Icma.az
close
up
RU
Ginnesin Rekordlar Kitabı na düşüb: İngiltərədə KABUSLARLA dolu kəndin sirri

Ginnesin Rekordlar Kitabı na düşüb: İngiltərədə KABUSLARLA dolu kəndin sirri

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İngiltərənin illərlə dəhşət saçan Plakli adlı kəndi 70 ildən artıqdır ki, ölkənin ən qorxulu kəndi kimi tanınır. Onlarla paranormal hadisə, kabuslar və qorxunc əfsanələrlə yadda qalan bu kəndin sirri, nəhayət, bir tədqiqatçının səyi nəticəsində açılıb.

Oxu.Az bu barədə "Daily Mail"ə istinadla xəbər verir.

Bildirilir ki, Qərbi İngiltərə Universitetinin yaradıcı iqtisadiyyat üzrə dosenti, doktor Saymon Morton Plaklidəki sirli hadisələrin izini sübuta yetirilə bilən mənbələrdə axtarıb. O, yerli qəzet arxivlərini, doğum, ölüm və nikah sənədlərini, kilsə qeydlərini incələyərək əfsanələrin köklərinə enib.

Əfsanələrə görə, kənddə 10-dan çox kabus dolaşır - bunlar arasında özünü asan müəllim və palçıq karxanasında qışqıran kişi kimi qorxunc fiqurlar var.

Qorxulu şöhrətin tarixi

"Ginnesin Rekordlar Kitabı"na düşüb: İngiltərədə KABUSLARLA dolu kəndin sirri

Plakli kəndi Kent qraflığında, Meidstoun və Eşford arasında yerləşir. Əslində, bu kənd qədim bir anglosakson yaşayış məskənidir və XIV əsrə aid kilsə də daxil olmaqla bir sıra tarixi tikililərə sahibdir. 1990-cı illərdə isə Plakli məşhur britaniyalı yazıçı Herberd Ernst Beytsin "May çiçəkləri" romanının televiziya adaptasiyası ilə daha da populyarlaşdı.

Amma onun ən böyük şöhrəti - qorxu dolu əhvalatlarla zəngin olmasıdır. 1950-ci ildə Plakli "ən çox ruh görünən yer" adına layiq görülüb və 1989-cu ildə bu status "Ginnesin Rekordlar Kitabı"nda da qeyd olunub.

Elmi maraqdan şəxsi araşdırmaya

Doktor Mortonun bu tədqiqata olan marağı yalnız elmi deyil, həm də şəxsi səbəblərə dayanır: onun mərhum atasının kökləri məhz Plakli kəndinə bağlıdır. Uşaq yaşlarından bu qorxunc əfsanələrlə maraqlanan Morton, nəticə etibarilə bir kəndin illərlə necə miflərlə yaşadığını üzə çıxarmağı bacarıb.

Plaklidəki kabusların izi: uydurma, yoxsa reallıq?

Lakin doktor Morton araşdırmasında bu əhvalatların əksəriyyətinin bir nəfərin - Plakli sakini Frederik Sandersin - təsəvvürünün məhsulu olduğunu müəyyən edib. Sanders özəl olaraq nəşr etdiyi kitablarında, qəzetlərə yazdığı məktublarda və ruh ovçuluğu məqalələrində bu hekayələri yayaraq kəndin qorxulu reputasiyasının əsasını qoyub.

Ən maraqlısı isə odur ki, bəzi əfsanələrin arxasında real faciələr dayanır:

- 1911-ci ildə Sara Şarp yanaraq həlak olub - o, "su kəvəri daşıyan qadın" kabusuna ilham verib.

- 1862-ci ildə Meri Enn Bennet intihar edib - kənd əfsanəsində "Ledi Rouz Kort" kimi qalıb.

- 1899-cu ildə Riçard Bridlend karxanada baş verən bədbəxt hadisə nəticəsində ölüb - bu isə "palçıq karxanasında qışqıran kişi" obrazının yaranmasına səbəb olub.

- 1919-cu ildə kağız istehsalçısı Henri Edqar Martin özünü asaraq intihar edib - əfsanələrdə "asılmış müəllim" kimi təsvir olunur.

Beləliklə, İngiltərənin "ən qorxunc" kəndi statusu, görünür ki, bir nəfərin uydurduğu əfsanələrin və bədbəxt təsadüflərin birləşməsindən ibarət imiş. Amma kəndin mistik havası hələ uzun illər insanları cəlb etməyə davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 May 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri