Gənclər və İdman Nazirliyi ilboyu keçirilmiş yarışlarda fərqlənən dövlət qurumlarını təltif edib Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında müxtəlif idman növləri üzrə ilboyu keçirilmiş yarışlarda fərqlənən dövlət qurumları təltif ediliblər.
BAKU.WS xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov yarışlarda fəal iştiraka görə bütün dövlət qurumlarına təşəkkür edib və ilk üç yeri tutan qurumlara xüsusi kubokları təqdim edib.
Fövqəladə Hallar Nazirliyi birinci yeri tutub. Dövlət Neft Şirkəti ikinci, Daxili İşlər Nazirliyi isə üçüncü yerdə qərarlaşıblar.
Qeyd edək ki, dövlət qurumlarının əməkdaşları il ərzində 19 idman növündə - minifutbol, üzgüçülük, bilyard, stolüstü tennis, voleybol, nərd, atletika, idman dırmanması, basketbol, qolf, şahmat, avarçəkmə, kamandan oxatma, badminton, atıcılıq, nərd, padel, çimərlik voleybolu, velosiped idman növləri üzrə 28 turnirdə qüvvələrini sınayıblar.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 16 Dekabr 2024 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















