Geosiyasi çağırışlar fonunda Türk dünyasının humanitar gücü formalaşır
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ortaq dil, tarix və mədəni irs türk dünyasını birləşdirən mühüm bağlardır. Müasir dövrdə bu bağların möhkəmləndirilməsində dövlət liderlərinin göstərdiyi siyasi iradə, xüsusilə də Prezident İlham Əliyevin türk dünyasının həmrəyliyinin gücləndirilməsi istiqamətində gördüyü strateji işlər xüsusi qeyd olunmalıdır. Son illərdə Azərbaycan dövlət başçısının təşəbbüsləri ilə Türk Dövlətləri Təşkilatında inteqrasiyanın dərinləşməsi, enerji, nəqliyyat, mədəniyyət və təhlükəsizlik sahələrində yeni əməkdaşlıq xəttinin formalaşması türk xalqlarının birliyinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin liderliyində həyata keçirilən regional layihələr — xüsusən Türk dünyasını birləşdirən nəqliyyat arteriyalarının yaradılması ideyası, Zəngəzur dəhlizi ideyasının siyasi gündəmə gətirilməsi, türk dövlətləri arasında iqtisadi və humanitar platformaların inkişafı — bu birliyin geosiyasi çəkisini artırıb. Bu siyasət yalnız dövlətlərarası münasibətləri deyil, həm də xalqlar arasında etimad və həmrəyliyi gücləndirib.
Müasir dövrdə türk dünyasının birliyi təkcə siyasi və iqtisadi kontekstdə deyil, ictimai həmrəylik, humanitar əməkdaşlıq və 3-cü sektorun fəaliyyəti ilə daha da dərinləşir. Bu dayaqların möhkəmləndirilməsində dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları da vacib rola malikdir.
Məhz buna görə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının ilk dəfə Azərbaycanda bir araya gəlməsi, həmrəylik forumunun keçirilməsi tarixi əhəmiyyətə malik hadisə kimi qiymətləndirilməldir. Bu forum türk coğrafiyasında vətəndaş cəmiyyəti institutlarının bir araya gəlməsi, fikir və təcrübə mübadiləsi aparması üçün yeni mərhələdir.
İlk dəfə həyata keçirilən bu təşəbbüs yeni əməkdaşlıq modelinin formalaşması üçün də vacibdir.
Forumun əsas məqsədi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri arasında davamlı əlaqələr qurmaq, ictimai məsələlərlə bağlı birgə fəaliyyət imkanlarını genişləndirmək və ölkələr arasında humanitar sahədə ortaq platforma yaratmaqdır. Bu gün dünyada baş verən geosiyasi proseslər, informasiya müharibələri, sosial çağırışlar və humanitar risklər göstərir ki, dövlətlərlə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da güclü koordinasiyası zəruridir. Çünki geosiyasi maraqlar dünyanı ölkələrini bir çox maraqlar ətrafında birləşdirir və yaxud ayırır.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan təşkilatların bir araya gəlməsi bu ehtiyaca verilmiş doğru cavabdır.
Forum çərçivəsində müzakirə edilən əsas mövzulardan biri — “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” — türk dövlətləri arasında nəqliyyat, iqtisadiyyat və mədəni əlaqələrin yeni mərhələsini simvolizə edir. Bu dəhliz yolların birləşdirilməsi ilə məhdudlaşmır, insanların, ideyaların və humanitar dəyərlərin birləşməsi üçün yaxşı zəmin yaradır. QHT-lərin bu prosesdə iştirakı isə dəhlizin sosial, humanitar və ictimai tərəflərinin daha dərindən anlaşılması deməkdir. Bir sözlə, dəhliz coğrafi xəritədə çəkilən bir yol olmağın təsirindən çıxaraq, türk dünyası üçün həm də mənəvi körpüyə çevrilir.
Bakı və Naxçıvanda keçiriləcək görüşlər həm də xüsusi rəmzi məna daşıyır. Azərbaycan türk dünyasının siyasi, mədəni və ictimai əməkdaşlığında aparıcı mövqeyə malikdir. Naxçıvan isə tarix boyu türk dünyasının qapısı, mədəni körpüsü rolunu oynayıb. Bu şəhərdə Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lər Platformasının təsis olunması türk dünyası üçün yeni bir institutun yaradılması deməkdir. Bu platforma gələcəkdə türk ölkələrinin vətəndaş cəmiyyətini vahid şəbəkə olaraq birləşdirəcək və regional əməkdaşlığı daha da möhkəmləndirəcək.
Forumun beynəlxalq müstəvidə təsiri də az deyil. Türk dövlətlərinin QHT-lərinin bir araya gələrək koordinasiyalı təşəbbüslərlə çıxış etməsi, humanitar diplomatiyanın yeni modelini yaradır. Beləliklə, təkcə dövlətlərarası münasibətlər deyil, vətəndaş təşəbbüsləri də qlobal aləmdə daha güclü şəkildə təmsil olunur. QHT-lərin BMT, regional təşkilatlar və beynəlxalq platformalarda birgə təşəbbüslərlə çıxış etməsi türk dünyasının görünürlüğünü və nüfuzunu artıracaq.
Sevindirici hal ondan ibarədir ki, silsilə tədbirlərin keçirilməsi Azərbaycan və Türkiyənin timsalında 2 fondun: QHT-lərə Dövlət Dəstəyi Agentliyi və TİKA-nın birgə dəstəyi ilə keçirilir. Yaxın gələcəkdə bu fondların genişlənməsi ehtimalı da daha böyükdür.
Cəsarət Hüseynzadə
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyin sədri,
QHT.az saytının rəhbəri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 24 Noyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















