Icma.az
close
up
RU
Şuşa Bəyannaməsinin 4 ili: Türk dünyasının geosiyasi mərkəzinə doğru

Şuşa Bəyannaməsinin 4 ili: Türk dünyasının geosiyasi mərkəzinə doğru

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan ilə Türkiyə arasında 15 iyun 2021-ci ildə imzalanmış strateji müttəfiqlik sənədi dördüncü ilində regional və qlobal inkişaflar fonunda geosiyasi miqyasda təsirini getdikcə artırır. Qarabağ torpaqlarının işğaldan azad olunması ilə birlikdə Cənubi Qafqazda həm regional, həm də beynəlxalq miqyasda ciddi dəyişikliklər baş verdi. Bu dəyişikliklərdən biri də Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi oldu. Bu bəyannamə tarixi “Bir millət, iki dövlət” şüarının və “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsinin bu gün reallıqda əksini tapan siyasi xəttin təcəssümüdür.
Mövzuların müxtəlifliyi və əməkdaşlıq istiqamətləri baxımından son dərəcə əhəmiyyətli olan bu bəyannamə həm razılaşdırılmış məsələlərin qısa zamanda həyata keçirilməsi, həm də iki ölkə arasında əlaqələrin “strateji müttəfiqlik” səviyyəsinə yüksəldilməsi baxımından çoxsaylı fəaliyyətlərlə dəstəkləndi. Bu fəaliyyətlərin regional və qlobal miqyasda təsirləri, razılaşmanın strateji, geosiyasi və geoiqtisadi əhəmiyyəti bir çox sahədə aydın şəkildə özünü göstərdi.
Strateji tərəfdaşlıq çərçivəsində müdafiədən ticarətə, təhsildən mədəniyyətə, nəqliyyatdan inkişafa qədər bir çox sahəni əhatə edən Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərinin çoxşaxəli şəkildə inkişaf etməsinə zəmin yaratdı. Bəyannamənin məzmunu və regional-qlobal əhatəsi səbəbilə bu sənəd ABŞ, Avropa İttifaqı ölkələri, eləcə də regional oyunçular tərəfindən diqqətlə izlənməkdədir.
Türkiyə imzalanan bəyannamə ilə yalnız Azərbaycanla deyil, Türk dünyası ilə münasibətlərində də əhəmiyyətli addımlar atmağa başladı. Bu addımlar Zəngəzur dəhlizinin açılması ilə birlikdə daha da irəliyə aparılacaq.
Bəyannamənin məzmunu
Bəyannamədə başda 1921-ci il tarixli Qars Müqaviləsi olmaqla, bir çox sənədə istinad edilərək, daha əvvəl imzalanmış razılaşmalar bir daha təsdiqlənib. Bu da tarixi razılaşmaların bəyannamənin hüquqi dayağını təşkil etdiyini göstərir.
Bəyannamədə, regional və qlobal dəyişikliklər qarşısında hər iki dövlətin koordinasiyalı şəkildə hərəkət edəcəyi vurğulanır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) başda olmaqla Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, eləcə də Türkiyə-Azərbaycan-Pakistan münasibətlərinin geosiyasi irəliləyişi kontekstində razılaşdırılmış prinsiplərə riayət edildiyi müşahidə olunur.
Müdafiədən enerji sahəsinə, nəqliyyatdan hərbi əməkdaşlığa, strateji tərəfdaşlıqdan bərpa və infrastruktur məsələlərinə qədər bir çox mövzunu əhatə edən bu bəyannamə həm regional, həm də qlobal miqyasda inkişaf, sülh, sabitlik və rifah potensialı daşıyan sənəd olaraq qəbul edilir.
Razılaşmada Ermənistanın işğalından azad edilmiş rayonlarda minalı ərazilərin təmizlənməsi və həyatın normallaşdırılması işləri də qeyd olunub, bu məqsədlə 2021-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Mina Axtarış və Təmizləmə (ÖMAT) qrupları fəaliyyətə başlayıb.
Bununla yanaşı, bəyannamədə hər iki ölkənin türk mədəniyyəti və irsinin beynəlxalq səviyyədə tanıdılması və təşviqi sahəsində əməkdaşlığının gücləndiriləcəyinə də toxunulub. Bu addımlar Türk Dövlətləri Təşkilatı, Türk Akademiyası, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, TürkPA çərçivəsində aparılacaq fəaliyyətlərə əlavə dinamizm qazandıracaq və sənədin çoxşaxəli xarakterini göstərir.
Zəngəzur dəhlizi bəyannamədə necə yer alır?
Xüsusilə beynəlxalq nəqliyyat dəhlizlərində Türkiyə-Azərbaycan marşrutları üzrə tranzit daşımaların artırılması və ağıllı nəqliyyat sistemlərinin inkişaf etdirilməsi diqqətçəkən başlıqlardandır.
Zəngəzur dəhlizi bəyannamədə yer alan ən kritik məsələlərdən biridir. Dəhlizin açılması təkcə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqəni təmin etməsi baxımından deyil, həm də tranzit şəbəkələrin qovşağı olması səbəbilə strateji əhəmiyyət daşıyır. Bu dəhliz Türkiyə, Orta Asiya, Avropa və Asiyanı birləşdirən çoxşaxəli bir layihədir. Regional aktor kimi İranın Zəngəzura alternativ olaraq Araz dəhlizini irəli sürməsi də məhz geosiyasi narahatlıqlardan və iqtisadi maraqlardan qaynaqlanır.
Dördüncü ildə əldə edilən nəticələr
Bəyannamənin imzalanmasından bu yana sənəddə qeyd olunan bir çox maddə üzrə əhəmiyyətli irəliləyişlər əldə olunub. Bu inkişaflar sırasında hərbi sahədə əməkdaşlıq ön plana çıxır. İki ölkə müdafiə və hərbi əməkdaşlıq çərçivəsində çoxsaylı birgə təlimlər keçirib. Bu təlimlərin sayında və keyfiyyətində ciddi dəyişiklik müşahidə olunub. Eyni zamanda, Türkiyə müdafiə sənayesi Azərbaycan ordusuna quru vasitələrinin texniki baxımı, modernizasiya və təkmilləşdirilməsi sahəsində dəstək verib. Beləliklə, bəyannamə hər iki ölkənin hərbi gücünün inkişafında mühüm rol oynayıb.
Nikolas Spaykmanın “Kənar Qurşaq” nəzəriyyəsi baxımından qiymətləndirildikdə, Cənubi Qafqaz bu tərəfdaşlıqla geosiyasi baxımdan əhəmiyyətli dəyişiklik yaşayıb, periferik zonadan çıxaraq strateji mərkəzə çevrilib. Bu çərçivədə Türkiyə-Azərbaycan münasibətləri geoiqtisadi keçid yollarının kəsişdiyi nöqtədə yerləşir və bu strateji transformasiyanın əsas mərkəzi sayılır. Bu səbəbdən, Azərbaycan yeni dövrdə çoxşaxəli əməkdaşlıqlar və ikitərəfli sazişlərlə müttəfiqlərini diversifikasiya edən, balanslı və strateji bir yol xəritəsi ilə irəliləyir.
Regional və qlobal təsirlər
Bəyannamə Türk dünyası, İran və Rusiya kimi regional oyunçularla yanaşı, ABŞ və Avropa İttifaqı tərəfindən də diqqətlə izlənir. Aİ-nin Səmərqənddə keçirdiyi sammitin dolayısı ilə bu inkişafla əlaqəli olduğu iddia edilə bilər. Belə ki, Şuşa Bəyannaməsi ilə Türkiyənin regionda və Türk dünyasında artan təsirinin məhdudlaşdırılmasına yönəlik cəhdlərin olduğu da vurğulanır.
Sənəddə yer alan bəzi maddələr Türk dünyasına yönəlik siyasətlər baxımından da əhəmiyyətli nəticələr doğurub. Türk dünyasının önəmli fikir adamlarından İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” prinsipi bu bəyannamədə sanki konkret qarşılığını tapıb.
Bəyannamənin Cənubi Qafqazda regional və qlobal rəqabəti alovlandırması onun potensialını da açıq şəkildə ortaya qoyur. Çin Xalq Respublikasının Cənubi Qafqaz siyasətində müşahidə edilən dəyişikliklər də bu proseslə birbaşa bağlıdır. Yaxın günlərdə Azərbaycanla “Əhatəli Strateji Tərəfdaşlıq Sazişi” imzalayan Çin Cənubi Qafqazda formalaşmaqda olan yeni mərhələdə özünə uyğun yer tutmağa çalışır.
Bəyannamə çərçivəsində baş verən inkişaflar ATƏT-in rolunu və legitimliyini də sual altına salıb və bu cür Qərb mərkəzli qurumlara olan ehtiyacın azaldığını göstərib. Bu aspekti ilə Şuşa Bəyannaməsi Cənubi Qafqazın həm Qərb, həm də Şərq mərkəzli təsirlərdən uzaqlaşması baxımından mühüm mərhələ təşkil edir.
Bundan əlavə, Cənubi Qafqazda yeni dövrdə Ermənistanın üzünü Rusiyadan Qərbə çevirməsi, Gürcüstanın Aİ ilə əlaqələrini dərinləşdirməsi, Azərbaycanın Çinlə imzaladığı Əhatəli Strateji Tərəfdaşlıq Sazişi kimi hadisələr bölgədə Rusiya təsirinin zəiflədiyini göstərir.
Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda qüvvələr nisbətinin dəyişdiyini göstərməsi baxımından əhəmiyyətli sənəddir. Belə ki, iki ölkə arasında münasibətlər bu bəyannamə ilə çoxsaylı sahələrdə dərinləşib və regionda nümunəvi modelə çevrilib.
Qlobal miqyasda yaşanan hadisələr isə dünyanın bu bölgəyə yönəlməsinə və regionun geosiyasi əhəmiyyətinin daha da artmasına səbəb olub. Bu çərçivədə Rusiya-Ukrayna müharibəsinin beynəlxalq dəhlizlərə vurduğu mənfi təsirlər Aİ ölkələrini alternativ marşrut axtarışına sövq edib. Bu inkişaflar geosiyasi balanslara təsir edərək həm Türkiyənin, həm də Cənubi Qafqaz ölkələrinin Avrasiya və Avropa geopolitikasındakı mövqeyini və əhəmiyyətini artırıb. (Ordu.az)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 İyun 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see167

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see163

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see119

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri