Icma.az
close
up
RU
Getdikcə Rusiya iqtisadiyyatı idarəolunmaz hala gələcək ŞƏRH

Getdikcə Rusiya iqtisadiyyatı idarəolunmaz hala gələcək ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kreml müharibəyə və hərbi-sənaye kompleksinə milyardlar xərcləyir və bunlar geri qayıtmayacaq pullardır


Rusiya Ukraynaya qarşı müharibəni maliyyələşdirmək üçün federal büdcədə nəzərdə tutulan müdafiə xərclərindən iki dəfə çox xərcləyir. Müharibə daha da uzanarsa, bu sxem çökəcək və Kreml ordunun ehtiyaclarını ödəyə bilməyəcək.

Bu barədə "Morgan Stanley" və "Bank of America"nın keçmiş maliyyəçisi Kreyq Kennedi danışıb. 

Onun sözlərinə görə, Kreml müdafiə müəssisələrinə güzəştli kreditlər verməklə müharibəni maliyyələşdirmək üçün əlavə kölgə sxemindən istifadə edir: "2022-ci ilin ortalarından etibarən Rusiyada korporativ borclanmada kəskin artım başladı - 71 faiz. Ötən ilin payızına qədər onlar 415 milyard dollar artıb ki, bu da Rusiyanın ÜDM-nin 19,4 faizinə bərabərdir".

Kennedinin hesablamalarına görə, bu, Rusiyanın ümumi neft və qaz gəlirlərindən və 2022-ci ilin payızından 2024-cü ilin payızına qədər olan bütün dövr üçün müdafiə büdcəsi xərclərindən çoxdur: "Bu vəsaitlərin yarıdan çoxu (250 milyard dollara qədər) müharibə ilə əlaqəli və çox vaxt krediti olmayan bizneslər tərəfindən alınan kreditlərdir".


ReAl partiyasının sədri, iqtisadçı Natiq Cəfərli də “Şərq”ə açıqlamasında deyib ki, müharibənin Rusiya iqtisadyyatında yaratdığı çatışmazlıqları indidən görmək mümkündür:

 “Qərbin sanksiyaları Rusiyanın idxal-ixrac əməliyyatlarına mənfi təsir edib. Rusiya müharibəyə və hərbi-sənaye kompleksinə milyardlar xərcləyir və bunlar geri qayıtmayacaq pullardır. Rublun dəyərdən düşməsi, idxalın artıb, ixracın azalması kimi faktorlar Rusiya iqtisadiyyatında ciddi problemlərin olduğunu göstərir. Uçot dərəcəsi 20 faizdən yüksək, kredit dərəcələri isə 30 faizə yaxınlaşıb. 

Lakin Rusiya iqtisadiyyatının xüsusi bir özəlliyi var, obrazlı desək, Mendeleyev cədvəlində nə qədər təbii sərvət, faydalı qazıntılar varsa, hamısı Rusiya ərazisində mövcuddur. Həmin faydalı qazıntılar, təbii resurslar hesabına Rusiya iqtisadiyyatı bir müddət də ayaqda qala  biləcək. Lakin getdikcə Rusiya iqtisadiyyatında struktur və sistemli problem artacaq və bir müddət sonra bu problemlər idarəedilməz hal alacaq. Sözsüz ki, bütün bunlar Rusiya iqtisadiyyatı 1-2 ilə tamamilə çökəcək anlamına gəlməməlidir. Müharibə uzun illər davam etsə, o zaman real təhlükələr qaçılmaz olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Yanvar 2025 05:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri