Icma.az
close
up
RU
Gizli təriqət ifşa olundu: Məşhur simalar var Niyə III Dünya müharibəsi?

Gizli təriqət ifşa olundu: Məşhur simalar var Niyə III Dünya müharibəsi?

Olke.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ mərkəzli proqram təminatı şirkəti "Palantir”in həmtəsisçisi Piter Tilin gizli bir icma yaratdığı iddia edilib. "Dialog” adlı bu qapalı cəmiyyətə aid qeydlərin sızdırıldığı bildirilərkən, burada yüksək vəzifəli siyasətçilərin, iş adamlarının və texnologiya sektorunun aparıcı fiqurlarının yer aldığı diqqət çəkib. Cəmiyyətin keçirdiyi sessiyalar arasında "III Dünya müharibəsi” kimi mövzuların olduğu irəli sürülüb.

Ölkə.az xəbər verir ki, məlumat analitikası və proqram təminatı şirkəti "Palantir Technologies”in həmtəsisçisi Piter Til tərəfindən yaradıldığı iddia edilən "Dialog” adlı gizli topluluğa aid qeydlərin sızdırıldığı bildirilir. Cəmiyyətdə yüksək vəzifəli siyasətçilərdən tutmuş texnologiya nəhənglərinin rəhbərlərinə qədər geniş bir iştirakçı siyahısının olduğu iddia edilib.

Adlar, sənədlər və gizli görüşlər

ABŞ mərkəzli "Wired” jurnalının xəbərinə görə, 2006-cı ildə Piter Til tərəfindən yaradıldığı iddia edilən "Dialog” adlı qapalı strukturun daxili qeydləri isveçrəli bir kibervolontyor tərəfindən ortaya çıxarılıb.

İddialara əsasən, yalnız dəvətlə üzv qəbul edən bu cəmiyyət ABŞ siyasətçilərini, xarici hökumət nümayəndələrini, maliyyə dünyasının tanınmış isimlərini və Silikon Vadisi rəhbərlərini qapalı toplantılarda bir araya gətirib.

Sızdırıldığı iddia edilən siyahıda NATO-nun Avropadakı Müttəfiq Ali Komandanı (SACEUR) general Aleksus Qrinkeviç, ABŞ Maliyyə naziri Skott Bessent, Demokrat senator Kori Buker, Respublikaçı senator Ted Kruz, "LinkedIn”in qurucusu Rid Hoffmann, iş adamı İlon Mask, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas, "Palantir” həmtəsisçisi Co Lonsdeyl və ABŞ Quru Qoşunları katibi Den Driskoll kimi adların olduğu irəli sürülüb.

Sessiyanın adı: III Dünya müharibəsi

"Wired” jurnalının araşdırdığı toplantı proqramında "təriqət qurmaq”, "pul xoşbəxtlik ala bilərmi?”, "nüvə silahlarına dönüş”, "III dünya müharibəsi” və "müharibə meydanı texnologiyaları” kimi başlıqların yer aldığı qeyd edilib.

Proqramda həmçinin keçmiş Ağ Ev milli təhlükəsizlik rəsmisinin moderatorluğu ilə "siyasi partiya qurmaq” adlı bir sessiyanın da olduğu bildirilir.

İddialara görə, "Dialog” yalnız siyasi və iqtisadi müzakirələrlə məhdudlaşmayıb, üzvlər arasında sosial əlaqələri gücləndirməyə yönəlmiş onlayn tətbiq də hazırlayıb.

Sözügedən tətbiqin subay üzvlər arasında romantik münasibətlərin qurulmasını təşviq etməyə yönəldiyi də iddialar arasındadır.(qaynarinfo)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 İyun 2026 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri