Icma.az
close
up
RU
Böyük imkanlar, yeni hədəflər

Böyük imkanlar, yeni hədəflər

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi.Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 20 sentyabr 2023-cü il tarixli müraciəti olduqca tarixi bir dövrü, Azərbaycan ərazisində 30 ildən artıq fəaliyyət göstərən erməni separatçılığının, silahlı quldur dəstələrinin zərərsizləşdirildiyi bir dövrü əhatə edirdi.

Cənab Prezident xalqımıza qarşı ermənilər tərəfindən aparılmış məkrli siyasətdən, təcavüz və terror aktlarından, torpaqlarımızın 20%-dən çox hissəsinin işğal edilməsindən Ermənilərin sülh yolu ilə işğal altında olan torpaqlarımızı azad etməkdən imtina etmələrindən, havadarlarının köməkliyi ilə əbədi olaraq torpaqlarımızı işğal altında saxlaya biləcəklərinə ümid etdiklərindən, 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi möhtəşəm Qələbədən və son antiterror əməliyyatının keçirilməsi zərirətindən ətraflı bəhz etdi və bildirdi ki, Qarabağda mövcud olan silahlı quldur dəstələrinə və ərazidə fəaliyyət göstərən xumta rejiminə yetərincə vaxt və fürsət verildi ki, düzgün qərar qəbul etsinlər. Lakin onlar üçün yaradılmış bu şəraiti düzgün qiymətləndirərək Azərbaycanın qanunlarına tabe olmaq, silahı yerə qoymaq əvəzinə Ermənistandan Yeni silahlar tədarük etməyə, Azərbaycan xalqına qarşı yeni-yeni terror əməllərini törətməyə üstünlük verdilər. 2021-ci il istehsalı olan minaları Ermənistandan gətirərək 300-dən artıq insanımızı mina partlayışının qurbanına çevirdilər.

10 noyabr tarixli Üçtərəfli Bəyannamənin tələblərinə məhəl qoymayaraq bölgədə qanunsuz fəaliyyətlərini davam etdirdilər. Dəfələrlə onlara xəbərdarlıq edildi ki, qanunazidd fəaliyyətlərindən əl çəksinlər, Azərbaycanın qanunlarına tabe olsunlar. Əksinə Azərbaycanın mərkəzi hakimiyyəti ilə danışıqlardan imtina etdilər. Bu azmış kimi qondatma quruma, qondarma seçkilər keçirdiklərini, qondarma qurumun “müstəqillikləri”nin il dönümünü qeyd etmələri barədə sərsəm bəyanatlarla çıxış etdilər. Sentyabrın 19-da Azərbaycan Avtomobil Yolları Agentliyinin 2 nəfər və 4 nəfər polis əməkdaşına qarşı törədilmiş terror hadisəsi Azərbaycanın səbr kasasını daşdırdı və antiterror əməliyyatı keçirilməsi barədə qərar qəbul edildi. Cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində 90-dən artıq terror yuvası məhv edildi və çoxsaylı terrorçular zərərsizləşdirildi. Müzəffər Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin mümkün olmadığını anlayan terrorçular və xunta rejimi ağ bayaraq qaldıraraq təslim olduqlarını bəyan etdilər. Sözün dilindən anlamayan erməni quldurları “Dəmir yumruq”un dili ilə başa salındı.

Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri