General: Sərhəd Qoşunları 2017ci ildən indiyədək dəyəri 162 milyon manatdan çox olan narkotiki dövriyyədən çıxarıb
Icma.az bildirir, Report.az portalına istinadən.
DSX-nin Sərhəd Qoşunlarının Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən bu günədək 162 milyon 610 min 694 manatlıq narkotiki qanunsuz dövriyyədən çıxarıb.
"Report"un Şəmkirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.
O bildirib ki, DSX-nin Sərhəd Qoşunlarının Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hazırkı dövrədək 1636 nəfər sərhəd pozucusu, 1021 nəfər rejim pozucusu saxlanılaraq müvafiq dövlət orqanlarına təhvil verilib:
"Eyni zamanda narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kq narkotik vasitə və 533 min 406 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb və saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil edib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 Noyabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















