatın icraçı drektoru Tələt Qəribov çıxışında bildirib ki, Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb: “Biz həmişə bir xalq, millət kimi başqa xalqlara, başqa dinlərə də hörmət göstərmişik. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi bizi də narahat edir”. O qeyd edib ki, gənclərimiz asudə vaxtlarını dinimizi düzgün təmsil etməyən insanların yanında yox, idman salonlarında, kitabxanalarda keçirsələr daha səmərəli olar.

Təşkilatın eksperti, “Sağlam Həyata doğri “ Ekoloji İctimai  Birliyin sədri, kimya elmi üzrə fəlsəfə doktoru Sadiq Həsənov mövzu ətrafında geniş çıxış edib.

Xaçmaz rayon Qobu – Qışlaq məçidinin imamı Vəli Məmmədov deyib ki, bu mövzu çox aktualdır və bir din xadimi kimi daim bizim diqqət mərkəzimizdədir: “Bütün dini ayinlərimizdə gənclərimizə dini düzgün başa düşmələrini tövsüyə edirik”.

Quba - Xaçmaz regional gənclər və idman idarəsinin əməkdaşı Nizami Mustafayev qeyd edib ki, bu mövzu region üçün çox aktualdır və bu kimi tədbirlərimiz mütamadi olaraq keçirilir.

Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abbasov də bildirib ki, mövzu çox aktualdır, həmişə gənclərə bununla bağlı düzgün məlumatlar verilməlidir.

Tədbir çay süfrəsi arxasında iştirakçılarla müzakirədən sonra başa çatmışdır.

Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Noyabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri