Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Geniş imkanlar, böyük hədəflər

Geniş imkanlar, böyük hədəflər

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin dekabrın 8-də Slovakiyaya ilk rəsmi səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı İlham Əliyevin Slovakiyaya səfəri iki ölkə arasındakı əlaqələrin inkişafı baxımından önəmlidir. Eyni zamanda, Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Prezident İlham Əliyevin slovakiyalı həmkarı ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlər, rəsmi bəyanatlar göstərdi ki, tərəflər qarşıdakı illərdə strateji əməkdaşlığı genişləndirməkdə qərarlıdır.
Azərbaycan-Slovakiya əlaqələrinin formalaşması müstəqilliyin ilk illərinə təsadüf etsə də, 2019-cu ildən etibarən bu münasibətlər daha sistemli və şaxələnmiş şəkildə inkişaf edir. 2024-cü ilin may ayında isə Bakı şəhərində iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə qarşılıqlı münasibətlərin inkişafını daha da stimullaşdıraraq, münasibətləri yeni səviyyəyə qaldırıb. Artıq iki ölkə arasında konkret sahələr üzrə münasibətlərin inkişafı nəzərə çarparaq uzunmüddətli perspektivlər vəd edir. Təbii ki, Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfəri də iki ölkə arasında münasibətlərin daha intensiv və genişəhatəli inkişafına öz töhfəsini verəcək.
Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edir və müxtəlif sahələri əhatə edən əməkdaşlıq gündəliyi formalaşır. İki ölkə arasında diplomatik münasibətlər qurulduğu gündən bəri siyasət, müdafiə, iqtisadiyyat, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlıq genişlənməkdədir. Eyni zamanda, ölkələr arasında münasibətlər qarşılıqlı hörmətə, bərabər tərəfdaşlığa və səmimi dialoqa əsaslanır. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirirlər.
Slovakiya Avropa İttifaqının (Aİ) bir üzvü kimi Azərbaycandan təbii qaz alan, Azərbaycan qazının Avropa bazarlarına çıxışında rol oynayan bir tərəfdaşdır. Məlum olduğu kimi, Azərbaycan Cənub Qaz Dəhlizi (TANAP/TAP) vasitəsilə də Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Hazırda illik 25 milyard kubmetr təbii qaz ixracının təxminən yarısı Avropa bazarlarına çıxarılır. Qeyd edək ki, Aİ-nin 8 üzvü Azərbaycan təbii qazının alıcısıdır. 2024-cü ildə Slovakiyanın neft emalı zavodunda Azərbaycan neftinin ilk partiyası emal edilib ki, bu da ikitərəfli münasibətlərin inkişafı üçün mühüm məsələdir.
Slovakiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə daim hörmətlə yanaşan ölkələrdən biridir. Bu ilin noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Slovakiya Baş nazirin müavini və müdafiə naziri Robert Kalinakın iştirakı bunun növbəti bariz nümunəsidir.
Prezident İlham Əliyev slovakiyalı həmkarı ilə mətbuata bəyanatında bu məsələyə xüsusi toxundu və paradda iştiraka görə Slovakiya dövlətinə və hökumətinə minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı söylədi ki, bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya çatdırılıb. Bu, iki ölkə arasında enerji əməkdaşlığının da genişləndiyini və Azərbaycanın Avropa bazarında mövqeyinin gücləndiyini göstərir. Ölkəmiz həm də boru kəmərləri vasitəsilə qaz ixrac edən dövlətlər arasında ön sırada dayanır.
Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 14-ə çatıb. Bizim ümumi qaz ixracımız isə 25 milyard kubmetrdir. Bunun da yarısı Avropaya göndərilir. Avropa İttifaqının 8 üzv dövləti Azərbaycan qazı alır. Azərbaycanın qaz sənayesi inkişaf etdikcə ölkəmizin ixrac imkanları və beynəlxalq əməkdaşlığı daha da genişlənir. Bu proses Azərbaycanın regionda və Avropada həm də etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir.
İki ölkə arasında iqtisadi münasibətlərin mühüm istiqamətlərindən birini də nəqliyyat-logistika layihələrində əməkdaşlıq təşkil edir. Belə ki, Slovakiya dövləti bir neçə ildir Azərbaycanın iştirakı ilə reallaşan beynəlxalq nəqliyyat layihələrində iştirak edir. Xüsusilə Orta Dəhliz imkanlarının daha da genişləndirilməsi ilə bağlı əməkdaşlıq etməkdədir. İki dövlət arasında əlaqələrin daha da genişləndirilməsi üçün nəqliyyat layihələrinə də birgə əlavə vəsait qoyuluşu nəzərdə tutulub ki, bu da ikitərəfli münasibətlərin inkişafına ciddi dəstək verəcək.
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri bir daha onu göstərdi ki, Azərbaycan müasir geosiyasi reallıqlar şəraitində etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq dövlət kimi qəbul edilir. Bratislavadakı görüşlər, aparılan danışıqlar və səslənən mesajlar həm Azərbaycan–Slovakiya əlaqələrinin inkişafına yeni impuls verir, həm də ölkəmizin xarici siyasət xəttinin effektivliyini bir daha nümayiş etdirir.
Hesab edirəm ki, bu əməkdaşlıq modeli qarşıdakı dövrdə müdafiə, iqtisadi, siyasi, enerji, nəqliyyat və humanitar sahələrdə daha geniş perspektivlərin açılacağına əminlik yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasət sayəsində Azərbaycan beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirir və tərəfdaşlıq şəbəkəsini genişləndirməyə davam edir.
Ümumiyyətlə, dövlət başçısının Slovakiyaya ilk rəsmi səfəri, bu ilin noyabr ayında Slovakiya rəsmilərinin Azərbaycana səfəri, müxtəlif beynəlxalq tədbirlərdə dövlət başçılarının apardığı müzakirələr, iki ölkə arasında strateji tərəfdaşlığa dair müvafiq sənədin imzalanması Azərbaycan-Slovakiya münasibətlərinin gələcəkdə daha sürətlə inkişaf edəcəyinə əminlik yaradır.

Elçin Quliyev
YAP Nərimanov rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see638

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see331

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see319

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see232

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see229

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see228

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see226

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see220

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see212

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see212

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see211

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see209

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see208

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see206

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see205

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see205

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see204

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri