Icma.az
close
up
RU
Geni dəyişilmiş meyvələr nədir?

Geni dəyişilmiş meyvələr nədir?

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Tüstü burumları göyə qalxar, ocaq alışdıqca təndir qızarar və divarlara dən düşərdi.

Üzünə yumurta yaxılmış xəmir kündələr divara yapılandan sonra təndirin ortasında korun-korun yanan ocağın təsirindən get-gedə allanardı. Buğda unundan bişən çörəyi təndirdən çıxaranda onun xoş və məftunedici ətri xeyli aralıdan hiss edilərdi…

Bostanda çəpərlərə dırmaşan xiyar, pomidor tağları iki göz istəyirdi ki, tamaşasına dursun. Eyni tağda yetişən məhsulların görkəmi də bir-birindən fərqli idi: biri uzun, biri gödək, biri yumru, biri yastı, biri əyri, biri sivri… Əlbəttə ki, kənddə doğulanlar və yaşayanlar üçün tanış mənzərələrdir. Amma elə bil ki, digər dəyərlər kimi onlar da qəhətə çəkilib…

İndi hanı ətri gendən vuran buğda çörəyi? Hanı bağ-bostanın yaraşığı olan xiyar, pomidor sortları? Hanı görkəmi süfrələr bəzəyən, dadı-tamı damaqlardan getməyən meyvələr?

Səbəb nədir? Torpağınmı üzü dönüb, bağ-bostanın bərəkətimi qaçaq düşüb, ağzımızın dadımı çəkilib? Gerçəklik belədir: indi 30-40 il əvvəlki toxumlar qalmayıb. Kəndli həmin toxumları az qala qızıl qiymətinə əldə edir. Hətta indi həmin toxumlar çəki ilə deyil, sayla, ədədlə satılır.

Torpağımızın adla deyilən nemətləri sayılan Qızıləhməd alması, Ordubad əriyi, Göyçay narı, Quba alması, Zaqatala fındığı, Qəbələ şabalıdı, Lənkəran çayı, Astara limonu, Abşeron şanısı, Sabirabad qarpızı, Kürdəmir yemişi, Zirə pomidoru, Hovsan soğanı tapmaq heç də rahat və asan məsələ deyil… Çox vaxt dükan-bazarlardan zahiri görünüşünə aldanıb alınan meyvə-tərəvəzlər heç də əvvəlki illərdəki ləzzətini vermir.

Əvvəllər bazarlarda yalnız hər mövsümə uyğun meyvə-tərəvəzlər tapmaq olardı. İndi ilin istənilən fəslində həmin nemətlər satışa çıxarılır. Təəssüflər olsun ki, geni modifikasiya olunmuş məhsullar bazarlarda ayaq tutub yeriyir. Piştaxtaların üstü boyu bir, buxunu bir, əkiz kimi bir-birinə oxşayan meyvə-tərəvəzlərlə dolu olsa da, alıcı təlabatını ödəyə bilmir. Açıqca hiss olunur ki, məhsulların çeşidi azalıb. İnkişaf və tərəqqinin sürətli olmadığı zamanlarda bazarlara hər meyvə-tərəvəzin bir neçə növü çıxarılardı. Ona görə də bu gün bazara üz tutan alıcının öz istehlak səbətinə uyğun olaraq alıb zənbilinə doldurduğu məhsullar ona istədiyi ağız dadını vermir.

Fermerlər, icarədarlar, kənd zəhmətkeşləri keyfiyyətə yox, kəmiyyətə, məhsuldarlığa üstünlük verirlər. Yerli xiyar, pomidor sortunun nazı ilə oynayınca onlar üçün geni dəyişdirilmiş məhsuldar xiyar, pomidor sortu yetişdirmək və onun məhsulunu bazara çıxarmaq daha əlverişlidir. Heç kəsə sirr deyil ki, həmin sortdan olan xiyar və pomidor kifayət qədər yüksək məhsul verir. Meyvə-tərəvəzlərdəki gen dəyişikliyi o yerə gəlib çatıb ki, qəbul edilən qida və ərzaqların tərkibində lazımi vitaminlər ya heç olmur, ya da çox az olur. Göyərtilərin vitamin tərkibi 50-70 faiz arasında öz keyfiyyətini itirib. “Peyğəmbər buğdası” adlandırılan qarğıdalının yerini indi tez bişən və məhsuldar Amerika qarğıdalısı tutub. Yeni növ qarğıdalı məhsuldardır, görkəmi ilə göz oxşayır, üstündə dənləri çoxdur, amma tərkibində sellüloza və digər maddələrdə olduqca azdır.

Geni modifikasiya olunmuş və ya transgen toxum nədir? Genom stabil struktur hesab edilir və ona müdaxilə etmək arzuolunmazdır. Əslində gen modifikasiyası ilə təxminən 40 il əvvəl məşğul olmağa başlayıblar. Hələ keçən əsrin 80-ci illərində həmin tədqiqatlara 40 milyarda qədər vəsait ayrılmışdı. Son on ildə artıq həmin tədqiqatlar nəticəsində geni modifikasiya olunmuş qida məhsulları yetişdirilir. Statistikaya görə, dünyada istehsal olunan və satışa çıxarılan meyvə-tərəvəzin 30 faizə qədəri həmin üsulla becərilir. ABŞ-da belə məhsullar xüsusilə geniş yayılıb və satışa çıxarılan məhsulların 70 faizini təşkil edir.

Sadə və anlaqlı desək, hər hansı orqanizmə ona yad olan orqanizmin genləri köçürülür. Məsələn, pomidor geninə əqrəb geni əlavə edilir. Məhsul böyüyüb inkişaf edəndə zahirən pomidordan seçilmir, inkişaf dövründə heç bir zərərverici və həşərat ona yaxın düşmür. Məhsuldarlıq isə çox yüksək olur, bir pomidor kolu 30-40 kiloqram bar verir. Lakin onu kəsəndə nə ətir, nə də dad etibarı ilə pomidordan əsər-əlamət qalmadığı üzə çıxır. Hazırda müxtəlif kənd təsərrüfatı məhsullarının geni dəyişdirilmiş 120-dən artıq növü yaradılıb. Onlardan 64 növü təsərrüfatlarda tətbiq edilir.

Bundan başqa lanset və ya soysuz toxumlar da var. Laboratoriyada kodlaşdırılan həmin toxumlar cəmi bir il məhsul verir. Onu əkib-becərir, yüksək məhsul götürür, növbəti il isə ondan heç nə əldə etmək olmur. Gen mühəndisliyi son illər bir az da “qabağa gedərək” beş il məhsul verən toxumlar yetişdirməyə başlayıb. Həmin müddətdən sonra əkilən toxum qətiyyən məhsul vermir. Lanset toxumlar təbiətə və torpağa da çox böyük ziyan vurur. Torpaqda olan bütün üzvi və mineral maddələri sorur, başqa bitkilərin inkişafına imkan vermir. Nəticədə həmin bitkilər əkilən ərazidə “ölü torpaqlar” əmələ gəlir.

Alimlər həmin məhsullarla qidalanmanın birinci nəsildə, bəzən də sonrakı nəsillərdə sağlamlıq üçün fəsadlı nəticələr verəcəyini düşünürlər. Transogen toxumdan əmələ gələn pomidorun tərkibində likopen maddəsi 80 faiz azalıb. Likopen pomidora və qarpıza qırmızı rəng verən təbii maddədir və onun çatışmazlığı kişilərdə sonsuzluğa, qadınlarda isə yumurtalığın polikistozuna səbəb olur. Həmin üsulla yetişdirilən bir neçə pomidor yeyilməsi də bəzən bir pomidorun verdiyi qədər vitamin vermir. Vitaminsizlik, mineral maddələrin azlığı orqanizmdə polifenol çatışmazlığına səbəb olur. Ona görə də bir sıra Avropa ölkələrində həmin məhsulların gətirilməsi və satışına ciddi qadağalar qoyulub.

Torpağımızın bar-bərəkəti çəkilib, buğda çörəyinin ətri yoxa çıxıb və biz də süfrələrimizin yaraşığı olan meyvə-tərəvəzlərin ləzzətli dadından yavaş-yavaş uzaqlaşırıq. Nə qədər ki, yüz illərdir əkilib-becərilən yerli toxumların genetik kökünü qorumuruq, onun çoxaldılması və yayılmasının qayğısına almırıq, bundan da ağır aqibətlə üzləşmək təhlükəsi var. Hətta gələcək nəsilləri daha fəlakətli nəticələrlə üz-üzə qoya bilərik…

Fizulihuseynov.com

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri