Icma.az
close
up
RU
® “GL Group”un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

® “GL Group”un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 may, AZƏRTAC

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun rəhbərliyi ilə deputatlardan ibarət nümayəndə heyəti “GL Group”un fəaliyyəti ilə tanış olmaq məqsədilə onun törəmə şirkəti “Salyan Oil Limited”in Salyan rayonunda yerləşən “Kürsəngi” və “Qarabağlı” neft-qaz yataqlarına, həmçinin şirkətin sahə ofisinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, qonaqlar Salyandakı neft yataqlarında qazma işlərindəki 14 illik fasiləyə son qoyan, 4000 metrlik vertikal quyunun qazıldığı sahəyə baş çəkiblər. Millət vəkilləri proqrama daxil olan 5000 metrlik dərin vertikal quyu və Azərbaycanda quruda ilk dəfə olaraq qazılacaq horizontal hissəsi ən azı 400 metr olacaq 4400 metrlik horizontal quyu barədə ətraflı məlumat alıblar.

Millət vəkilləri Qarabağlı yatağında yerləşən 6 saylı sahəyə baş çəkərək burada aparılan abadlıq işləri ilə tanış olublar. Onlar “Qırmızı Kitab”a düşən yulğunkimilər fəsiləsindən olan tamariks bitkisinə göstərilən xüsusi qayğının şahidi olublar. Deputatlara 6 saylı sahədə yerləşən bütün neft mancanaqlarının elektrik enerjisi təminatının yaxın gələcəkdə bərpaolunan enerji mənbələrindən təmin olunması ilə bağlı plan haqqında məlumat verilib. Qonaqlar həmçinin “GL Group”un törəməsi olan “GL Technical Services” şirkətinə məxsus geofiziki və qaldırıcı avadanlıqlara da baxış keçiriblər. Bildirilib ki, şirkət ölkənin “yaşıl gündəliyinə” uyğun olaraq bütün qaldırıcı qurğuları Avro-5 standartlarına uyğun şəkildə əldə edib və bunun nəticəsində illik karbon dioksid (CO₂) emissiyalarını 24% azaldıb.

Milli Məclis üzvləri daha sonra “Salyan Oil Limited”in yeni inzibati binasında istifadəyə verilmiş Monitorinq Mərkəzinin real vaxt rejimində müşahidə olunan məlumatlara fasiləsiz çıxış imkanları ilə tanış olublar. Bundan sonra görüş dəyirmi masa arxasında davam etdirilib. Qonaqlara “GL Group”un fəaliyyətinin müxtəlif istiqamətləri barəsində ətraflı məlumat verilib.

“GL Group”un texniki funksiyalar və beynəlxalq əməliyyatlar üzrə baş vitse-prezidenti Jilbert Büyler qrupun Azərbaycanda və Türkiyədə istehsalatda qazandığı nailiyyətlərdən, tətbiq olunan qabaqcıl texnologiyalardan ətraflı söhbət açıb.

“GL Group”un Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov Milli Məclis üzvlərinin “GL Group”a səfər təşəbbüsünün yüksək qiymətə layiq olduğunu qeyd edib. O vurğulayıb ki, bu kimi təşəbbüslər parlament ilə özəl sektor arasında qarşılıqlı əməkdaşlığa əlavə stimul verir.

“GL Group” haqqında:

“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. “GL Group” 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. “GL Group” və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri