Icma.az
close
up
RU
Genetik fəlakət: Eyni donordan 67 uşaq, 10 xərçəng xəstəsi

Genetik fəlakət: Eyni donordan 67 uşaq, 10 xərçəng xəstəsi

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropada "genetik fəlakət" kimi dəyərləndirilən hadisələr ortaya çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, nadir rastlanan xərçəng növünə səbəb olan genetik mutasiyanı daşıyan bir kişinin sperması ilə dünyaya gəlmiş ən azı 67 uşaqdan 10-na xərçəng diaqnozu qoyulub.

Mütəxəssislər daha əvvəl də eyni donor spermasının bir neçə ölkədə çoxsaylı hamiləliklər üçün istifadə edilməsinin sosial və psixoloji riskləri ilə bağlı xəbərdarlıq etmişdilər.

2008–2015-ci illər arasında doğulmuş uşaqları əhatə edən bu son hadisə, ciddi tibbi problem müəyyən edildikdə çoxsaylı ailələrin izlənməsinin çətinliyi ilə bağlı yeni narahatlıqlar doğurub.

“The Guardian” qəzetinin xəbərinə görə, bu hadisə Avropa İnsan Genetika Cəmiyyətinin Milanda keçirilən illik konfransında təqdim olunub.
Hadisə ilə bağlı danışan Fransanın Rouen Universitet Xəstəxanasının biologiya üzrə mütəxəssis Dr. Edwige Kasper, “Avropa miqyasında eyni donor üçün doğum və ya ailə sayı ilə bağlı limit tətbiq edilməlidir", deyib. 

Kasper qeyd edib ki, bütün sperm donorları üçün tam genom analizinin aparılması mümkün deyil və bu, onun müdafiə etdiyi bir yanaşma deyil.
Amma bu hadisədə genetik xəstəliyin qeyri-adi şəkildə yayılması baş verdiyi üçün istisna hal hesab olunmalıdır:

“Hər kişi Avropa üzrə 75 uşağın atası olmur”. 

Hadisə iki fərqli ailənin uşaqlarında nadir genetik variantla əlaqəli xərçəng halları müşahidə edildikdən sonra doğum klinikalarına müraciət etmələri ilə aşkarlanıb. 

Spermanı təmin edən Avropa Sperm Bankı, TP53 adlı gendə mutasiyanın donorun bəzi sperma nümunələrində mövcud olduğunu təsdiqləyib.Bu nadir genetik variant 2008-ci ildə sperma ianəsi zamanı xərçənglə əlaqələndirilməmişdi, standart müayinələrlə aşkarlanması mümkün deyildi və donorun sağlamlıq vəziyyəti normal görünürdü.

Lakin Kasperin laboratoriyası tərəfindən aparılan təhlillər bu mutasiyanın Li-Fraumeni sindromu adlı ciddi irsiyyətə bağlı xərçəng meyilliliyinə səbəb ola biləcəyini göstərib.Eyni zamanda, Avropadakı bir neçə genetika və pediatriya şöbəsi öz halları üzərində araşdırma aparıb. 8 Avropa ölkəsindən 46 ailənin 67 uşağı testdən keçirilib.

Bu uşaqlardan 23-də TP53 mutasiyası aşkar edilib, onlardan 10-na lösemi və non-Hodgkin lenfoması da daxil olmaqla müxtəlif xərçəng diaqnozları qoyulub.
Risk daşıyan uşaqlara mütəmadi olaraq bütün bədən və beyin MRT müayinələri, eləcə də yetkin yaşda süd vəzi və qarın USM müayinələri ilə izlənmə tövsiyə olunub. 

Əfsanə 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 May 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri