Icma.az
close
up
RU
Gənclərin mənəvi inkişafında valideynin rolu LEYLA HƏSƏNOVA SAĞLAM GƏNCLİYİN YETİŞMƏSİ HAQDA DANIŞIR

Gənclərin mənəvi inkişafında valideynin rolu LEYLA HƏSƏNOVA SAĞLAM GƏNCLİYİN YETİŞMƏSİ HAQDA DANIŞIR

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son zamanlarda gənclərin dəyişkən xasiyyətə malik olması haqda çox danışılır. Bəziləri bunu yediyimiz qidalarla, bəziləri məktəbdə ciddi rejimin olmaması ilə əlaqələndirir, bəziləri isə valideynləri günahlandırır.

Məktəblərdə psixoloji dəstək demək olar ki, yoxdur. Ancaq özəl məktəblərdə pullu təhsil olduğu üçün psixoloqlar bir ana, məsuliyyətli şəxs kimi bütün uşaqların “başına dolanır”, onlara davranış qaydasını öyrədirlər. 

Gənclik bioloji, psixoloji, psixoseksual və sosioloji amillərin təsiri altında inkişaf edib formalaşır.

Bioloji baxımdan gəncin orqanizmi təkamül sayəsində fiziki cəhətdən əsaslı surətdə dəyişir, bədən möhkəmlənir, hərəkət, iş qabiliyyəti xeyli inkişaf edir. Ümumiyyətlə, ilk gənclik illərində orqanizmin fiziki inkişafı demək olar ki, əsasən tamamlanır. Belə ki, gənclərin boy artımı qızlarda 16-17 yaşda, oğlanlarda isə 17-18 yaşda təxminən böyüklərlə eyni səviyyəyə çatır, 16 yaşlı oğlanların əzələ qüvvəsi 12 yaşdakına nisbətən iki dəfə artır.

Psixoloji baxımdan gənclər artıq öz “mən”ini, şəxsiyyətini, qüvvəsini, xarici gözəlliyini dərk edir; gümrah, cəsarətli, inamlı olub həyata nikbincəsinə yanaşır, onlarda həyat sevinci, yaşamaq-yaratmaq eşqi, peşə seçmə imkanları özünü daha qabarıq surətdə büruzə verir; idrak fəaliyyəti öz əhatəliliyi, dünyagörüşü isə bir qədər genişliyi ilə fərqlənir.

Gənclik dövründə şəxsiyyəti səciyyələndirən əsas sosial keyfiyyətlərdən biri də əxlaqi saflıqdır. Əxlaqi saflıq gənclərin şəxsiyyətini yalnız öz işinə, əməlinə görə yox, həm də insanlara münasibətinə, qayğıkeşliyinə, həssaslığına görə səciyyələndirir. Beləliklə, insanlara münasibətin təşəkkülü gənclərin şəxsiyyətinin əxlaqi saflığını müəyyən edən əsas meyardır.

Gənclərin mühüm keyfiyyətlərindən biri də onun fəallığıdır. Fəallıq inteqral xassə olub şəxsiyyətin tələbatlar sistemində, əxlaqi saflığında, mənəvi zənginliyində, münasibətlər kompleksində ifadə olunur.

Odur ki, gənclərin hazırki psixologiyası və onların mənəvi inkişafında valideynlərin rolu haqqında psixoloq/motivator Leyla Həsənova ilə həmsöhbət olduq. Leyla xanım bildirdi ki, günümüzdə gənclərin psixologiyası, sürətlə dəyişən cəmiyyət və texnologiyanın təsiri ilə getdikcə mürəkkəbləşir: “Sosial şəbəkələrdən asılılıq, güclü təhsil və iş uğuru təzyiqləri, fərdi kimlik axtarışları bu gənclərin psixoloji vəziyyətini daha da çətinləşdirir. Lakin bu dəyişikliklərin fonunda gənclərin əxlaq və etik davranışları da ciddi əhəmiyyət kəsb edir. Gənclər yalnız müasir texnologiyanın gətirdiyi imkanlardan istifadə etməklə kifayətlənməyib, həm də öz davranış və dəyərlərini cəmiyyətin gözləntiləri ilə uzlaşdırmağa çalışmalıdırlar”.

Psixoloq hesab edir ki, gənclərin psixoloji vəziyyətinə təsir edən əsas faktorlar - ailə, təhsil, sosial media və ətraf cəmiyyətdir: “Gənclərin əxlaqi dəyərləri formalaşarkən, onların ilk və ən vacib tərbiyə aldıqları mühit ailədir. Valideynlər uşaqlarına və gənclərə vicdan, dürüstlük, hörmət və məsuliyyət kimi əxlaqi dəyərləri aşılayaraq, onların gələcəkdə düzgün və etibarlı fərdlər olmasını təmin etməlidilər. Ailənin təsiri gənclərin sosial davranışlarına və etik baxışlarına güclü təsir göstərir. Ailə hər bir gəncin sağlam psixoloji inkişafı üçün ilk və ən güclü inkişaf mənbəyidir. Validənlər övladlarını diqqətlə izləyərək, hər hansı bir psixoloji narahatçılıq və ya dəyişiklik hiss etdikdə, vaxtında mütəxəssisə müraciət etməli və onlara dəstək olmalıdırlar”.

Lakin yalnız ailə ilə kifayətlənmək gənclərin inkişafı üçün yetərli deyil; təhsil sistemi də bu prosesdə əhəmiyyətli rol oynayır. Təhsil gənclərə yalnız intellektual biliklər deyil, həm də əxlaqi davranışların önəmini, dürüstlüyü və başqalarına qarşı məsuliyyəti və hörməti öyrətməlidir. Təhsil yalnlz bilik deyil, həm də həyatı daha sağlam və mənalı yaşamaq üçün vacib dəyərləri öyrənməkdir. Bu səbəbdən, ailə və təhsil birgə şəkildə gənclərin psixoloji inkişafında birgə rol oynayır.

Bu ikili təsir (ailə və təhsil) gənclərin dünyagörüşünün və əxlaqi yanaşmalarının formalaşmasında çox böyük rol oynayır. Əgər bir gənc ailəsindən və təhsilindən düzgün əxlaqi təlim alırsa, sosial və emosional çətinlikləri daha asan aşar və etik davranışları da cəmiyyətə uyğun şəkildə inkişaf etdirər”.

Leyla Həsənova deyir ki, günümüzdə gənclərin psixologiyasına ən böyük təsir göstərən amillərdən biri sosial mediadır: “Sosial şəbəkələr, gənclərə istədikləri məlumatlara sürətlə çatma imkanı verərkən, eyni zamanda onların psixoloji vəziyyətini əhəmiyyətli dərəcədə təsir edə bilir. Təəssüf ki, sosial medianın bəzi neqativ tərəfləri, gənclərin özünü qiymətləndirməsi və sosial mövqeyinə dair yanlış təsəvvürlər yaratmağa səbəb ola bilir. Məsələn, başqalarının idealizə edilmiş həyat tərzini görərək, öz həyatlarını qeyri-kafi və ya aşağı hiss edə bilərlər. Bu, özünə inamsızlıq və psixoloji çətinliklərə yol açar.

Sosial media ilə mübarizə aparmaq üçün gənclərin edə biləcəyi addımlar.

1. Reallığı qəbul etmək:

Sosial mediada paylaşan hər şeyin yalnız bir hissəsi olduğunu, heç bir zaman tam reallığı əks etdirmədiyini anlamalıdırlar. Gənclər, sosial mediadakı həyat tərzlərinin çox zaman süni olduğunu dərk etməli və öz həyatlarını başqaları ilə müqayisə etməkdən çəkinməlidirlər.

2.Faydalı yararlanmaq:

Gənclər, yalnız psixoloji sağlamlığa müsbət təsir edən, motivasiyaedici və təhsil verici məzmunları izləməlidir. Bu, onları daha çox təşviq edər və öz potensiallarını kəşf etməyə kömək edər.

3.Sosial mediada keçirilən vaxtı məhdudlaşdırmaq:

Sosial mediada sərf olunan vaxtın çox olması, gənclərin məhsuldarlığını və ümumi psixoloji vəziyyətini mənfi yöndə təsir edə bilər. Gənclər, sosial media istifadəsini məhdudlaşdıraraq daha sağlam gündəlik həyat tərzi yarada bilərlər”.

Motivator xanım bu fikirdədir ki, gənclərin psixologiyasına təsir edən başqa bir faktor da ətraf cəmiyyətin gözləntiləri və təzyiqləridir: “Cəmiyyət, gənclərdən müəyyən davranışları və uğurları gözləyir və bu da onların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Gənclər başqalarının gözləntilərinə uyğun olmaq üçün öz kimliklərini və dəyərlərini bəzən itirə bilərlər. Ətraf cəmiyyətlə mübarizə və tarazlığı tapma yollar:

1. Öz dəyərlərini müəyyən etmək:

Gənclər, cəmiyyətin təzyiqlərindən qorunmaq üçün öz dəyərlərini və məqsədlərini aydın şəkildə müəyyən etməlidirlər. Hər bir gənc, öz şəxsi inkişafını başqalarının gözləntiləri ilə qarışdırmadan, özünə uyğun bir həyat tərzi qurmalıdır.

2. Təzyiqlərlə başa çıxmaq:

Cəmiyyətin təzyiqlərinə qarşı durarkən, gənclər streslə mübarizə bacarıqlarını inkişaf etdirməli və başqalarının fikirlərinə çox bağlı olmamalıdırlar. Ailələr və dostlar tərəfindən dəstək almaq, bu təzyiqləri azaltmağa kömək edə bilər.

3. Fərqli perspektivlərə açıq olmaq:

Gənclər, ətraf cəmiyyətin müəyyən gözləntilərini qəbul etsələr də, eyni zamanda öz fərqli perspektivlərini inkişaf etdirməli və başqalarının fikirlərini düşünərək, amma özlərinə uyğun qərarlar verməlidirlər”.

L.Həsənova qeyd etdi ki, sosial media və ətraf cəmiyyətin təsirinə qarşı tarazlıq yaratmaq çox vacibdir: “Gənclər sosial şəbəkələrdən istifadə edərkən və cəmiyyətin gözləntilərinə qarşı durarkən öz daxili güclərini və ehtiyaclarını da nəzərə almalıdırlar. Öz şəxsiyyətlərini qoruyaraq, müsbət, dəyərli və faydalı əlaqələr qurmağa diqqət yetirməlidirlər. Bu şəkildə həm sosial mediada, həm də ətraf cəmiyyətdə sağlam bir balans qura bilərlər və psixoloji sağlamlıqlarını qorumağa davam edərlər”.

Psixoloq xanım onu da vurğuladı ki, gənclərin hazırkı psixologiyasında səbrsizlik, zəif dinləmə qabiliyyəti və yalan danışmağa meyillilik kimi məsələlər günümüzün sosial və psixoloji problemlərindən biridir: “Müasir dövrün sürətli həyat tərzi gənclərdə səbirsizlik yaradır. Onlar tez nəticə əldə etmək istəyir, bu isə daha dərin düşüncə və səbirli davranışları zəiflədir. Nəticədə, gənclər uzunmüddətli məqsədlərə çatmaqda çətinlik çəkirlər.

Gənclər arasında dinləmə qabiliyyətinin zəif olması, çox vaxt sosial mediadakı məlumat axınına fokuslanma ilə əlaqəlidir. Onlar bəzən başqalarını dinləyib, onların fikirlərinə hörmət göstərməkdə çətinlik çəkirlər. Bu, əlaqələrin zəifləməsinə və yanlış anlaşılmalara səbəb ola bilər.

Bəzi gənclər, sosial təzyiqlər və müvəffəqiyyətə çatmaq arzusu ilə yalan danışmağa meyillidir. Bu davranış, onların özlərinə və başqalarına qarşı dürüst olmamalarına səbəb olur.

Bu kimi hallarda valideynlər övladlarının uşaqlıq yaşlarından, onları gözləmə və səbirli olma bacarıqları ilə tanış etməlidirlər. Kiçik uğurlardan sonra mükafatlandırma, qısa və uzunmüddətli məqsədlərin əhəmiyyətini izah etmək onlara bu bacarığı inkişaf etdirməyə kömək edəcək. Valideynlər gənclərlə açıq və sakit dialoq quraraq onların fikirlərini diqqətlə dinləməlidir. Bu, gənclərin özlərini ifadə etmələrini və başqalarının fikirlərini daha yaxşı başa düşmələrini təmin edər. Bu gün gənclər arasında yalan danışmağa meyl artmaqdadır. Sosial təzyiqlər, uğur həyəcanı və bəzən qorxu gəncləri doğruyu deməkdən çəkinməyə vadar edir. Bu halda, valideynlər bu məsələyə diqqətlə yanaşmalı, gənclərini cəzalandırmaqdan daha çox, onlarla açıq və dürüst dialoq qurmalıdır. Onlara yalanın yalnız müvəqqəti həll olduğunu, doğru yolun isə uzunmüddətli və etibarlı olduğunu izah etmək vacibdir. Eyni zamanda, valideynlər öz davranışları ilə dürüstlük və etibarı örnək göstərməli, gənclərə dürüst olmağın gücünü və dəyərini anlatmalıdırlar”.

Nəticə olaraq, deyə bilərik ki, günümüzdə sağlam bir gənc psixologiyasının formalaşmasında ailə mühiti, təhsil, sosial media və cəmiyyətin rolu böyükdür. Gənclər, öz daxili güclərini kəşf edərək, həm özlərinə, həm də cəmiyyətə faydalı bir fərd olaraq yetişməlidirlər. Onlar təhsillə öz dünyalarını zənginləşdirərək, müsbət ətraf mühitdə inkişaf edə bilər, həyatın çətinlikləri ilə mübarizə apararkən, özlərini idarə etmək bacarığına sahib olmalıdırlar. Unutmayaq ki, gələcəyin güclü və müvəffəqiyyətli cəmiyyətləri, sağlam psixologiyaya malik gənclərdən ibarət olacaqdır. Bu gənclər, yalnız öz inkişafları ilə deyil, ümumilikdə cəmiyyətin inkişafına da töhfə verəcəklər.

Hazırladı: Jalə FAMİLQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Mart 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see216

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see202

Kaxaber Tsxadadze: Qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik

31 Avqust 2025 00:09see163

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see150

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see138

Gəncədə qəza olub, xəsarət alanlar var

30 Avqust 2025 22:30see134

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see133

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see132

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see130

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see126

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see124

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see124

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see121

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see119

İnflyasiyaya təsir edən amillər: İdxal edilən məhsulların qiymətləri, yoxsa tələbatın artması?

30 Avqust 2025 23:38see118

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see118

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see118

ABŞ Ukraynaya bu təyyarələri cəlb etmək istəyir

30 Avqust 2025 21:29see117

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri