Icma.az
close
up
RU
“GL Group”un süni intellekt layihəsi ABŞ də Fotolar

“GL Group”un süni intellekt layihəsi ABŞ də Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“GL Group” şirkəti süni intellektdən istifadə etməklə seysmik məlumatların emal texnologiyasını bölgənin quruda yerləşən neft-qaz yataqlarında ilk dəfə tətbiq edib. Layihənin nəticələri ABŞ-nin Hyuston şəhərində keçirilən Tətbiqi Geologiya və Enerji üzrə Beynəlxalq Tədbirində (IMAGE 2025) təqdim olunub.

“IMAGE 2025” geologiya və mühəndislik sahəsində keçirilən dünyanın ən böyük illik forumudur. Tədbir Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (SEG), Amerika Neftçi Geoloqları Assosiasiyası (AAPG) və Çöküntü Geologiyası Cəmiyyəti (SEPM) tərəfindən təşkil olunur. Bu il konfrans 7 800-dən çox iştirakçını, 1 100-dən artıq texniki təqdimatı, təxminən 260 sərgi iştirakçısını və 93 ölkədən nümayəndələri bir araya gətirib. Dünya üzrə bir çox şirkətlər arasından “GL Group”a süni intellektin neft-qaz yataqlarında seysmik məlumatların emalında tətbiqi sahəsində öz təcrübəsini təqdim etmək imkanı verilib.

“GL Group”un Yataqların İdarə edilməsi üzrə Qrup Direktoru Kənan Əliyev və şirkətin Petrofiziki Leyla İsmayılova layihəni təqdim ediblər. Mütəxəssislər Salyan rayonunda “GL Group”un afilə şirkəti olan Salyan Oil Limited tərəfindən istismar olunan Kürsəngi və Qarabağlı yataqlarında aparılan işlərdə süni intellektin tətbiqi ilə əldə olunan yeni imkanları nümayiş etdiriblər.

“Seysmik proseslərə süni intellektin inteqrasiyası uzun müddətdir tam öyrənilmiş ehtimal olunan yataqlarda yeni potensial imkanları üzə çıxarmağımıza şərait yaradıb. Bu, artıq istismar olunan yataqların səmərəli idarə olunması istiqamətində mühüm addımdır” - deyə Kənan Əliyev bildirib.

Layihə seysmik tədqiqatda süni intellektin tətbiqinə ixtisaslaşmış “Waverity” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Qabaqçıl alqoritmlər mövcud məlumatların daha dəqiq şərhinə imkan yaradıb və ənənəvi üsullarla aşkar olunmayan, daha dərində yerləşən və qazılmamış zonaları müəyyən edib.

“Əldə olunan nəticələr qabaqcıl texnologiyaların və rəqəmsal həllərin fəaliyyətimizə inteqrasiyası üzrə strategiyamızı tam dəstəkləyir. Bu məqsədlə “GL Group” ən müasir texnologiyalardan yararlanır, innovativ yanaşmalar tətbiq edir, peşəkar mütəxəssisləri və ən təcrübəli ekspertləri öz komandasına cəlb edir” - “GL Group”un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov vurğulayıb.

“GL Group”un “IMAGE 2025”də iştirakı həmçinin yataqların tədqiqi və istismarı sahəsində davam edən işlərin texniki poster sessiyasını da əhatə edib..

“GL Group” haqqında:

“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. “GL Group” 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. “GL Group” və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri