Icma.az
close
up
RU
Gərginlik baş ağrıları

Gərginlik baş ağrıları

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Baş ağrılarının ən çox yayılmış növlərindən biri – baş və boyun əzələlərinin gərginləşməsi ilə xarakterizə olunan gərginlik baş ağrılarıdır.

Baş ağrısı hiss edənlərin 90%-i həyatlarının müxtəlif anlarında bu ağrılardan əziyyət çəkirlər.

Əksər hallarda bu cür baş ağrıları – depressiya, stres, zehni yorğunluq, emosional gərginliklə əlaqədar olur. Baş ağrı tutması – imtahandan, dalaşmadan, güclü inciklikdən, şokdan, qəfil xəbərdən (bəzən hətta xoş xəbərdən), yəni insanı həyəcanlandıran hallardan sonra baş verir. Əzələ gərginliyi (gərilməsi) nəticəsində baş verən ağrı, əksər hallarda, uzun müddət diqqət tələb edən ixtisaslarda işləyənlərdə, uzun müddət yazı və ya iş stolu, kompüter, maşın sükanı arxasında işləyənlərdə və s. insanlarda daha çox rast gəlinir. Bundan başqa, insanlar öz işlərini vaxt çatışmazlığı şəraitində icra etdikdə də onlarda baş və boyun əzələlərinin gərginliyi baş verir.

Gərginlikdən yaranan ağrılar, adətən, başın hər iki tərəfində eyni dərəcədə olur, ancaq ənsə və boyun nahiyələrində isə daha çox hiss olunur. Ağrı küt, monoton, təzyiqedici, dartılmış və sızıldayan-fasiləsiz, ancaq pulsasiya etməyən olur. Ağrı tutması günün istənilən vaxtlarında, gecə saatlarında isə nadir hallarda baş verir. Xəstədə elə təəssürat yaranır ki, sanki onun başına çox sıx şəkildə sarğı bağlayaraq məngənədə sıxırlar.

Bu növ ağrının profilaktikası üçün aşağıdakılara əməl etmək lazımdır:

- Onurğanın vəziyyətinə diqqət və qayğı göstərmək, qamətin düzgün olmasını qoruyub saxlamaq. Yazı stolu və kompüter arxasında düzgün oturmaq.

- Yuxunun kifayət qədər olması. Yatarkən hündür olmayan yastıqdan istifadə etmək.

- Oturaq iş zamanı (hətta baş ağrısı olmasa da) müntəzəm olaraq çiyin qurşağı əzələlərini, boyunu və başı öz əllərinizlə massaj etmək.

- Streslərdən uzaq olmaq. Bu mümkün olmadıqda isə stres vəziyyətindən düzgün çıxmaq və bu zaman yaranan stres enerjisini orqanizmi dağıtmaq üçün “daxilə” deyil, onun təsirini neytrallaşdırmaq üçün “xaricə” istiqamətləndirmək lazımdır.

- Əzələlərin gərginləşməsi səbəbindən baş verən baş ağrılarının effektiv profilaktikası üçün bədən tərbiyəsi ilə, idmanla, üzgüçülüklə, qaçmaqla məşğul olmaq, açıq havada gəzmək məsləhət görülür.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 06:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri