Icma.az
close
up
RU
Gənclərin zarafatı qanla bitdi: 21 yaşlı oğlan dostunu bıçaqladı

Gənclərin zarafatı qanla bitdi: 21 yaşlı oğlan dostunu bıçaqladı

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Binəqədi rayonunda 21yaşlı oğlan tanışına bıçaqla xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 28-də baş verib. Bərdə rayon sakini, 2004-cü il təvəllüdlü Vüsal həmin gün saat 20 radələrində Xırdalan şəhəri ərazisində yerləşən Heydər Əliyev adına istirahət parkında yerləşən çayxanada birlikdə əyləşdiyi tanışı Həsənin onunla nalayiq formada  zarafat edərək əlində saxladığı stəkanda olan çayı onun üzərinə tullaması səbəbindən mübahisə edib. 
Daha sonra o, aralarında yaranmış mübahisəni aydınlaşdırmaq üçün zərərçəkmiş şəxsi Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən Heydər Əliyev adına istirahət parkının kənarına dəvət edib. 
Həmin tarixdə saat 23 radələrində qeyd olunan ünvanda  görüşüb və söhbət edən zaman üzərində gəzdirdiyi bıçaqla onun qarın nahiyəsinə bir dəfə vurub. 
Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, avqustun 28-də Xırdalan şəhəri ərazisində yerləşən Heydər Əliyev adına olan parkda Həsən, Həmzə, Qadir və Fərid adlı tanışları çay içmək üçün əyləşiblər: “Bu zaman zərərçəkmiş şəxs mənə qarşı söyüşlə zarafatlar etməyə başladı. Mən dəfələrlə ona xəbərdarlıq etdim. O, isə məni dinləmədi. Bu səbəbdən Bakı şəhərinə qayıdaraq evdən bıçaq götürdüm və “Varovski” adlanan əraziyə getdim. Orada zərərçəkmişi çağırdım. Həsən Binəqədi Rayon İcra Hakimiyyətinin arxasına gəldikdən sonra bıçaqla 1 dəfə onun qarın boşluğundan zərbə yetirdim”.
Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərib ki, bıçağı evdən götürüb: “Bıçaqla zərbə yetirdikdən sonra zərərçəkmişə tibbi yardım göstərmişəm. Onu 3 saylı Sabunçu xəstəxanasına aparmışam”. 
İş üzrə zərərçəkmiş Həsənin sözlərinə görə, təqsirləndirilən şəxsi tanıyıb, aralarında ədavət və düşmənçilik olmayıb: “Avqustun 28-də Xırdalan şəhəri ərazisində kafelərin birində təqsirləndirilən şəxslə birlikdə çay içdim. Aramızda yaranan mübahisə nəticəsində içi çay ilə dolu olan fincanı onun üzərinə tökdüm. Həmin mübahisə böyüdükdən sonra Binəqədi rayonu ərazisində yerləşən “Varovski” adlanan əraziyə getdim. Orada olan zaman təqsirləndirilən şəxs bıçaqla mənə 1dəfə zərbə vurub. Çayxanada mən və təqsirləndirilən şəxsdən başqa Həmzə, Qadir və Fərid adlı tanışlarımız olub. Vüsalın üzərində üzərində gəzdirdiyi bıçağı görmüşəm və mənə sol nahiyəmdən zərbə yetirin. Həmin vaxt mən yerə yıxılmamışam, lakin huşum gedib. Vüsal bıçaqla zərbə yetirdikdən sonra peşman olaraq aptekə dərman axtarmaq üçün getdi. Vüsalın ikinci dəfə mənə bıçaqla zərbə yetirmək kimi bir niyyəti olmayıb”.
Cinayət işində olan sənədlərdən məlum olur ki, Həsən xəstəxanaya daxil olduqda dənizdə çimərkən sınmış şüşə  parçasının qarın nahiyəsini kəsməsini bildirib. Daha sonra polisdə aparılan araşdırmalardan sonra bıçaqlanma olayı ortaya çıxıb. 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum  etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 
Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə iclas zalında həbsdən azad olunub. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri