“Gəncləşdirir” deyib satırdılar: İnsanların çənəsi çürüdü
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
1920-ci illərdə “sağlamlıq və gənclik mənbəyi” kimi reklam edilən "Radithor" sonradan tarixə ən böyük sağlamlıq qalmaqallarından biri kimi düşüb. Tərkibində radium olan içki insanlara enerji verdiyi və xəstəlikləri sağaltdığı iddiası ilə apteklərdə açıq şəkildə satılıb.
Sherg.az xəbər verir ki, məhsulun müəllifi William J. A. Bailey olsa da, sonradan onun həkim olmadığı üzə çıxıb. Buna baxmayaraq, Radithor illərlə “möcüzə içki” kimi təqdim edilib.

Qalmaqalın ən məşhur qurbanı isə amerikalı iş adamı və həvəskar qolf çempionu Eben Byers olub. O, sağlamlıq problemləri üçün "Radithor" qəbul etməyə başlayıb və illər ərzində təxminən 1400 şüşə içib. Bir müddət sonra dişləri tökülməyə, çənə sümüyü çürüməyə başlayıb. Həkimlər bunun ağır radiasiya zəhərlənməsi olduğunu açıqlayıblar.
Byers 1932-ci ildə həyatını itirib və hadisə ABŞ-də böyük rezonans doğurub. Bu qalmaqaldan sonra radioaktiv məhsulların satışına nəzarət sərtləşdirilib. Bu gün "Radithor" tarixdə ən təhlükəli saxta “sağlamlıq məhsullarından” biri sayılır.
Baxış sayı:124
Bu xəbər 29 May 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















