Şəhid qardaşı şəhid bacısı ilə evləndi Fotolar
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Biləsuvarda şəhid Ziyarət Hüseynovun qardaşı Vüqarla şəhid Zöhrab Kərimovun bacısı Günel ailə həyatı qurublar.
“Qafqazinfo” xəbər verir ki, rayonun şadlıq saraylarından birində keçirilən məclisdə şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və ölkəmizin müxtəlif bölgələrindən gələn qonaqlar bir araya gələrək şəhidlərimizin doğmalarına mənəvi dəstək olub, onlara sevinc dolu anlar yaşadıblar.
Bu əlamətdar gündə iştirak edənlər gənclərin xoşbəxtliyinə şərik olub, onlara uzunömürlü, sevgi və səadət dolu ailə həyatı arzulayıblar.
Qeyd edək ki, hər iki şəhidimiz 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olublar.
Surxay Şahbazov
Fotoda: Şəhid Ziyarət Hüseynov
Fotoda: Şəhid Zöhrab Kərimov







Baxış sayı:58
Bu xəbər 22 Noyabr 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















